Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-310/2025 03.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə xx.xx.1997-ci ildə Şəki rayonunun Çapağan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəki rayonunun Çapağan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəki Şəhər-Rayon Polis Şöbəsindən Şəxs İXM-in 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı Kamal Xəlilzadənin şöbə rəhbərliyinə ünvanladığı raportda göstərilir ki, icraatında olan HK-1/652 nömrəli material üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəki rayonu, Çapağan kəndində yerləşən X3 işlətdiyi kafedə X1, X2, X6, Şəxs və X7 oyun kartları vasitəsilə qumar oyunları oynamışlar. Adları çəkilən şəxslər həmin əməli ilə Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş (qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə) inzibati xətanı törətmişlər. Bununla yanaşı, hadisə yerindən götürülmüş 36 ədəd oyun kartı və A45196225, B61725142, A25089927, A43939525, A86029535, B48029512 nömrəli 6 ədəd 1 manatlıq pul əskinası maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. İş materiallarına əlavə edlməklə məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* seriya nömrəli xx.xx.2025-ci il tarixli protokolda qeyd olunmuşdur ki, Şəxs oyun kartları ilə 1 manatdan qumar oynamışdır. Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı Kamal Xəlilzadənin qəbul etdiyi xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, HK- 1/652 nömrəli material üzrə Şəxs həmin əmələ görə inzibati məsuliyətə cəəlb olunması üçün qəbul edilmiş qərarın surətinin şöbənin aidiyyatı xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. Şəxs Şəki ŞRPŞ-də verdiyi izahatından görünür ki, həmin şəxs xx.xx.2025-ci il tarixdə Teymur və Elşad adlı şəxslərlə araq və yumurta alaraq kafedə yeyib-içmişlər. O və Teymur adlı şəxs sərxoş olmuşlar. Polis əməkdaşları içəri daxil olanda o və Teymur adlı şəxs oyun oynamamışlar, oyun oynayan kafedə olan digər şəxslər Kamal və Möhlüd 10 qəpikdən qumar oynayırlarmış. Məhhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmış olsalar da, barəsində inzibati xəta haqqında icraata aparılan şəxs Şəxs, həmçinin Şəki ŞRPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 61.3-cü maddəsinə əsasən iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 525-ci maddəsinin sanksiyasında, oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə nəzərdə tutulur. Şəxs qeyd olunan hərəkətlər nəticəsində törətdiyi iddia edilən İXM-nin 525-ci maddəsi ilə qanunverici “Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə” olan hərəkətləri özündə etiva etmişdir. Məhkəmə qeyd edir ki, bu əmələ və hərəkətlərə ilk növbədə qumar oyunu dedikdə nə başa düşüldüyünə aydınlıq gətirilməli, sonra isə hazırki iş üzrə cəlb edilmiş şəxsin qumar oyununda iştirak edib etmədiyinə hüquqi qiymət verilməlidir. İXM-nin 401-cu maddəsinin qeydində göstərilir ki, bu Məcəllədə “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. Hazırki işin hallarına əsasən məhkəmə hesab edir ki, Şəxs qumar oynamasını təsdiq edən mötəbər sübutlar inzibati xətaya dair iş materiallarında mövcud deyildir. Digər tərəfdən, iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda Şəxs kart oynadığını bildirdiyi qeyd edilsə də, Şəxs Şəki ŞRPŞ-də verdiyi izahatından isə görünür ki, şəxs hadisə baş verən gün həmin kafedə kart oynamadığını qeyd etmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda Teymur Hacığayevin izahatında kart oynayan şəxslər sırasında Şəxs adını qeyd etməmişdir. Həmin qərarda X8, Kamal, Orxan və Teymur adlı şəxslərə qoşularaq kart oynadığını, Elşad Qocayev isə Möhlüd, Teymur Orxan və Kamal adlı şəxslərə qoşularaq kart oynadığını bildirmişdir. Bu ziddiyyətli məqamlar məhkəmədə belə bir nəticəyə gəlməyə əsas verir ki, işin halları Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılmamışdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №3(075)-310/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-310/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver