Məhkəmə qərarları › İş №3(075)-321/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-321/2022

09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-321/2022 09.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlunun, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, il ərzində inzibati məsuliyyətə cəlb edilmiş, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlu tərəfindən tərtib edilmiş 09 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-47/2021 nömrəli, 23 fevral 2021-ci il tarixli icra sənədinə əsasən 19 oktyabr 2016-cı il təvəllüdlü X9 və 02 aprel 2018-ci il təvəllüdlü X10 ataları Şəxs alınıb anaları X5 verilməli, borclu Şəxs 19 oktyabr 2016-cı il təvəllüdlü X9 və 02 aprel 2018-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üçün 100 manat omaqla, cəmi 200 manat aliment tutularaq X5 ödənilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlu inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-47/2021 nömrəli, 23.02.2021-ci il tarixli icra sənədinə əsasən 19 oktyabr 2016-cı il təvəllüdlü X9 və 02 aprel 2018-ci il təvəllüdlü X10 ataları Şəxs alınıb, anaları X5 verilməlidir. Borclu Şəxs 19 oktyabr 2016-cı il təvəllüdlü X9 və 02 aprel 2018-ci il təvəllüdlü X2 üçün hər ay hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat aliment tutularaq X5 ödənilməlidir. Alimentin tutulması uşaqların anası X5 verildiyi tarixdən hesablanmalıdır. İcra sənədi üzrə 08.10.2021-ci il tarixli qərarla icraata başlanılmış və tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. Borcluya tələbi könüllü icra etməyi üçün 10 gün müddət verilmişdir. Lakin bu müddətdə borclu tələbin icrasını təmin etməmişdir. 15.11.2021-ci il tarixdə borcludan izahatı alımış və o, izahatında bir-birinə zidd ifadələr vermişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq 10.12.2021-ci il tarixə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına icra prosesi təyin edilmiş və əvvəlcədən bildiriş təqdim olunaraq borcludan uşaqları icra hərəkətlərinin həyata keçiriləcəyi yerə gətirməyi tələb olunmuşdur. Lakin, borclu təyin olunmuş icra prosesinə uşaqların gətirilməsini təmin etməmişdir. Növbəti dəfə icra sənədinin icrası ilə əlaqədar olaraq 17.12.2021-ci il tarixə borclu və uşaqların yaşadığı ünvana icra prosesi təyin edilmişdir. İcra prosesində uşaqlar anaları ilə görüşmüş, psixoloq tərəfindən uşaqlarla söhbətlər aparılmış və uşaqlar anaları ilə getməyə hər hansı narazılıq bildirən hərəkətlər etməmişdir. Uşaqlar anaları ilə gedərkən borclu və onun anası tərəfindən uşaqlara təyziqlər edilərərək uşaqların ağlamasına səbəb olmuş və nəticədə uşaqların anasına verilməsi mümkün olmamışdır. Bu görə də borclu barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmədə protokola baxılarkən borclu icra sənədini icra edəcəyini və məhkəmədən vaxt verilməsini xahiş etmişdir. Məhkəmə icra sənədini icra etməyi üçün borcluya vaxt vermiş və protokola baxılmasını təxirə salmışdır. Lakin, borclu icra sənədinin icrasını təmin etməmiş və Şəki Rayon Məhkəmsinin 3(075)-698/2021 saylı, 20.12.2021-ci il tarixli qərarı ilə 600 manat inzibati cərimə olunmuşdur. Növbəti dəfə 21.01.2022-ci il tarixə icra prosesi təyin edilmişdir. Borclunun ünvanına bu barədə bildiriş göndərilmişdir. İcra prosesi ilə əlaqədar təyin edilmiş icra yerində olan zaman borclunun ünvanda olmadığı və uşaqların borclunun anası ilə birlikdə evdən çıxaraq getdikləri müşahidə olunmuşdur. Borcluya məxsus mobil nömrə ilə əlaqə saxlanılmış və nə üçün icra prosesinə gəlmədiyi soruşulmışdur. Borclu icra məmuruna etiraz etdiyi üçün icra prosesinə gəlmədiyini bildirmişdir. Tərəfindən növbəti dəfə 26.04.2022-ci il tarixə icra prosesi təyin edilmişdir. Tələbkar ərizə ilə müraciət edərək borclu ilə razılaşdıqlarını və borclu tərəfindən 12.05.2022-ci il tarixədək uşaqların ona veriləcəyini bildirmişdir Borclu 26.04.2022-ci il tarixli izahatında 12.05.2022-ci il tarixədək icra sənədini icra edəcəyini bildirmişdir. Lakin, borclu yenidən dediklərinə əməl etməmiş və icra sənədinin icrasını təmin etməmişdir. Tərəfindən 09.06.2022-ci il tarixə borclu və uşaqların yaşadığı ünvana məcburi icra prosesi təyin edilmiş və borcluya bildiriş təqdim edilmişdir. İcra prosesi ilə əlaqədar ünvana gedilmiş, lakin ünvanda heç kimin olmadığı və qapıların bağlı olduğu müəyyən olunmuşdur. Borcluya məxsus mobil nömrə ilə əlaqə saxlanılmış və icra yerinə gəlməyi tələb olunmuşdur. Borclu icra yerinə gəlmişdir. Ondan icra sənədinin icrasını təmin edib-etməyəcəyi və uşaqların harda olduğu soruşulmuşdur. Borclu icra sənədini icra etməyəcəyini və uşaqların nənələri ilə birlikdə getdiklərini bildirmişdir. Borclu onun barəsində inzibati məsuliyyət tədbirləri görülməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs 09 iyun 2022-ci il tarixdə, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 16:30-da məhkəməyə aparılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirdi ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-47/2021 nömrəli, 23 fevral 2021-ci il tarixli icra sənədinə əsasən 19 oktyabr 2016-cı il təvəllüdlü X9 və 02 aprel 2018-ci il təvəllüdlü X10 ataları Şəxs alınıb ona verilməli, borclu Şəxs 19 oktyabr 2016-cı il təvəllüdlü X9 və 02 aprel 2018-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üçün 100 manat omaqla, cəmi 200 manat aliment tutularaq ona ödənilməlidir. Lakin borclu Şəxs icra sənədi üzrə tələbin icrasını təmin etməmişdir. Uşaqların onun yanında qalmasına maneçilik törədir. Heç bir xəstəliyi yoxdur və uşaqlarına baxmağa maddi imkanı var. Uşaqların ona verilməsinə köməklik göstərilməsini və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)- 47/2021 nömrəli, 23 fevral 2021-ci il tarixli icra sənədinə əsasən 19 oktyabr 2016-cı il təvəllüdlü X9 və 02 aprel 2018-ci il təvəllüdlü X10 ondan alınıb, anaları X5 verilməli, ondan 19 oktyabr 2016-cı il təvəllüdlü X9 və 02 aprel 2018-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üçün 100 manat omaqla, cəmi 200 manat aliment tutularaq X5 ödənilməlidir. İcra sənədinə əsasən 19 oktyabr 2016-cı il təvəllüdlü X9 və 02 aprel 2018-ci il təvəllüdlü X10 ondan alınıb, anaları X5 verilməli olsa da, 2018-ci il tarixdən anaları X6 xəstəliyi ilə əlaqədar 3 il ərzində uşaqları nənələri saxlamışdır. Uşaqların ondan alınması onların səhhətinin pisləşməsi ilə nəticələnəcəkdir. Bu səbəbdən də uşaqların onun himayəsindən alınmaları ilə razı deyildir. Bundan başqa məhkəməyə təqdim etdiyi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, məhkəmə qərar ilə razı deyil. Məhkəmə bütün halları düzgün araşdırmamışdır. Məhkəmənin qərarı qanunsuzdur. Tələbkarın uşaqlara baxmaq üçün yaşayış yeri yoxdur. Qəyyumluq orqanının rəyində göstərilən ünvan sahibinin isə tələbkarın onun ünvanında yaşamasına razılıq verilməsi ilə bağlı icazəsi yoxdur. Bu gündən sonra da uşqları anasına vermək niyətində deyil. O, yalnız uşaqların anası ilə görüşmələrinə şərait yarada bilər. İlk olaraq, o, uşaqları anasına verilməsinə etiraz etməmiş, uşaqlar getməmişdir. Bundan sonra isə, o, uşaqların anasına verilməsinə razı olmamış, hal-hazırda da razı deyil və məhkəmənin qətnaməsini icra etməyəcəkdir. Əlavə olaraq bildirdi ki, 09 iyun 2022-ci il tarixdə, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 16:30-da məhkəməyə aparılmışdır. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X11 uşaqların analarının yanına getmək istəməmələrini nəzərə alaraq icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Şəki Rayon Məhkəməsinin 3(075)-698/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə təqsirli bilinib 600 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi (İXM-nin 33.1.2-ci maddəsi) məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Odur ki, bu, məhkəmə tərəfindən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 09 iyun 2022-ci il tarixdə, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 09 iyun 2022-ci il tarixdə, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 09 iyun 2022-ci il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 09 iyun 2022-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar