Məhkəmə qərarları › İş №3(075)-31/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-31/2022

10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-31/2022 10.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Şəki Regional Vəkil Bürosunun vəkili X2, Şəki şəhər-rayon X10 Polis Bölməsinin YYÇ profilaktiki işin təşkili üzrə inspektoru X3, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əlilliyi olmayan, Şəki rayonu, Böyük Dəhnə kəndində qeydiyyatda olmaqla həmin ünvaqnda yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 dekabr 2021-ci il tarixdə, saat 24 :00-da Şəki rayonu, Böyük Dəhnə kəndində yaşayan ailə məişət zəminində mübahisə zamanı anası X4 qəsdən boğaraq onu döymüşdür. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Şəki Rayon Polis Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki şəhər-rayon X10 Polis Bölməsinin YYÇ profilaktiki işin təşkili üzrə inspektoru X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki rayonu, Böyük Dəhnə kəndində yaşayan X6 15.12.2021-ci il tarixdə Şəki ŞRPŞ-nin Sanca PB-nə ərizə ilə müraciət edərək, 08.12.2021-ci il tarixdə oğlu Qurbanın onu döyməsini bildirmiş, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Faktla əlaqədar aparılmış təhqiqatla müəyyən edilmişdir ki, Şəxs Əhmədiyyə oğlu 08.12.2021-ci il tarixdə Şəki rayonu, Böyük Dəhnə kəndində ailə-məişət münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı anası Sənayə Mahmudovanı qəsdən boğaraq, sonuncuya boyun nahiyəsinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə döymüş və bu əməli ilə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.Toplanmış material üzrə tərəfimdən 25.12.2021-ci il tarixdə CPM-nin 86, 39.1.2, 207.5.2, 212-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin onun əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində protokol tərtib edilərək məhkəməyə gətirmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şəki şəhər-rayon X10 Polis Bölməsinin YYÇ profilaktiki işin təşkili üzrə inspektoru X8 həmçinin göstərilmişdir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün 10.01.2022-ci il tarixdə, saat 12:30-da Sarıca PB-nə gəlmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, ailəsi və anası X6 ilə birlikdə Böyük Dəhnə kəndində yaşayırlar. Göstərmişdir ki, anası ilə eyi həyətdə və evdə yaşasalar da otaqları və yeməkiçməkləri 10 ilə yaxındır ki, ayrıdır. Bildirmişdir ki, 08.12.2021-ci il tarixdə özlərinə aid otaqda yemək yeyərkən yoldaşı demişdir ki, sabaha unları yoxdur. Buna görə də səhər uşaqların çörəkləri olmayacaqdır. Göstərmişdir ki, atası vəfat edəndən sonra torpaqlarına aid torpaq kartı anasında olur. Kənddə də eşitmişdir ki, torpaq kartına pul vurulmuşdur. Buna görə də təxminən saat 08:00-da anasının qapısın döymüş, anası qapını açmış və otağa daxil olaraq anasından torpaq kartını və şəxsiyyət vəsiqəsini istəmişdir. Lakin, anası kartı ona verməkdən imtina edərək verməmişdir. Anası ona nalayiq sözlər deyərək, otaqdan çıxmağını istəmişdir. Ona torpaq kartını vermədiyindən aralarında mübahisə yaranmışdır. Anası öz-özünü döyərək, saçlarını yolmuş ona təzyiq yaradaraq özünü itirmişdir.Buna görə də istəməyərək anasının yaxasından tutaraq onu silkələmişdir. Bundan sonra torpaq kartını zorla anasından almışdır. Bu zaman anası qışqırmış harayhəşir salmışdır. Sonra anasından şəxsiyyət vəsiqəsini də istəmişdir. Anası şəxsiyyət vəsiqəsini də vermək istəməmiş, buna görə də şəxsiyyət vəsiqəsini də zorla ondan almışdır. Kartı istəməyinin səbəbi isə övladanın cörək pulu olmaması olmuşdur. Kartdakı pula un alacaqmış. Özündə olmadığından ola bilsin ki, anasına xəsarət yetrimişdir. Göstərmişdir ki, o barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün 10.01.2022-ci il tarixdə, saat 12:30-da Sarıca PB-nə gəlmişdir. Hal-hazırda tutduğu əməldən peşmandır. Ona yüngül cəza verilməsi xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Şəki Regional Vəkil Bürosunun vəkili X9 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək göstərdi ki, oğlu Qurban təxminən 5 ildir ki, dəfələrlə onunla mübahisə etmişdir. Göstərmişdir ki, Qurbanla eyi həyətdə və evdə yaşasalar da otaqları və yemək-içməkləri 10 ilə yaxındır ki, ayrıdır. Birbiriləri ilə danışmırlar. Qurban əvvəllər dəfələrlə onu döymüş, lakin qonşulardan abır-həya etdiyi üçün PB-nə şikayət etməmişdir. Ancaq 08.12.2021-ci il tarixdə təxminən saat 08:00 radələrində yatdığı otağın qapısı döyülmüş, qapını açan zaman oğlu Qurbanın olduğunu görmüşdür. O, icəri daxil olmuş və şəxsiyyət vəsiqəsini və torpaq kartını istəmişdir. O, Qurbana həmin sənədləri verməyəcəyini deyərkən, Qurban ona nalayiq söyüşlərlə təhqir etmiş, onu namussuz adlandırmış, ona pozğun olduğunu və sübut edəcəyini demişdir. Sonra əli ilə boğazından tutaraq onu boğaraq öldürmək istəmişdir. O, qışqırmış, kömək istəmişdir. Lakin ona kömək edən olmamışdır. Bir təhər onun əlindən çıxaraq bayıra qaçmışdır. Qurban çöldə onu vurmaq istəyərkən həyat yoldaşı qoymamışdır. Qeyd etmişdir ki, Qurban onun şəxsiyyət vəsiqəsini və torpaq kartını zorla onun əlindən almışdır. O bu məsələ ilə ələqar olaraq Şəki Şarıca PŞ-nə müracitə etmişdir. Hal-hazırda həmin evdə yaşamağa qorxur. Hal-hazırda Qurbandan şikayətçidir. Onun qanun qarşısında cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərmişdir ki, Qurban onun həyat yoldaşı, Sənaye isə qaynansıdır. Bildirmişdir ki, 08.12.2021-ci il tarixində axşam saatlarında evdə yemək yeyən zaman Qurbana demişdir ki, unları qurtarıb, sabaha çörəkləri olmayacaqdır. Bu zaman Qurban anasının otağına keçmişdir. Həmin vaxt otaqdan Sənayenin qışqırıq səsləri gəlmişdir. Lakin o ana oğul arasında mübahisəyə qarışmamaq üçün həmin otağa keçməmişdir. İşdə olan 25 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs HK-1/218 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, MTE və PA ETT Şəki şəhər şöbəsinin 03 iyun 2021-ci il tarixli 226 nömrəli rəyindən görünür ki, X1 məhkəmə tibb ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: MTE və PA birliyinin Şəki şəhər şöoəsinin 24.12.2021-ci il tarixli, 725 nömrəli ekspert rəyində, X5 n məhkəmə tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarət- boyun nahiyəsinin sıyrıqları bərk küt əşyanın təsirindən törənmişdir, müddəti 08.12.2021-ci il tarixə uyğundur, xəsarətlərin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Məhkəmə iclası zamanı Şəki ŞRPŞ-dən daxil olmuş materialla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq olunur. Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində 2 azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi qəbul etmişdir. Onun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə himayəsində 2 azyaşlı uşağının olmasını, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirini tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İnzibati həbsə alınmanın əvvəli onun hüquqlarının Şəki ŞRPŞ-də faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 10.01.2022-ci il tarixdən, saat 12:30-dan hesablanmalıdır. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 128-130-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 1 ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun hüquqlarının Şəki ŞRPŞ-də faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 10 yanvar 2021-ci tarixdə saat 12:30-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar