Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-307/2021 25.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»nin Şəki şəhər sığorta filialının direktoru X2 iştirakları ilə «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»nin Şəki şəhər sığorta filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X3 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»nin Şəki şəhər sığorta filialının istifadəsində olan «Hyundai Accent» markalı, **-AA- *** dövlət qeydiyyat nişanlı minik avtomobili 16 may 2021-ci il tarixdə, saat 00:13 radələrində Z.Bunyadov prospekti, 1-ci km, Asqarlar Universiteti yaxınlığı, Koroğlu metrostansiyasında texniki baxışdan keçirilmədən və icbari sığorta müqaviləsi bağlanılmadan idarə edilmişdir. İnzibati xətanın törədilməsi zamanı minik avtomobilini idarə etmiş fiziki şəxs haqqında məlumatların Şəki ŞRPŞ-ya göndərilməsi üçün dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunvericilikdə müəyyən edilmiş müddətdə hüquqi şəxs tərəfindən məlumat verilməmişdir. Qeyd edilən material üzrə «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»nin Şəki şəhər sığorta filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə araşdırma aparıb, iş materiallarını tədqiq edərək «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»nin Şəki şəhər sığorta filialının inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar müəyyən etməmişdir. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X3 bildirdi ki, «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»nin Şəki şəhər sığorta filialının istifadəsində olan «Hyundai Accent» markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 16 may 2021-ci il tarixdə, saat 00:13 radələrində Z.Bunyadov prospekti, 1-ci km, Asqarlar Universiteti yaxınlığı, Koroğlu metrostansiyasında texniki baxışdan keçirilmədən və icbari sığorta müqaviləsi bağlanılmadan idarə edilmişdir. İnzibati xətanın törədilməsi zamanı minik avtomobilini idarə etmiş fiziki şəxs haqqında məlumatların Şəki ŞRPŞ-ya göndərilməsi üçün dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunvericilikdə müəyyən edilmiş müddətdə hüquqi şəxs tərəfindən məlumat verilməmişdir. Buna görə də «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»nin Şəki şəhər sığorta filialı barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokolu müdafiə edir və qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində protokol tərtib edilmiş «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»nin Şəki şəhər sığorta filialının direktoru X4 bildirdi ki, həqiqətən də «Hyundai Accent» markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 16 may 2021-ci il tarixdə, saat 00:13 radələrində Z.Bunyadov prospekti, 1-ci km, Asqarlar Universiteti yaxınlığı, Koroğlu metrostansiyasında texniki baxışdan keçirilmədən və icbari sığorta müqaviləsi bağlanılmadan idarə edilmişdir. Lakin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildir, hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Odur ki, həmin minik avtomobilinin sürücüsü barədə məlumatı «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»xxxx«Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»xxxx«Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti» hüquqi şəxsinə isə minik avtomobilini idarə etmiş fiziki şəxs haqqında məlumatların Şəki ŞRPŞ-ya göndərilməsi barədə hər hansı məlumat daxil olmamışdır. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: 16 may 2021-ci il tarixli ŞRPŞ-nin DYPB-dən «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»nin Şəki şəhər sığorta filialına göndərilmiş bildirişindən görünür ki, «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»nin Şəki şəhər sığorta filialına məxsus «Hyundai Accent» markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edən sürücü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati xəta törətmiş, onun barəsində 5 (gün) ərzində ŞRPŞ-nin DYPB-yə məlumat verilməsi ilə bağlı müraciət olunmuşdur. 16 may 2021-ci il tarixli ŞRPŞ-nin DYPB-dən «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»nin Şəki şəhər sığorta filialına göndərilmiş bildirişindən görünür ki, «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»nin Şəki şəhər sığorta filialına məxsus «Hyundai Accent» markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edən sürücü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə inzibati xəta törətmiş, onun barəsində 5 (gün) ərzində ŞRPŞ-nin DYPB-yə məlumat verilməsi ilə bağlı müraciət olunmuşdur. İş materiallarında olan SS716970191AZ kodlu xəbərnamədən görünür ki, ŞRPŞ-nin DYPB tərəfindən «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»nin Şəki şəhər sığorta filialına göndərilmiş müraciət 20 may 2021-ci il tarixdə qəbul edilmiş, lakin qanunvericiliklə müəyyən edilmiş 5 (gün) ərzində cavablandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Maddənin dispozisiyasından göründüyü kimi İXM-nin 347-ci maddəsində göstərilən inzibati xətanın yaranması üçün üç halın mövcudluğu şərtləndirilir; 1-ci inzibati xəta törətmiş nəqliyyat vasitəsinin hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olması, 2-ci fiziki şəxs haqqında məlumatın verilməsi barədə səlahiyyətli orqanın (vəzifəli şəxsin) sorğusunun daxil olması, 3-cü müvafiq sorğunun 5 gün müddətində cavablandırılmaması. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildir, hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Məhkəmə qeyd edir ki, «Hyundai Accent» markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 16 may 2021-ci il tarixdə, saat 00:13 radələrində Z.Bunyadov prospekti, 1-ci km, Asqarlar Universiteti yaxınlığı, Koroğlu metrostansiyasında texniki baxışdan keçirilmədən və icbari sığorta müqaviləsi bağlanılmadan idarə edilərək inzibati xətanın törədilməsi aydın şəkildə görünür. Lakin həmin avtomobili idarə edən şəxs barəsində məlumatı müvafiq hüquqi şəxsxxxxBarəsində inzibati xəta haqqında protokol tərtib edilmiş «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»nin Şəki şəhər sığorta filialı isə hüquqi şəxs deyil, hüquqi şəxsin filialıdır. Odur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»nin Şəki şəhər sığorta filialının avtomobili idarə edən şəxs barəsində müvafiq sorğuları cavablandırmaq kimi səlahiyyəti olmamışdır. Bunun əksini təsdiq edən hər hansı bir sübut iş materiallarında mövcud deyil. Bundan başqa İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Maddənin məzmunundan göründüyü kimi qanunvericiliyə əsasən hüquqi şəxslərin filialının inzibati məsuliyyətə cəlb olunması nəzərdə tutulmamışdır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə görə, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Göründüyü kimi qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol vəzifəli şəxslər və hüquqi şəxslər barəsində tərtib olunmalı olduğu halda 03 iyun 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol hüquqi şəxsin filialı barəsində tərtib edilmişdir. Halbuki, bunun hüquqi əsası olmamışdır. İXM-nin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda şərh olunalara əsasən belə nəticəyə gəlir ki, «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»nin Şəki şəhər sığorta filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmə yalnız icraatına daxil olmuş material üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğu faktına münasibət bildirir. Məhkəməyə müraciət edilməmiş hallar üzrə isə heç bir fakta hüquqi qiymət vermir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»nin Şəki şəhər sığorta filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-307/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-307/2021
25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver