Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-318/2021 14.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Şəki rayonu, Qoxmuq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki rayonu, Qoxmuq kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-716/2017 nömrəli, 22.02.2017-ci il tarixli icra sənədinə əsasən 30.11.2005ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 80 manat aliment borclu Şəxs alınaraq tələbkar X4 verilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-716/2017 nömrəli, 22.02.2017-ci il tarixli icra sənədinə əsasən 30.11.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 80 manat aliment borclu Şəxs alınaraq tələbkar X4 verilməlidir. Qeyd olunan icra sənədi üzrə 28.03.2017-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Aparılmış məcburi icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olmadığı, adına əmək müqaviləsi bildirişinin qeydə alınmadığı müəyyən edilmişdir. İcra sənədi üzrə tələbkar X1 müraciət edərək 1690 manat ödənilməmiş aliment borcunun olduğunu bildirmişdir. Borclunun icra məmurunun çagrışlanna gəlmədiyindən onun barəsində Şəki rayon Məhkəməsi tərəfindən məcburi gətirilmə haqqında qərar qəbul edilirək icrası Şəki Şəhər-Rayon Polis şöbəsinə göndərilmişdir. Borclu polis əməkdaşları tərəfindən təhvil verildikdən sonra onunla söhbətlər aparılmış ona qalıq borcun ödənilməsi bildirilmişdir. Borclu verdiyi izahatında maddi imkanının və işinin olmadığı ilə əsaslandırmışdır. Hazırda icra sənədi üzrə borclunun 1690 manat aliment borcu mövcuddur. Əlavə olaraq bildirdi ki, Şəxs 14 iyun 2021-ci il tarixdən, saat 14:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 16:30-da o, məhkəməyə gətirilmişdir. Qanuni qərar verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 716/2017 nömrəli, 22.02.2017-ci il tarixli icra sənədinə əsasən 30.11.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 80 manat aliment ondan alınaraq tələbkar X4 verilməlidir. İcra sənədindən xəbəri var. Borcunu qəbul edir. Lakin stabil işi yoxdur. Gündəlik 5-10 manat qazancı olur. Maddi vəziyyəti aşağıdır. İcra sənədi üzrə borcunu bir dəfəyə ödəyə bilmir. Əlavə olaraq bildirdi ki, 14 iyun 2021-ci il tarixdən, saat 14:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 16:30-da məhkəməyə aparılmışdır. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun, izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 14 iyun 2021-ci il tarixdən, saat 14:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 14 iyun 2021-ci il tarixdən, saat 14:30-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 14 iyun 2021-ci il tarixdən, saat 14:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 14 iyun 2021-ci il tarixdən, saat 14:30-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-318/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-318/2021
14.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver