Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-320/2021 30.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs: Şəxs iştirakı ilə xx xxxx 1963-cü il tarixdə Vartaşen rayonu Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, Şəki rayonu Böyük Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti alayından daxil olmuş inzibati xətaya dair işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 11 iyun 2021-ci il tarixdə, saat 21:30 radələrində özünə məxsus iki baş camışı yolda nəzarətsiz qoyduğundan Yevlax-Zaqatala-Gürcüstan yolunun 35-ci km-liyindən keçən hissəsində hərəkətdə olan və X2 idarə etdiyi “X6” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobil həmin heyvanları vurmuş, nəticədə avtomobilin sahibinə 5920 manat məbləğində maddi ziyan dəymişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti alayından Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti alayına və zərərçəkmiş şəxs X3 məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti alayı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, zərərçəkmiş şəxs X4 isə gəlməmişdir. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki rayonu Böyük Dəhnə kəndində yaşayır. 11 iyun 2021-ci il tarixdə özünə məxsus iki baş camışı həyətdən çıxararaq küçədəki bulaqdan su içməyə buraxmışdır. Qonşuda hüzr yeri olduğundan oraya getməli olmuşdur. Geri qayıtdıqdan sonra camışların gəlmədiyini görmüş və kənd ərazisində axtarmağa başlamışdır. Lakin heç yerdə camışlarını tapa bilməmişdir. Təxminən saat 21 radələrində evə qayıdarkən mobil telefonuna zəng gəlmişdir. Ona camışlarının Yevlax-Zaqatala- Gürcüstan yolunda avtomobil vurduğunu bildirmişlər. O, tez həmin yerə getmiş, tələf olmuş camışlarını və onlardan təxminən 35-40 metr aralıda “X6” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobili görmüşdür. Həmin vaxt avtomobilin qabaq hissəsinin sağ tərəfi əzilmiş vəziyyətdə olmuşdur. Əlavə olaraq bildirdi ki, sözügedən yer yaşayış məntəqəsi olmaqla, camışları sürətlə hərəkət edən avtomobil vurmuşdur. Odur ki, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan zərərçəkmiş şəxs X2 12 iyun 2021-ci il tarixli izahatından görünür ki, 11 iyun 2021-ci il tarixdə, saat təxminən 21 radələrində ona məxsus olan “X6” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Şəki şəhəri istiqamətdə hərəkətdə olmuşdur. Saat təxminən 21:30 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhəddi yolunun 35-ci km-liyindən keçən hissəsində Dəhnə çayı üzərində keçərkən yolun hərəkət hissəsinə sahibsiz iki baş camış çıxarmışdır. Məsafə yaxın olduğundan o, maşını saxlaya bilməmiş və camışları vurmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobilinə maddi ziyan dəymişdir. Hadisə baş verən ərazi yaşayış məntəqəsi olsa da işıqlandırma olmadığından yol qaranlıq olmuşdur. İş materiallarında olan Şəki Mərkəzi Rayon X1 tərəfindən 11 iyun 2021-ci il tarixdə verilmiş 158 nömrəli «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı»ndan görünür ki, X4 11 iyun 2021-ci il tarixdə ayıq olmuşdur. İş materiallarında olan “xxxx” MMC tərəfinfən verilmiş 12 iyun 2021-ci il tarixli, 34 nömrəli rəydən görünür ki, “X6” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan xidmət işinin dəyəri 1600 manat, lazım olan ehtiyat hissələrinin mal və material dəyəri 4320 manat olmaqla, cəmi 5920 manat təşkil edir. Göründüyü kimi Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4–338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, məhkəmə Şəxs Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-320/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-320/2021
30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver