Məhkəmə qərarları › İş №3(075)-318/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-318/2023

08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-318/2023 08.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şikayətçi: X3 iştirakı ilə, X1 Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin 15 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun və həmin inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 15 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı Lətif Cənnətov tərəfindən tərtib olunmuş 15 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 15 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin X2 şikayət ərizəsinə 15 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 15 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatət əlavə edərək, onun barəsində Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı Lətif Cənnətov tərəfindən tərtib olunmuş 15 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 15 noyabr 2022ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 3(075)-318/2023 saylı qərardadı ilə X4 tərəfindən onun barəsində Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı Lətif Cənnətov tərəfindən barəsində tərtib edilmiş 15 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun və həmin inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 15 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün ötürülmüş prosessual müddətin üzrlü hesab edirlərək bərpa edilməsi qərara alnmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı Lətif Cənnətov tərəfindən onun barəsində tərtib edilmiş 15 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş 15 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan narazıdır. Belə ki, guya o, qanunsuz olaraq küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş yerlərdə malların satılmasını və ya işlərin görülməsi ilə məşğul olur. Göstərmişdir ki, o, sürücü işləyir. Heç bir ticarətlə məşğul olmur. Qeyd olunan hadisə baş verən zaman onun dörd sütrücü yoldaşı da onun yanında olmuşdur. Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı Lətif Cənnətov onun adını soruşaraq ona çölə çıxmağını bildirmişdir. O, barəsində tərtib olunmuş protokoldan ancaq onun evinə ünvanlanmış İcra və Probasiya Xidmətinin 25 yanvar 2023-cü il tarixli məktubundan sonra məlumatı olmuşdur. Bildirmişdir ki, həmin inzibati xəta haqqında protokolda onun imzası mövcud deyil. Odur ki, onun barəsində Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı Lətif Cənnətov tərəfindən tərtib olunmuş 15 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 15 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, heç bir küçə ticarəti ilə məşğul olmur. Onun evinə bir aydan artıq müddət keçdikdən sonra İcra və Probasiya Şöbəsi tərəfindən məktub ünvanlanmışdır. Ancaq bundan sonra onun inzibati xəta haqqında protokoldan məlumatı olmuşdur. Həmin protokol əsasında ona 80 manat inzibati cərimə yazılmışdır. Hesab edir ki, onun barəsində Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı Lətif Cənnətov tərəfindən tərtib olunmuş 15 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 15 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Belə ki, o, heç bir ticarətlə məşğul olmur, Bakı şəhərində Avtovağzalda olan zaman, onu polis şöbəsinə aparmışlar, orada onu bir müddət saxladıqdan sonra azadlığa buraxmışlar. O, polis şöbəsində olan zaman onun barəsində heç bir inzibati xəta haqqında protokol tərtib olunmamışdır. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini mhəkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı Lətif Cənnətov tərəfindən tərtib olunmuş 15 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 İXM-nin 454-cü maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib olunmuşdur. İş materiallarında olan 15 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-nin 454-cü maddəsinin tələblərini pozduğuna 80 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və qismən təmin edilərək 15 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görəsəksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 134.1.3-cü naddəinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmə iclasında müəyyən edildi ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı Lətif Cənnətovun 15 noyabr 2022-ci il tarixdə tərtib etdiyi MN ******* nömrəli protokolda və onun əsasında qəbul edilmiş 15 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında X4 Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş xətanı törəddiyi qeyd edilsə də, X4 inzibati xəta haqqında protokolda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı Lətif Cənnətovun 15 noyabr 2022-ci il tarixdə tərtib etdiyi MN ******* nömrəli protokola istinad edilməklə X3 Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə təqsirli bilinmiş, 80 manat məbləğində inzibati cərimə edilməsinə dair qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməməklə, tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, protokol tərtib edilən zaman inzibati xəta törətmiş şəxsin izahatı alınmamışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən qəbul olunmuş 15 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, X4 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Məhkəmə Şikayətin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən qəbul olunmuş 15 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar