Məhkəmə qərarları › İş №3(075)-320/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-320/2022

23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-320/2022 23.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, xx xxxx 1973-cü ildə Şəki şəhərində anadan olmuş, evli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X6 İdarəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən, “Buratino” sahibkarlıq obyektində 3,10m x 0,35m x 1 ədəd = 1,09 kvadrat metr və 2,10m x 0,75m x 1 ədəd=1,58 kvadrat metr ölçüdə fasad reklamların icazəsiz yerləşdirilməsi və yayımı faktı aşkar edilmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün X6 İdarəsindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına iştirak etməmişdir. Belə ki, məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs istifadəsində olan 055 468-90-09 mobil nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində SMS bildiriş göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən, “Buratino” sahibkarlıq obyektində 3,10m x 0,35m x 1 ədəd = 1,09 kvadrat metr və 2,10m x 0,75m x 1 ədəd=1,58 kvadrat metr ölçüdə icazəsiz fasad reklamlar yerləşdirmiş və yaymışdır. Bu barədə 24 may 2022-ci il tarixdə açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair akt tərtib olunmuşdur. Həmçinin 24 may 2022-ci il tarixdə sahibkara icrası məcbur olan göstəriş göndərilərək xəbərdarlıq edilmiş, ona qanunsuz olaraq yerləşdirdiyi reklamı sökməsi və reklam yerləşdirmək üçün 5 gün ərzində X6 İdarəsi ilə müqavilə bağlaması tələb olunmuşdur. Lakin Şəxs dövlət rüsumunu ödəməkdən boyun qaçırmışdır. Şəxs, X6 İdarəsi ilə müqavilə bağlamamışdır. Buna görə də Şəxs barəsində İXM-nin 428.7.1-ci maddəsi ilə insibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Şəxs 11 saylı Ərazi Vergilər Baş İdarəsində VÖEN ********** ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair 24 may 2022-ci il tarixli aktdan görünür ki, Şəxs “Reklam” haqqında Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinin tələblərinə zidd olaraq Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən, “Buratino” sahibkarlıq obyektində açıq məkanda icazəsiz reklam yerləşdirməsi və yayımı faktı aşkar edilmişdir. İş materiallarında olan 24 may 2022-ci il tarixli, İMG 002006 nömrəli icrası məcburi olan göstərişdən görünür ki, Şəxs aktda qeyd olunan qanun pozuntuların 05 (beş) gün ərzində aradan qaldırmadığı təqdirdə İXM-nin 428.7.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi ilə bağlı xəbərdar edilmişdir. İş materiallarında olan 06 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən, “Buratino” sahibkarlıq obyektində açıq məkanda icazəsiz reklam yerləşdirmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 06 iyun 2022-ci il tarixli telefonoqramın surətindən görünür ki, X6 İdarəsinin Hüquq və Kadr şöbəsinin mütəxəssisi Elvin Kərimov tərəfindən idarənin hüquqşünasının istifadəsində olan 077 281 50 10 mobil nömrəsi vasitəsi ilə sahibkar Şəxs məxsus 055 486 90 09 mobil telefon nömrəsi ilə xx.xx.2022-ci il tarixdə saat 15:00-da əlaqə saxlanılaraq barəsində xx.xx.2022-ci il tarixdə, saat 15:00-da fəaliyyət göstərdiyi Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən, “Buratino” sahibkarlıq obyektinin qarşısında açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin uyğun bəndi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı, protokolun tərtib ediləcəyi yer və vaxt barəsində sahibkara məlumat verilmiş və göstərilən yerdə və vaxtda iştirakını və ya nümayəndəsinin iştirakını təmin etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüqu qi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkəti X6 İdarəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Belə ki, Şəxs müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirmişdir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar