Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-315/2022 07.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Protokolu tərtib edən şəxs BDYPİ YPXA-nın 5-ci tağımının YPX inspektoru polis serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Zaqatala rayonu, Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, himayəsində 2 azyaşlı uşağı olan, Zaqatala rayonu, Yuxarı Tala kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.2-ci maddələri ilə Azərbaycan Respublikası DİN-in BDYPİ-nin YPX Alayının 5-ci tağımından daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədmişdir. Protokolu tərtib edən şəxs BDYPİ YPXA-nın 5-ci tağımının YPX inspektoru, polis serjantı X5 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 19 may 2022-ci il tarixdə Oğuz-Şəki rayonu istiqamətində “VAZ 2107” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonu ərazisində hərəkət edərkən Şəxs İXM-nin 329.1-ci maddəsinin tələbini pozduğuna görə saxlanmışdır. Şəxs ilə danışarkən sonuncudan kəskin spirtli içki qoxusu gəldiyi üçün həkim müayinəsindən keçirilmişdir. Müayinə nəticəsində Şəxs sərxoş olduğu müəyyən edilmişdir. Bildirmişdir ki, Şəxs bundan əvvəl 2021-ci ilin oktyabr ayında da Zaqatala rayonu ərazisində avtomobili sərxoş idarə edərək eyni inzibati xətanı törətmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, 19 may 2022-ci il tarixdə gecə saat 02:00 radələrində idarə etdiyi “VAZ 2107” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən yaşadığı Zaqatala rayonuna yola düşmüşdür. Şəki rayonu ərazisində hərəkətdə olan zaman təxminən saat 06:45 radələrində polis əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı onu yoxlayarkən nəfəsindən spirt qoxusu gəldiyi bildirilmiş və həkim müayinəsindən keçirilmişdir. Müayinə nəticəsində onda yüngül dərəcəli sərxoşluq aşkar olunmuşdur. Bildirmişdir ki, o, yola çıxammışdan təxminən 4-5 saat əvvəl saat 02:00 radələrində bir bakal pivə içmişdir. Daha sonra idarə etdiyi “VAZ 2107” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola çıxmışdır. Bildirmişdir ki, 2021-ci ilin oktyabr ayında Zaqatla rayonu ərazisində avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün inzibati məsuliyyətə cəlb olunmuşdur. Etdiyi hərəkətdən peşmandır. Həmçinin göstərmişdir ki, himayəsində 2 azyaşlı uşağı var. Mədəsindən və qaraciyərindən ağır xəstədir. Əməlindən səmimi peşman olduğunu bildirmiş və bütün bunları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi izahat verərək protokolun təmin edilməsinə etirazının olmamasını məhkəmədən xahiş etmişdir. İşdə olan 19 may 2022-ci il tarixli, 121 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, alkotestr müayinəsi nəticəsində Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu aşkar olunmuşdur. İşdə olan 19 may 2022-ci il tarixli iltizamdan görünür ki, vətəndaş X1 Nadir Cumaəli oğlunun idarə etdiyi “VAZ 2107” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yaşadığı ünvana sürüb aparacağını öz üzərinə götürmüşdür. İXM-nin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görənəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Beləliklə də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.1-ci və 333.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törədilməsi onun özünün etirafedici izahatı, DİN-in PDYPİ-nin YPX Alayının 5-ci tağımından daxil olmuş material və digər sənədlərlə tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, cərimə növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.2-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 333.2-ci maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-315/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-315/2022
07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver