Məhkəmə qərarları › İş №3(075)-314/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-314/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-314/2025 08.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki ŞRPŞ-nin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оğlunun iştirakı ilə, 07 avqust 1985-ci il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, evli, işsiz, məhkumluğu olmayan Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayan, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оğlunun barəsində Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 272.3-cü maddəsi ilə Şəki ŞRPŞ-dən dаxil оlmuş inzibаti xətаyа dаir işə məhkəmənin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: Şəki ŞRPŞ-nin nümayəndəsi X4 tərəfindən tərtib edilmiş 03 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəki rayonu, Kiçik Dəhnə kəndində ov etməklə ov qaydalarını pozmuşdur. Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 272.3-cü maddəsinin tələblərini pozduğu üçün inzibati məsuliyyətə cəlb olunmuş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəki ŞRPŞ-nin nümayəndəsi X4 izahat verərək bildirdi ki, Şəxs, Salmanov Vəkil Əlirza oğlu və X3 xx.xx.2025-ci il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndi ərazisində ov qaydalarını pozmuşdur. Şəxs, Salmanov Vəkil Əlirza oğlu və X3 həmin əməli ilə Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оğlu izahat verərək bildirdi ki, tüfəng ona məxsus olmuşdur. Bir dəfə atəş açmışdır. İki quz vurmuşdur. 5 azyaşlı övladı var. Maddi imkanı zəifdir. Silah Məhkəmə qərarı ilə müsadirə olunmuşdur. Nəzərə alınmasını xahiş etmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 mart 2025-ci il tarixli qərardan görünür ki, HK-1/166 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Salmanov Vəkil Əlirza oğlu və X1 həmin əməlinə görə inzibati məsuliyyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surətinin şöbənin aidiyyatı xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri işə əlavə edilmiş inzibati xəta haqqında protokol, işə əlavə edilmiş digər sənədlərlə, o cümlədən onun etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati xətanın törədilməsində istifadə olunan alət müsadirə edilməməklə inzibati cərimə tətbiq etməyi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 40, 43, 48- 51, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə qərаrа аldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın törədilməsində istifadə olunan alət müsadirə edilməməklə 1000 (bir min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar