Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-323/2025 21.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxxxx 2005-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib edilmiş 20 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 20 iyun 2025-ci il tarixdə saat 18:00 radələrində Şəki rayonunun Kiş kəndində yerləşən “Safari” istirahət mərkəzinin qarşısında nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, protokolu müdafiə edir. Belə ki, 20 iyun 2025-ci il tarixdə bölmənin əməkdaşları xidməti vəzifələrini icra edərkən rayonunun Kiş kəndində yerləşən “Safari” istirahət mərkəzinin qarşısında Şəxs uca səslə nalayiq ifadələr işlətdiyini müəyyən etmişlər. Bundan sonra polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, ondan ictimai qaydanı pozmağı dayandırmasını tələb etmişlər. Şəxs isə öz qərəzli hərəkətlərini davam etdirmiş, onlara qarşı aqressiv hərəkətlər nümayiş etdirərək, öz hərəkətlərini davam etdirəcəyini bildirmişdir. Bundan sonra Şəxs polis şöbəsinə gətirilmişdir. O, şöbədə olarkən nalayiq ifadələr işlətdiyini, polis əməkdaşlarının tələblərinə məhəl qoymadan aqressiv hərəkətlər etməyi davam etdirdiyi etiraf etmişdir. Şəxs barəsində 20 iyun 2025-ci il tarixdə İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, X3 məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, “Safari” istirahət mərkəzində işləyir. 20 iyun 2025ci il tarixdə işlədiyi istirahət mərkəzinin qarşısında dostu olduğunu bildirdiyi Tehran Həşimov adlı şəxslə aralarında mübahisəli məsələ olduğu üçün onunla mobil telefonla danışarkən nalayiq ifadələr işlətmişdir. Ona yaxınlaşan polis əməkdaşları bu hərəkətlərə son qoymağı tələb etsə də, əsəbi olduğu onun göstərişə əməl etməkdən imtina etmiş, ictimai qaydanı pozmaqda davam etmişdir. Bundan sonra onu polis bölməsinə aparmışlar. Polis bölməsində baş vermiş hadisə ilə bağlı ondan izahat alınmışdır. Şəxs törətdiyi inzibati xətadan peşman olduğunu, belə hallara yol verməyəcəyini qeyd etmişdir. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil hadisə baş verən vaxtı məsələnin şahidin iştirakı olmadan araşdırılmış olduğunu, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən sübutun olmadığını bildirmiş, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 20 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 18:30-da tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeylərin yoxlanılması haqqında” 20 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində hər hansı əşya aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs uca səslə nalayiq ifadələr işlətməklə, Şəki ŞRPŞ-nin polis əməkaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səs-küy salmış, ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. 76.1-ci maddəsində əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 78.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 32.1.1 maddəsinə əsasən əməlindən səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 20 iyun 2025-ci il tarixdən, saat 18:30-dan hesab edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Cəfərova AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004, Tel: 244-70-13, Faks: (024) 244-30-70 www.shakicourt.gov.az Elektron ünvan İş № 3 (075)-323/2025 21 iyun 2025-ci il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Elnur Həsənova İnzibati xəta edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şəki Rayon Məhkəməsinin 3 (075)-323/2025 nömrəli 21 iyun 2025-ci il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 1) Qərar-01 nüsxədə. 2) Portaldan çıxarış. Hakim Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №3(075)-323/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-323/2025
21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver