Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-314/2021 11.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, Şəxs MMC-nin rəhbəri X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş materiallarını nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Şəxs MMC-nin rəhbəri X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs MMC-nin rəhbəri X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş 2-2(113)-235/2021 nömrəli, 25 fevral 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs MMC-dən 19745 Avro və 30 manat tutularaq tələbkar «X4 Sistemləri Sanayi və Ticaret» LTD-yə verilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs MMC-yə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hüquqi şəxs tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınmışdır. Odur ki, Şəxs MMC-nin rəhbəri X2 barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya nümayəndəsinin izahatı göstərilməlidir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 115/12-dir. İnzibati xəta hüquqi şəxs Şəxs MMC-nin hüquqi ünvanı olan ünvan 2larına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılması barədə vəsatəti əlavə edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün aidiyyət qaydalarını pozaraq Şəki Rayon Məhkəməsinə göndərmişdir. İş materiallarını araşdıraraq belə qənaətə gəlirəm ki, Şəki Rayon Məhkəməsinə göndərilmiş Şəxs MMC-nin rəhbəri X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material İXM-nin 112.4-cü maddəsinə əsasən bаşqа məhkəməyə, yəni аidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 110.1 və 112.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin rəhbəri X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş materialları аidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-314/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-314/2021
11.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver