Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-313/2021 10.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, Şəxs barəsində 10 iyun 2021-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin materiallarına baxaraq, Müəyyən etdim: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan materiallara baxaraq hesab edirəm ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmənin icraatına Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş iş materiallarında olan Şəxs barəsində 10 iyun 2021-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs Şəki Rayon Məhkəməsinin 2(075)-82/2021 saylı, 26.01.2021-ci il tarixli icra sənədinin icrası üzrə icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli şəkildə boyun qaçıraraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materialında olan Şəki Rayon Məhkəməsinin 2(075)-82/2021 saylı, 26.01.2021-ci il tarixli icra sənədinə əsasən 26 iyun 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay sabit pul məbləğində 150 manat aliment tutularaq tələbkar Həmidova (Camalova) Aysun Azad qızına verilməlidir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materialına Şəxs adına banklarda və digər kredit təşkilatlarında pul vəsaiti və qızıl-zinyət əşyalarının olub-olmaması barədə “Azərbaycan Beynəlxxxxı”nın Şəki filialına, “xxxx” KB ASC-nin Şəki filialına, “xxxx” ASC-nin Şəki filialına, “xxxx” ASC-nin Şəki filialına, “xxxx” ASC-nin Şəki filialına, “xxxx” QSC-nin Şəki filialına, “xxxx” ASC-nin Şəki filialına, X6 Mərkəzinə sorğu verilsə də, digər banklar olan “xxxx” İKB ASC-nə, “Ləğv Prosesində olan “xxxx” ASC-nin və “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, digər bank və BOKT-na sorğu verilməmiş, bu barədə müvafiq cavablar alınaraq iş materialına əlavə edilməmiş, həmçinin Şəxs yaşadığı ünvana baxış keçirilərək ona məxsus hər hansı iribuynuzlu və ya xırdabuynuzlu heyvanların olub-olmaması araşdırılmamış və bu barədə kənd icra nümayəndəliyinin arayışı və ya icra məmuru tərəfindən tərtib edilmiş “Akt” iş materialına əlavə edilməmiş, onun işləyib-işləməməsi, əmək haqqı alıb-almamasının mümkünlüyü aydınlaşdırılmamışdır. Göründüyü kimi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən baxılması üçün Şəki rayon Məhkəməsinə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onların tamamlanması qeyri-mümkündür. Hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında iş İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq onu verən orqana geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, Qərara aldım: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında iş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-313/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-313/2021
10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver