Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-325/2025 21.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Şəki rayon prokurorluğundan daxil olmuş protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Şəki rayon prokuroru, baş ədliyyə müşaviri X1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 21 iyun 2025-ci il tarixli qərardan görünür ki, vəzifəli şəxs Şəxs (xx.xx.1966-cı il tarixdə Şəki rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Şəki rayon Psixiatriya xəstəxanasının psixiatr-həkimi vəzifəsində işləyən) barəsində səlahiyyətləri xaricində olmasına baxmayaraq, qəsdən tamah niyyəti və etibardan sui-istifadə və aldatma yolu ilə pensiya təyin edilməsindən ötrü ümumilikdə 450 manat məbləğində pulu ələ keçirməsi faktına görə, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında materiallar natamam olduğundan qərar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədən şəxsin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında üç ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələbləri baxımından inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilməlidir. İnzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılmalıdır. İş materiallarından göründüyü kimi Şəki rayon prokurorluğu tərəfindən Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə toplanmış material xx.xx.2025-ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin tarixdə məhkəməyə gətirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Şəki rayon prokurorluğundən daxil olmuş material geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Şəki rayon prokurorluğundən daxil olmuş inzibati xəta haqqında protokol Şəki rayon prokurorluğunə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №3(075)-325/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-325/2025
21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver