Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-304/2023 18.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, 5 may 1975-ci il tarixdə Laçın rayonu, Köhnə Çorman kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, Laçın rayonu, Köhnə Çorman kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İşdə olan Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X9 tərəfindən 10 aprel 2023-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 aprel 2023-cü il tarixdə Şəki ŞRPŞ-nın inzibati binasında ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X9 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 10 aprel 2023-cü il tarixdə işdə olarkən birinci mərtəbədən səs-küy gəldiyini eşitmiş, bu kimi hallar tez-tez baş verdiyi üçün əhəmiyyət verməmişdir. Sonradan təhqiqatçı Kamal Xəlilzadədən bu bardə raport daxil olduqda ona Şəxs adlı şəxsin ifadəsi alınarkən Şəki ŞRPŞ-nın inzibati binasında, Kamal Xəlilzadənin xidməti iş otağında ucadan səs-küy salaraq ictimai qaydanı pozması və bununla bağlı onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması məlum olmuşdur. Bu səbəbdən o icraatına daxil olmuş raport əsasında Şəxs və şahidlərin izahatlarını almış və inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında onun barəsində tərtib edilmiş 10 aprel 2023-cü il tarixli protokolu əsassız hesab edərək göstərdi ki, o, həyat yoldaşı X4 və anasının (qaynanasının) şikayəti ilə bağlı 10 aprel 2023-cü il tarixdə Polis şöbəsinə çağrılmışdır. Həmin gün o, bacısı ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsinə barəsində olan material Şəki şəhər-rayon X8 Bölməsinin təhqiqatçısı X2 icraatında olduğu üçün onun xidməti iş otağına keçmişlər. Kamal Xəlizadə bacısının barəsində şikayət olunmadığını bildirib onun həyətdə gözləməsini bildirdiyi üçün bacısı otaqdan çıxmış və həyətə düşmüşdür. Barəsində olan əsassız şikayətlə bağlı bundan əvvəl də polis şöbəsinə çağrılmışdır. Həmin gün otaqda olarkən Kamal Xəlilzadə ona təkrar olaraq qızı Mələyi nə səbəbdən vurduğu bildirdikdə o belə bir əmələ yol vermədiyi bildirərək həyat yoldaşı Əfsanə Şirinova tərəfindən ona şər, böhtan atılıdğını bildirmişdir. Bundan sonra Kamal Xəlilzadə təkrar ona uşağı döymədiyi halda həyat yoldaşının ondan niyə şikayət etdiyini soruşduqda, o artıq sübuta yetirilmədiyi halda onun bu əməldə təqsirli bilindiyini görüb əsəbləşmiş və bu baş verənlərə ümumi narazılığını bildirmişdir. Uca səslə danışdığı üçün həmin vaxt otağa adını bilmədiyi digər polis əməkdaşları da gəlmişdir. Onlar həmin vaxt ona polisin iş rejimini pozduqlarını, polisə müqavimət göstərdiklərini bildirdikdə artıq başına gələnləri anlamışdır. Çünki o, Şəki ŞRPŞ-nin inzibati binasında olakən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması kimi hala yol verməmişdir. Əksinə o, polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən döyülmüş təhqirə məruz qalmışdır. Şöbənin inzibati binasında səs-küy salması ilə bağlı polis əməkşlarının qeyd etdikləri şişirdilərək məhkəməyə bildirilmişdir. Belə ki, o, həmin vaxt polis şöbəsində əsassız şikayətlə bağlı tez-tez çağrıldığını və ona həyat yoldaşı X4 tərəfindən şər-böhtan atıldığını yüksək səslə bildirərək ümumi narazılığını bildirmişdir. Onun qızı Mələk “autism” xəstəsi olduğundan müalicəsi üçün xeyli xərc çəkmişdir. Qızı Mələk xəstəliyi ilə bağlı hiperaktiv uşaq olduğundan heç nəyi başa düşmədən çox vaxt yıxılmış, qoluna və bədəninin başqa hissələrinə xəsarət yetirmişdir. Şikayətlə bağlı olan xəsarət də onun əvvəllər olduğu kimi yığılıb televizorun stoluna dəyməsi və stolun üstündə olan televizorun başına düşməsi ilə bağlı yaranmışdır. Baş vermiş hadisə ilə bağlı heç bir əlaqəsi olmamasına baxmayaraq o, əsasız uşağına xəsarət yetirməsi şübəsi ilə təqsirləndirildiyi üçün Polis şöbəsində baş verənlərə ümumi narazılığını bildirmişdir. Həmin vaxt onun yüksək səslə danışması polis əməkdaşları tərəfindən düzgün qiymətləndirlməmiş və bu hal polisin qanuni tələblərinə tabe olmaması kimi göstərilmişdir. Rəis müavinin otağında olarkən o yenidən uşağını vurması ilə mühakimə edildiyi üçün o, ağır gün keçirməsi ilə bağlı özündən aslı olmadan ona şər-böhtan atıldığını bildirmiş və şər atanın ünvanına nalayiq söyüş söymüşdür. Polis əməkdaşları tərəfindən onun rəis müavinin otağında olarkən əlavə səs-küy salması, otaqdan çıxarkən qapıya dəyməsi həqiqəti əks etdirmir. Onun üzündə olan xəsarət polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində yaranmışdır. Bu cür ifadə verməklə polis əməkdaşları etdikləri hərəkətdən yayınmağa çalışırlar. Sonda bildirmək istəyir ki, o, polis şöbəsinə özü könüllü olaraq getmiş və çağışlardan yayınmaq kimi hala yol verməmişdir. O, barəsində yazılmış protokolla razı deyil. Bütün bunların nəzərə alınaraq barəsində olan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil izahatında göstərdi ki, Şəxs polis əməkdaşı ilə mübahisə etməsi polisə tabe olmama kimi qiymətləndirilə bilməz. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki şəhər-rayon X8 Bölməsinin təhqiqatçısı X6 izahatında göstərdi ki, o, polis baş leytenantı olmaqla 2014-cü ildən DİO-da, 2021-ci ilin iyul ayının 20-dən Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı vəzifəsində xidmət aparmışdır. İcraatında olan HK-1/529 nömrəli materialla bağlı araşdırma zamanı xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan X5 izahatının alınması üçün Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinə dəvət etmişdir. xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan X4 DİN-nin “102” xidmətinə zəng edərək, 10 yaşlı qızı Mələyi atası Şəxs televizoru itələməsi nəticəsində həmin televizorun qızının üzərinə düşməsi, buna görə də qızı Mələyin xəsarət alması barədə məlumat vermişdir. DİN-nin “102” xidmətinə məlumat verən zaman Əfsanə Şirinova Bakı şəhərində olduğu üçün Mələyin atası Şəxs izahat vermək üçün polis şöbəsinə gəlməsi təklif edilmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinə gələrək xidməti otağında izahat vermiş və izahatında arvadı Əfsanə Şirinovanın dediklərinin yalan olduğunu, qızına heç bir xəsarət yetirmədiyini qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə Əfsanə Şirinova autizm xəstə olan qızı Mələk Şirinova ilə Şəki ŞRPŞ-yə gələrək ərizə və izahat vermiş, izahatında əri Arif adlı şəxsin qızı ilə birlikdə həmin tarixdə ona da xəsarət yetirdiyini və döydüyünü bildirmişdir. Bu səbəbdən yenidən Şəxs xx.xx.2023-cü il tarixdə polis şöbəsinə təkrar izahatı alınması üçün dəvət edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Şəxs bacısı ilə birlikdə polis şöbəsinə daxil olmuşdur. Təhqiqat Bölməsinin xidməti otağında Şəxs bacısından şikayət daxil olmadığı üçün ona şöbənin xaricində gözləməsi bildirilmişdir. Şəxs arvadının da ondan şikayət etdiyini eşitdikdə aqressiv danışmağa başlamışdır. O, Şəxs izahatını alan zaman ona işin mahiyyəti üzrə suallar verməyə başlamış, sual verən zaman Arif artıq onu bezdirdiyini, hər dəfə nəyə görə onu şöbəyə çağırdığını deyərək ondan uca səslə narazılıq etmişdir. O, Şəxs şöbənin iş rejimini pozmamasını və səs tonunu aşağı salmasını tələb etsə də, hərəkətlərini davam etdirmişdir. Bu vaxt Şəki ŞRPŞ-nin NH-nin məsul növbətçisi, polis leytenantı Həsən Həsənov və sahənin polis nəfəri Ruslan Hacıyev onun xidməti otağına daxil olmuş və onunla birlikdə Arifi sakitləşdirməyə çalışmışlar. Arif onları görüb daha da aqressivləşmiş və ucadan nalayiq ifadələr işlədərək şöbənin iş rejimini pozmuşdur. Bu vaxt şöbənin rəis müavini Rasim Namazov onları otağına çağırdığı üçün, onlar vətəndaş Şəxs Şəki ŞRPŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovnikleytenantı Rasim Namazovun otağına aparmışlar. Otağa daxil olduqdan sonra o, icraatında olan X1 şikayət ərizəsi ilə rəis müavinini tanış etmiş, rəis müavini Rasim Namazov işlə tanış olduqdan sonra Şəxs öz qızı Mələk Şirinovaya nəyə görə xəsarət yetirdiyini soruşmuş, Şəxs isə buna məhəl qoymayıb divanda əyləşmişdir Rəis müavini ona hərəkətlərinə fikir verməsini və şöbə daxilində səs tonunu aşağı salmasını bildirdikdə, Şəxs uşağın döyülməsi ilə bağlı ona şər atıldığını bildirmiş və şər atanın ünvanına nalayiq söyüşlər söymüşdür. Onlar Şəxs sakitləşdirmək istədikdə Arif özünü xidməti otağın qapısına çırpıb otaqdan çıxmaq istəmiş, onların qanuni tələblərinə tabe olmayaraq öz qərəzli hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən o, Şəxs barəsində qanuni tədbir görülməsi üçün raportla aidiyyəti üzrə göstəriş verilməsi üçün Şəki ŞRPŞ-nin rəisinə məruzə etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin İTB-nin polis nəfəri X7 izahatında göstərdi ki, o, Şəki ŞRPŞ-nin İTB-nin sahənin polis nəfəri vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixdə Şəki ŞRPŞ-də əməliyyat qrupunda olmuşdur. Həmin vaxt saat 12 radələrində dəhlizdə dayanan vaxt Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Kamal Xəlilzadənin xidməti iş otağına bir nəfər yaşlı qadının və bir kişinin daxil olduğunu görmüşdür. Həmin şəxslər daxil olduqdan bir neçə dəqiqə sonra isə otağa daxil olan yaşlı qadının oradan çıxdığını, təxminən 5 dəqiqə sonra isə Kamal Xəlilzadənin xidməti iş otağından ucadan səs-küy və nalayiq söyüşlər gəldiyini eşitmişdir. O, təhqiqatçı Kamal Xəlilzadənin xidməti iş otağının qarşısına gələn zaman məsul növbətçi Həsən Həsənov da oraya gəlmiş, onlar birlikdə təhqiqatçı Kamal Xəlilzadənin otağına daxil olmuşlar. Onlar içəriyə daxil olduqda Arif adlı şəxsin ucadan səs-küy saldığını görüb vətəndaşı sakitləşdirməyə çalışmışlar. Arif otaqda qışqıraraq ona şər atdıqlarını, onu polis şöbəsinə niyə tez-tez çağırdıqlarını qeyd edərək narazılığını bildirmişdir. Təhqiqatçı isə həmin şəxsə iş rejimini pozmamasını, səs-küy salmamasını bildirmişdir. Həmin şəxs isə hərəkətlərinə davam etdirmiş və təhqiqatçının qanuni tələbinə tabe olmamışdır. Onlar Arif adlı şəxsi sakitləşdirməyə çalışsalar da, sakitləşdirə bilməmiş və həmin şəxs səs-küy salmağa davam emişdir. Onlar Arif adlı şəxsi sakitləşdirə bilmədikləri üçün Şəxs rəis müavini Rasim Namazovun xidmətinə otağına dəvət etmişdir. Otağa daxil olduqda Kamal Xəlilzadə icraatında olan materialla bağlı rəis müavinini tanış etmişdir. Rəis müavini materialla tanış olduqdan sonra Şəxs öz qızı Mələk Şirinovaya nəyə görə xəsarət yetirdiyini və hadisənin necə baş verdiyini ondan soruşmuş, Arif isə buna məhəl qoymayıb divanda əyləşmişdir. Rəis müavini Arifə hərəkətlərinə fikir verməsini, ucadan səs-küy salıb polisin iş fəaliyyətini pozmamasını bildirdikdə Şəxs uşağın döyülməsi ilə bağlı ona şər atıldığını bildirib, şər atanın ünvanına nalayiq söyüşlər söymüşdür. Onlar Şəxs sakitləşdirmək istədikdə o xidməti otaqdan çıxmaq istədikdə özünü xidməti otağın qapısına çırpmış və dəhlizə çıxaraq yenidən uca səslə nalayiq ifadələr işlətmiş və şöbənin iş rejimini pozmuşdur. Həmin vaxt onu nizam-intizama dəvət etsələr sə Şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz qərəzli hərəkətlərini davam etdirmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 10 aprel 2023-cü il tarixdə saat 12:40-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi şahidin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tərəfindən Şəxs hərəkətləri qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydalarının qərəzli surətdə pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, onun 10 aprel 2023cü il tarixdə saat 12:40-dan 18:00-dək inzibati qaydada tutulması nəzərə alınmaqla, barəsində təyin ediləcək inzibati cərimənin məbləği azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs 10 aprel 2023-cü il tarixdə saat 12:40-dan 18:00-dək inzibati qaydada tutulması nəzərə alınmaqla, ona təyin olunmuş inzibati cərimə azaldılaraq 100 (yüz) manat məbləğində müəyyən olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-304/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-304/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver