Məhkəmə qərarları › İş №3(075)-313/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-313/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-313/2025 18.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə xx.xx.1970-ci ildə Şəki rayonunun, Çapağan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, dediyinə görə məhkumluğu olmayan, Şəki rayonunun, Çapağan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki Şəhər-Rayon Polis X1 İXM-in 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* seriya nömrəli xx.xx.2025-ci il tarixli protokolda qeyd olunmuşdur ki, X3 tanışı olan Teymur, Orxan, Elşad və Möhlüd adlı şəxslərlə oyun kartı vasitəsilə qumar oynamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Şəki Şəhər-Rayon Polis Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Şəki Şəhər-Rayon Polis Şöbəsi nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasına baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Orxan, Teymur, Möhlüd, Kamal sonradan Elşad yumurta, sosiska bişirib yeyiblər. Sonra duraka oynayıblar 10 qəpikdən, sonra polis əməkdaşları gəlib və ortada 3,90 manat var idi. Etdiyi əməldən peşmandır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. X2 qeyd olunan hərəkətlər nəticəsində törətdiyi iddia edilən İXM-nin 525-ci maddəsi ilə qanunverici “Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə” olan hərəkətləri özündə etiva etmişdir. İXM-nin 525-ci maddəsinin sanksiyasında, oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə nəzərdə tutulur. Məhkəmə, fikrini aşağıdakı kimi əsaslandıraraq qeyd edir ki, bu əmələ və hərəkətlərə ilk növbədə qumar oyunu dedikdə nə başa düşüldüyünə aydınlıq gətirilməli, sonra isə hazırki iş üzrə cəlb edilmiş şəxsin qumar oyununda iştirak edib etmədiyinə hüquqi qiymət verilməlidir. İXM-nin 401-ci maddəsinin qeydində göstərilir ki, bu Məcəllədə “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. Məhkəmə qeyd edir ki, hazırki işin hallarına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin pul müqabilində kart oynadığı mübahisə edilmədən təsdiqini tapır. Lakin qumar oyununun baş verməsi üçün tək oyunun pul vəsaitləri hesabına baş verməsi kifayət etmir. Eyni zamanda bu uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) olmalıdır. Deməli burada oyunun özünün hansı oyun olduğu – yəni, qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) olduğu və oyunun nə müqabilində yəni, pul vəsaitləri, maddi və sair nemət (uduş) məqsədilə keçirildiyi önəm daşıyır. Əgər oyun qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) deyilsə, hər hansı bacarıq, bilik, düşüncə və sair hesabına udmağa söykənirsə və pul vəsaitləri, maddi və sair nemət (uduş) müqabilində oynanılmırsa, havayı, təmənnasız oynanılırsa qumar hesab edilmir. Hazırkı iş üzrə müəyyən edilir ki, 5 nəfər yarışaraq iştirakçı kimi oynamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 oyunçulardan biri olmuşdur. Həmin gün nə qədər oyun oynanıldığı, nə qədər pul toplandığı və nəyə səf edildiyini təsdiq edən heç bir sübut iş materiallarında müəyyən edilməmişdir. Məhkəməyə təqdim edilmiş materialda olmadığı üçün hadisə yerinə baxış haqqında protokolu tərtib edilib-edilmədiyini müəyyən etmək mümkün olmamış, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, hadisə yerinə baxış baxış keçirilib protokol tərtib edilmiş, 6 ədəd 1 manatlıq pul əskinası və 36 ədəd oyun kartı maddi sübut kimi götürülmüş, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 aprel 2025-ci il tarixli qərar qəbul edilərək materiala əlavə edilmişdir. Məhkəmənin qənaətinə görə 10 qəpikdən oynalınıb cəmi 3.9 manat toplanan oyuna görə 3000 manatlıq cərimənin edilməsi mütanasiblik baxımından tam yuğunsuz və ədalətsiz görünür. Eyni zamanda qanunverici də bu cür oyunu qumar kimi nəzərdə tutmur, dövlətdən gəlirini, ödəməli olduğu vergini ödəməyib qanunsuz fəaliyyət göstərən, dövlət ödənişlərindən gizlədilən böyük həcmlə oynanılan qumar oyunu üçün həmin məbləğdə cərimə nəzərdə tutur. Bu məbləğdə cərimənin qazanc əldə etmək niyyəti ilə deyil, vaxt keçirmək üçün oyun zamanı içilmiş çay pulunu ödəməkdən örtü hər birinin ortaya qoyduqları 3.9 manata görə 3000 manat məbləğində edilməsi tarazlıq yarada və ədaləti bərpa edə bilməz. Belə olan halda hazırki iş üzrə kart oyununun uduşunu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun kimi qumar hesab edib, barəsində inzabati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsili bilinib, inzibati tənbehə məruz qoyulması qanuni və ədalətli ola bilməz. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə hesab edir ki, toplanmış material üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış X2 çayxanada çay içdikləri şəxslərlə uduşa yığılmış pul hesabına çay pulunu ödəmək üçün oynadıqları kart oyunu uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun olmayıb qumar hesab edilmədiyindən İXM-nin 525-ci maddəsində nəzərdə tutulan “qumar oyununda iştirak etmək” inzibati xəta hadisəsi olmamışdır. Bu səbəbdən də X2 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığı əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar