Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-315/2025 03.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, vətəndaş Şəxs Şəki rayonu, Kiçik Dəhnə kəndində ov etmə qaydalarını pozmuşdur. İnzibati xətaya dair iş materialları 18 iyun 2025-ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 25 iyun 2025-ci il tarixə təyin edilmiş iclasında iştirak edən Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Roman Abdulkərimov Vəkil Salmanova zəng edərək havanın qarlı olması səbəbi ilə ova getmək istədiyini bildirmiş, o isə cavabın işi olduğunu dəyərək getmək istəməsə də, 5-10 dəqiqə ərzində gedəcəyini demişdir. Saat 13:00 radələrində Vəkil Salmanov ona zəng edərək Romanla birlikdə ova gedəcəklərini demişdir. Onların hər üçü Romanın yaşadığı evin yaxınlığına Vəkilə məxsus olan “VAZ 2109” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə getmiş, Roman babasının ev tüfəngini götürərək avtomobilin arxa baqaj hissəsinə qoyaraq 2 ədəd patron götürməklə Kiçik Dəhnə kəndində yerləşən mal ferması adlı yerə getmişlər. Çatdıqdan sonra Roman əvvəlcədən götürdüyü 2 patrondan 1-dən istifadə edərək tüfənglə göyərçinlərə atəş açmışdır. Atəşdən sonra 3 ədəd göyərçin tələf olmuşdur. Evə qayıdan zaman Roman topa şəklində olan göyərçinlərə qalan 1 ədəd patronla yenidən atəş açsa da, heç bir göyəçini vura bilməmişdir. Evə qayıdan zaman yol kənarında polis əməkdaşlarını gördükdə Roman təlaşla 3 ədəd göyərçini və ev tüfəngini pəncərədən çölə atmışdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, ov etmək üçün icazəsi olmamışdır, ilk dəfə ov etmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs Şəki rayonu, Kiçik Dəhnə kəndində ov etmə qaydalarını pozmuşdur. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 mart 2025-ci il tarixli qərardan görünür ki, HK-1/66 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X1, Şəxs və Şəxs həmin əməlinə görə inzibati məsuliyyətə qərara alınmışdır. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 272.3-cü maddəsinə əsasən Balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş halları və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərindən də göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətalar qanunvericiliyinin 272.3-cü maddəsində göstərilmiş inzibati xətanın tərkibinin mövcud olması müəyyən edilməmişdir. Belə ki, işin hallarına nəzər yetirdikdə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulması aşkar edilməmiş, hadisə baş verən gün ovlanan göyərçinlərin məhz A.Şəxs tərəfindən ovlandığı təsdiq edən sübutlar protokola əlavə edilməmişdir. Həmçinin onun əməlində digər ov qaydalarının müntəzəm pozulmasını təsdiq edəcək hər hansı sübut təqdim edilməmişdir. Müntəzəm pozulmanın əsas göstəriciləri sistemlilik, davamlılıq və ardıcıllıq olsa da, bu hallar isə ümumiyyətlə sübut olunmur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №3(075)-315/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-315/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver