Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-319/2023 27.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şikayətçi Zaqatala Hərbi Prokurorunun köməkçisi, ədliyyə baş leytenantı X13, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X1 etibarnamə üzrə nümayəndəsi X8 iştirakları ilə, Şikayətçi Azərbaycan Respublikasının Prokurorluğu Zaqatala Hərbi Prokurorluğunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X4 tərəfindən qəbul edilmiş 15 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardan verdiyi protestə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi Zaqatala Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Elşən Əli- Məmmədov ərizə ilə məhkəməyə müraciət edərək, 23/05-23 nömrəli inzibati xəta haqqında iş üzrə qəbul olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 xidmətinin 15 mart 2023-cü il tarixli, MN ******* nömrəli qərarrının ləğv edilməsi barədə qərar verməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi Zaqatala Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Elşən Əli- Məmmədov ərizəsini onunla əsaslandırmışdır ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər X9 “Sağ ayaq pəncəsinin içəri səthinin deşilmiş cızılmış yarası, yad əşya ilə zədələnməsi (paslı mismar)” diaqnozu ilə xəsarət alması faktına dair toplanmış cinayət işinin başlanmasının rədd edilməsinə dair material xx.xx.2023-cü il tarixdə Zaqatala Hərbi Prokurorluğuna daxil olmuşdur. Müəyyən edilmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant X6 təhlükəsizlik qaydalarını pozmaqla hərbi hissədə işlərin görülməsi üçün göstəriş verib N nömrəli hərbi hissənin dislokasiya ərazisində yerləşən idman şəhərciyində çəkisi 22- 25 kq aralığında olan taxtaların təhlükəsiz yerdəyişməsinin həyata keçirilməsi üçün qaldırıcı nəqliyyat və kiçik mexanizasiya vasitələrinin istifadəsini təmin etməyə görə, «Yükləmə-boşaltma İşləri. Təhlükəsizliyin ümumi tələbləri» 12.3.009-76 DÜST-in 1.3 bəndinin, «Təşkilatlarda yüklərin yerdəyişmə əməliyyatları. Ümumi təhlükəsizlik tələbləri.» 12.3.020-80 DÜST-in 3.3.2 və 3.3.3 bəndlərinin tələblərini, yəni “əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə görə” tələblərini pozması nəticəsində N nömrəli hərbi hissənin çevik hərəkət bölüyünün 1-ci taqımının 1-ci manqasının atıcısı vəzifəsində xidmət edən əsgər X14 12 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində N nömrəli hərbi hissənin idman şəhərciyində təlim idman qurğusunun köhnə taxtasını yeniləmək məqsədi ilə təzə taxtanı götürüb köhnə taxtanı yerinə qoymaq istəyərkən əlindəki taxta sürüşüb sağ ayağına düşmüş və həmin vaxt taxtada olan paslı mismar sağ ayağındakı əsgər çəkməsini deşib sağ ayaq pəncəsinin kənarına batması nəticəsində “Sağ ayaq pəncəsinin içəri səthinin deşilmiş cızılmış yarası, yad əşya ilə zədələnməsi (paslı mismar)” diaqnozlu dərəcəsi təyin edilməyən xəsarət alması ilə bağlı hərbi hissənin tibb məntəqəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, çavuş İsmayıl Hüseynovun yazdığı raport esasında N nömrəli hərbi hissənin komandiri, mayor Teymur Ağamalıyev tərəfindən xx.xx.2022-ci il tarixdə təyin edilmiş, araşdırma hərbi hissənin şəxsi heyət üzrə şöbənin baş zabiti, kapitan Mehman Həsənov tərəfindən aparılaraq, 05 fevral 2023-cü il tarixdə əsgər X9 “Sağ ayaq pəncəsinin içəri səthinin deşilmiş cızılmış yarası, yad əşya ilə zədələnməsi (paslı mismar)” diaqnozu ilə xəsarət alması faktında cinayət hadisəsi olmadığına görə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci, leytenant X6 tərəfindən təhlükəsizlik qaydalarını pozmaqla hərbi hissədə işlərin görülməsi üçün göstəriş verməsi nəticəsində əsgər E.E.Əliyevin dərəcəsi təyin edilməyən xəsarət alması əməlində Azərbaycan Respublikası CM-in 162.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olmadığına görə barəsində qeyd edilən maddə ilə Azərbaycan Respublikasının CPM- nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Təhqiqat orqanının cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı və toplanmış materiallar 07 fevral 2023-cü il tarixdə Zaqatala Hərbi Prokurorluğuna daxil olmuş, prokurorluqda yoxlanılmış və təhqiqat orqanından daxil olmuş Azərbaycan Respublikasının CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinin tələblərinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qüvvədə saxlanılmış və material təhqiqat orqanına qaytarılmışdır. Həmçinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu leytenant X3 törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərə tutulan inzibati xətanın tərkib əlamətləri olması müəyyən edilmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İnzibati xəta haqqında iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant X6 12 sentyabr 2022-ci il tarixdə təhlükəsizlik qaydalarını pozmaqla hərbi hissədə işlərin görülməsi üçün göstəriş vermesi nəticəsində N nömrəli hərbi hissənin dislokasiya ərazisində yerləşən idman şəhərciyində çəkisi 22-25 kq aralığında olan taxtaların təhlükəsiz yerdəyişməsinin həyata keçirilməsi üçün qaldırıcı nəqliyyat və kiçik mexanizasiya vasitələrinin istifadəsini təmin etməməyə görə, «Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri» 12.3.009-76 DÜST-in 1.3 bəndinin, «Təşkilatlarda yüklərin yerdəyişmə əməliyyatları. Ümumi təhlükəsizlik tələbləri.» 12.3.020-80 DÜST-in 3.3.2 ve 3.3.3 bəndlərinin tələblərini, yəni "əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə görə" tələblərini pozmuş və nəticədə N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər X14 xx.xx.2022-ci il tarixdə "Sağ ayaq pəncəsinin içəri səthinin deşilmiş cızılmış yarası, yad əşya ilə zədələnməsi (paslı mismar)" diaqnozlu dərəcəsi təyin edilməyən xəsarət almışdır. Göründüyü kimi, leytenant X3 təhlükəsizlik qaydalarını pozmaqla hərbi hissədə işlərin görülməsi üçün göstəriş verməsi nəticəsində əsgər X9 "Sağ ayaq pəncəsinin içəri səthinin deşilmiş cızılmış yarası, yad əşya ilə zədələnməsi (paslı mismar)" diaqnozlu dərəcəsi təyin edilməyən xəsarət alması nəticəsində Xəzər Ələkbərov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı (əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsi ilə əməyin mühafizəsi qaydalarının pozulması) törətmişdir. Aparılmış araşdırma ilə leytenant X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialında olan ekspert rəyləri, izahatlar və digər sənədlərlə tam şəkildə təsdiq edildiyindən onun barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış material həmin tarixdə baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 xidmətinə təqdim edilmişdir. xx.xx.2023cü il tarixdə inzibati xəta haqqında işə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 xidmətinin X4ndə baxılmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Şəki- X5 15 mart 2023-cü il tarixli, MN ******* nömrəli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam veriilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X1 qeyd olunan qərarı xx.xx.2023-cü il tarixdə rəsmi qaydada Zaqatala Hərbi Prokurorluğuna daxil olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X1 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarında İnzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsinin tələbləri pozulmaqla işin faktiki hallarını göstərməmiş, gəlmiş olduğu nəticəni əsaslandırmamış, inzibati xəta haqqında iş üzrə materialda olan sübutlara qiymət verməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə iclasa gəlməməsinə baxmayaraq, iclasın təxirə salınması və ya həmin şəxsin iclasa gəlməsinin təmin olunması ilə bağlı heç bir tədbir görməmiş, formal olaraq inzibati xəta haqqında iş üzrə icraata inzibati xətalar məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar qəbul etmişdir. Lakin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X1 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarında leytenant X3 əməlində inzibati xəta tərkibinin olmaması qənaətinə gəlməsi əsassızdır Belə ki, inzibati xəta haqqında materiala əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 471 nömrəli rəyindən görünür ki, X10 məhkəmə-tibbi ekspertizası zamanı aşakar edilmiş xəsarət: sağ ayaq pəncəsinin içəri səthinin deşilmiş yarası iti uclu deşici əşyanın (alətin) təsirindən törənmişdir, mismarın təsirindən törənməsi istisna edilmir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Bundan başqa, inzibati xəta haqqında materiala əlavə olunmuş məhkəmə texniki-təhlükəsizlik ekspertizasının xx.xx.2022-ci il tarixli 10/6891 nömrəli rəyindən görünür ki, N nömrəli hərbi hissənin əsgəri X14 tərəfindən hərbi hissənin dislokasiya ərazisində yerləşən idman şəhərciyində çəkisi 22-25 kq aralığında olan taxtaların təhlükəsiz yerdəyişməsinin həyata keçirilməsi üçün qaldırıcı nəqliyyat və kiçik mexanizasiya vasitələrinin istifadəsinin təmin edilməməsi baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri» 12.3.009-76 DÜST-in 1.3 bəndinin, Təşkilatlarda yüklərin yerdəyişmə əməliyyatları. Ümumi təhlükəsizlik tələbləri.” 12.3.020-80 DÜST-in 3.3.2 ve 3.3.3 bəndlərinin tələbləri pozulmuşdur. N nömrəli hərbihissənin dislokasiya ərazisində yerləşən idman şəhərciyində çəkisi 22-25 kq aralığında olan taxtaların təhlükəsiz yerdəyişməsinin həyata keçirilməsi üçün qaldırıcı nəqliyyat və kiçik mexanizasiya vasitələrinin istifadəsini təmin etməyə görə, «Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri» 12.3.009-76 DÜST-in 1.3 bəndinin, «Təşkilatlarda yüklərin yerdəyişmə əməliyyatları. Ümumi təhlükəsizlik tələbləri.» 12.3.020-80 DÜST-in 3.3.2 ve 3.3.3 bəndələrinin tələbləri həmin işlərin görülməsinə göstəriş vermiş qərargah bölüyünün 3-cü taqim komandiri leytenant X6 tərəfindən pozulmuşdur. Göründüyü kimi, qeyd olunan ekspert rəyləri ilə leytenant X3 əməlində İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsinin tərkib əlamətlərinin olması öz təsdiqini tapır. Odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X1 inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsi ilə qanunsuz və əsassız xitam vermişdir. Faktiki olaraq leytenant X6 məsuliyyətdən kənar qalmaqla hərbi hissədə xidmət edən digər hərbi qulluqçular tərəfindən bu növ yeni inzibati xətanın törədilməsi ehtimalını artırır. Bu da öz növbəsində hərbi qulluqçular tərəfindən hüquqi qaydaların qeyri-düzgün qavranmasına, nəticə etibarı ilə qanunçuluğun, eləcə də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müvafiq nizamnamələrinin tələblərinin pozulmasına, hərbi qulluqçular arasında Əməyin mühafizəsi qaydalarının pozulması ilə onların sağlamlığına zərər vurulmasına və bunun nəticəsində qeyd olunan məsələnin ortaya çıxmasına şərait yaradacaqdır. İnzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən kənar qalması həmçinin Silahlı Qüvvələrdə ümumi intizamı aşağı səviyyəyə salır, hərbi xidmət mənafelərinə, intizama, ordunun şəxsi heyətinin komplektləşdirilməsinə ciddi zərər vurur və hərbi qulluqçuların normal hərbi xidmət fəaliyyətini çətinləşdirir. Qeyd olunanları nəzərə alaraq N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant X6 Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən inzibati məsuliyyətə cəlb edilməsi zəruridir. Buna görə də 23/05-23 nömrəli inzibati xəta haqqında iş üzrə qəbul olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 xidmətinin 15 mart 2023-cü il tarixli, MN ******* nömrəli qərarrının ləğv edilməsi barədə qərar verməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Zaqatala Hərbi Prokurorunun köməkçisi, ədliyyə baş leytenantı X17 şikayət ərizəsini müdafiə edərək bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin ŞəkiX12 tərəfindən qəbul olunmuş qərar qanunsuzdur. Qanunvericiliyin tələblərinə uyğun olmadığından qəbul olunmuş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X1 etibarnamə üzrə nümayəndəsi X15 izahat verərək bildirdi ki, Əmək Məcəlləsinin 6-cı maddəsinə uyğun olaraq həmin məcəllədə göstərilmiş normalar hərbi qulluqçular barəsində tətbiq oluna bilməz. Hərbi Prokurorluq tərəfindən də tərtib olunmuş inzibati protokola əsasən hərbi qulluqçunun barəsində əməyin mühafizə qaydalarının pozulmasına görə inzibati tənbeh tətbiq olunması üçün Əmək Müfəttişliyinə göndərildiyindən İXM-nin müvafiq maddəsi ilə xitam verilmişdir. Qəbul etdikləri qərar qanuni olduğundan verilmiş şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İşdə olan Konstitusiya Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 208-ci maddəsinə əsasən həmin Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əməyin mühafizəsi normaları və qaydalarının hərbi qulluqçulara münasibətdə onların məhz müəssisələrdə işə cəlb edildiyi halda tətbiq olunması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndi ilə ziddiyyət təşkil etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3 və 129.1.4-cü maddələrinin tələbinə əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barəsində inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 fevral 2023-cü il tarixli qərardan görünür ki, N nömrəli hərbi hissənin çevik hərəkət bölüyü 1-ci taqim 1-ci manganın atıcısı vəzifəsində xidmət edən əsgər X9 «sağ ayaq pəncəsinin içri səthinin deşilmiş yarası» diaqnozu xəsarətini alması faktında cinayət hadisəsi olmadığından həmin xüsusat üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1 maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, leytenant X3 barəsində Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İşdə olan “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, 28 oktyabr 1996-cı il tarixdə Neftçala rayonunda anadan olmuş, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, Neftçala rayonu Aşağı Surra kəndində daimi pasport qeydiyyatında olan, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, leytenant X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalənin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. İşdə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 15 mart 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərardan görünür ki, X3 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2022-ci il tarixli, 10/6891 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, N nömrəli hərbi hissənin əsgəri X14 tərəfindən hərbi hissənin disloksiya ərazisində yerləşən idman şəhərciyində çəkisi 22-25 kq aralağında olan taxtaların təhlükəsiz yerdəyişməsinin həyata keçirilməsi üçün qaldırıcı nəqliyyat və kiçik mexanizasiya vasitələrinin istifadəsinin təmin edilməməsi baş vermiş hadisənin texniki səbəbi olmuşdur. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 noyabr 2022-ci il tarixli, 3/1480 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, tədqiqata təqdim edilmiş əsgər çəkməsinin nisbətən yan hissəsində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş bir ədəd zədə vardır. Ümumi əlamətlərinə əsasən əsgər çəkməsinin səthində olan zədə deşici xassəyə malik bərk predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik deşilmə zədəsidir. Əsgər çəkməsinin səthində olan zədədə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədənin hər hansı konkret bir predmetlə, o cümlədən tədqiqata təqdim edilmiş mismarla təsir nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. İşdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X18 20 sentyabr 2022-ci il tarixli, 471 saylı rəyindən görünür ki, X9 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət: sağ ayaq pəncəsinin içəri səthinin deşilməsi yarası iti uclu deşici əşyanın (alətin) təsirindən törənmişdir, mismarın təsirindən törənməsi istisna edilmir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən tarixdə və şəraitdə yəni, xx.xx.2022-ci il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə protesti nəzərdən keçirib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Zaqatala Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Elşən Əli-Məmmədovun protesti əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 198.1.1-ci maddəsinə əsasən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X4 tərəfindən qəbul edilmiş 15 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 198.1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X1 15 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Belə ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant X6 tərəfindən təhlükəsizlik qaydalarını pozmaqla hərbi hissədə işlərin görülməsi üçün göstəriş verilməsinə və nəticədə N nömrəli hərbi hissənin çevik hərəkət bölüyünün 1-ci taqımının 1ci manqasının atıcısı vəzifəsində xidmət edən əsgər X9 12 sentyabr 2022-ci il tarixdə, saat 11 radələrində “sağ ayaq pəncəsinin içəri səthinin deşilmiş cızılmış yarası, yad əşya ilə zədələnməsi (paslı mismar)” diaqnozli dərəcəsi təyin edilməyən xəsarətlər almasına baxmayaraq, X11 Xidməti inzibati xəta haqqında işə baxan zaman iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan, işə baxılan zaman müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halları sübuta yetirmədən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq etmədən, iş üzrə inzibati xəta tərkibi olmadığını formal əsas gətirərək iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu və qərarı tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Göründüyü kimi səlahiyyətli orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır və bu hallar aradan qaldırılmadan şəxsin əməlinə hüquqi qiymət verilməsi mümkün deyildir. Qanunvericiliyin tələblərinə əsasən inzibati icraat zamanı tərəflərin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, hüquqi yardımdan istifadə etmək, iş üzrə qəbul edilmiş qərardan şikayət vermək kimi hüquqları vardır. İnzibati Xətalar Məcəlləsinin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 106.0.6-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmaması məsələsini aydınlaşdırır. Beləliklə, hazırkı iş üzrə İXM-lə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə qərar qəbul edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən həmin pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İXM-nin 134.1.4-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati işə baxılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan, İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən, qərar ləğv edilməli, İXM-nin tələblərinə əməl edilməsi, inzibati xəta törətmiş fiziki, vəzifəli və ya hüquqi şəxsin müəyyən edilməsi, nəticəsindən asılı olaraq inzibati xəta haqqında işə baxıb qərar qəbul edilməsi və ya aidiyyəti üzrə göndərilməsi üçün iş səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Zaqatala Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Elşən Əli-Məmmədovun protesti təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X4 tərəfindən qəbul edilmiş 15 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar ləğv edilsin və və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X2 göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-319/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-319/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver