Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-326/2025 23.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X8 iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 21 iyun 2025-ci il tarixli İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 21 iyun 2025-ci tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasında ucadan səs-küy salaraq və ünvansız nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X10 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 14:30 radələrində Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Elməddin Salamov və Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Məhəmməd İsayev xidmətdə olduqları zaman Şəki ŞRPŞ-nin Növbətçi Hissəsindən telefonla onlara məlumat verərək, Şəki rayonu üzrə İcra və Probasiya getməklərini bildirdilər. Onlar dərhal Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə yaxınlaşdılar, bu zaman şöbənin inzibati binasında bir nəfər şəxsin ucadan səs-küy salaraq nalayiq ifadələr işlətdiyini, icra məmurları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin rəisi Məzahir Məmmədovun ünvanına qarşı nalayiq ifadələr işlətməsini gördülər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək, həmin şəxsi nizam-intizama, qanunlara hörmətlə yanaşmağa dəvət etsələrdə, həmin şəxs onlara məhəl qoymayaraq öz hərəkətlərini qərəzli şəkildə davam etdirərək, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin iş rejimini pozmuşdur. Onlar həmin şəxsi polis şöbəsinə dəvət etdilər, lakin həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq polis şöbəsinə getməkdən imtina etdilər. Bundan sonra həmin şəxs polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirildi, polis şöbəsində həmin şəxsin ünvan 4 ünvanında yaşayan Şəxs olması müəyyən olundu. Bu səbəbdən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, o, Şəki şəhər sakini Fidan Hacı-Rəsulzadə ilə 2016-cı ildə ailə həyatı qurmuşdur. Birgə nikah münasibətlərindən iki övladları anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da, sonralar münasibətləri pozulmuş və məhkəmə qaydasında nikahları pozulmuşdur. Nikahları pozulduqdan sonra birgə nikahdan olan övladları analarının yanında saxlanılmışdır. O, uşaqlarla ünsiyyətlə bağlı məhkəməyə müraciət etmiş, məhkəmə qərarı ilə hər həftənin şənbə günləri, saat 14:00-dan 18:00-dək uşaqlarla görüş təyin edilmişdir. Görüş təyin olunduqdan sonra da o, görüş təyin olunan vaxt uşaqları ilə çətinliklə görüşə bilmişdir. Son bir həftədə uşaqlarla görüş zamanı keçmiş həyat yoldaşı Fidan, digər ailə üzvləri, qohumları və icra məmurları uşaqları ilə görüşməsinə maneə yaratmışlar. Bildirmişdir ki, 23 iyun 2025-ci il tarixdə uşaqlarla görüş üçün təyin edilmiş vaxtda Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına getmişdir. Bunanın akt zalında uşaqlarla görüş zamanı icra məmuru və psixoloq onların görüşəcəyi otağa daxil oldular. Həmin otağa daxil olan zaman icra məmuru ona “uşaqlar səni istəmir” dedi. O da icra məmuruna “bunun səbəbkarı sənsən” dedi. Belə olub, münaqişə baş vermişdir. Həmin vaxt o, işin düzgün aparılmaması səbəbli uşaqları ilə danışa və görüşə bilmədiyi bildirdi. Bu zaman icra məmuru ona kobud cavab qaytardığı üçün araların sözlü mübahisə yarandı. O, bu haqsızlıqlara dözə bilmədiyi üçün icra məmuru Orxana qarşı “tülkü, çaqqal” ifadələrini işlətdi. Orxan da ona qarşı eyni ifadələri işlətmişdir. Bundan sonra həmin yeri Şəki rayonu üzr İcra və Probasiya Şöbəsinin rəisi Məzahir Məmmədov gəldi. Onunla da aralarında sözlü mübahisə baş verdi. Məzahir Məmmədov ona qarşı, o da Məzahir Məmmədova qarşı nalayiq ifadələr işlətdilər. Mübahisə zamanı icra məmurlarına qarşı əl-qol hərəkətləri baş verməmişdir. Onun övladları ilə görüşməsinə maneələr yaradıldığı üçün əsəbiləşmiş, icra məmurları ilə aralarında mübahisə baş vermişdir. Bildirmişdir ki, keçmiş həyat yoldaşı və ailə üzvləri birgə nikahlarından anadan olmuş övladlarını döyür, hədə qorxu gəlir. Uşaqlara əgər atalarına nəsə desələr, atalarını tutduracağını bildirir. Onun uşaqları ilə görüşməsinə maneələr yaradılır. Bir neçə dəfə icra məmurlarına zəng vursa da, onun zənginə cavab verən olmamışdır. İşə düzgün, ədalətlə baxılmır. Baş verənlərdən əsəbiləşdiyi üçün icra məmurları ilə mübahisə etmişdir. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X12 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X3 ifadə verərək bildirdi ki, 21.06 2025-cı il tarixdə, saat təxminən 14:30 radələrində Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Elməddin Salamovla birlikdə xidmətdə olduqları zaman Şəki ŞRPŞ-nin Növbətçi Hissəsindən telefonla onlara məlumat verərək Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə getməkləri bildirildi. Onlar dərhal Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə yaxınlaşdılar. Bu zaman şöbənin inzibati binasında bir nəfər şəxsin ucadan səs-küy salaraq nalayiq ifadələr işlətdiyini, icra məmurları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin rəisi Məzahir Məmmədovun ünvanına qarşı nalayiq ifadələr işlətməsini gördülər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək, həmin şəxsi nizam-intizama dəvət edib, qanunlara hörmətlə yanaşmağı bildirsələr də, həmin şəxs onlara məhəl qoymayaraq öz hərəkətlərini qərəzli şəkildə davam etdirdi. Həmin şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin iş rejimini pozmuşdur. Onlar həmin şəxsi polis şöbəsinə dəvət etdilər. Lakin həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq polis şöbəsinə getməkdən imtina etdi. Bundan sonra həmin şəxs tərəflərindən polis şöbəsinə gətirildi. Polis şöbəsində həmin şəxsin ünvan 5 ünvanında yaşayan Şəxs olması müəyyən olundu. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X1 digər şahid X3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 qızı ifadə verərək bildirdi ki, o, Bakı şəhər sakini Şəxsla 2016-cı ildə ailə həyatı qurmuşdur. Birgə nikah münasibətlərindən iki övladları anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da, sonralar münasibətləri pozulmuş və məhkəmə qaydasında nikahları pozulmuşdur. Nikahları pozulduqdan sonra birgə nikahdan olan övladları onun yanında saxlanılmışdır. Bundan sonra Şəxs uşaqlarla ünsiyyətlə bağlı məhkəməyə müraciət etmiş, məhkəmə qərarı ilə hər həftənin şənbə günləri, saat 14:00-dan 18:00-dək uşaqlarla görüş təyin edilmişdir. O, Şəxs məhkəmə qərarı ilə təyin olunan vaxtlarda birgə nikahlarından olan uşaqları ilə görüşməsinə hər hansı maneə yaratmamışdır. Bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya İdarəsində keçmiş həyat yoldaşı Şəxsla uşaqlarının görüşü zamanı idarənin dəhlizində olduğu zaman Şəxs zorla uşağı özünə çəkərək görüşmək istəmişdir. Lakin uşaqlar görüşmək istəməmişdir. O, uşaqların qorxduğunu görüb ona görüşməməsini bildirdi. Bu zaman Şəxs ona və atasına qarşı nalayiq ifadələr işlətmişdir. Kənarda dayanan psixoloq Mürsələ qanuna zidd hərəkətlərini dayandırmasını bildirmişdir. Daha sonra psixoloq uşaqlarla birlikdə görüş üçün akt zalına daxil oldu. Sonra Mürsəl də gəlib otağa daxil oldu. Bu zaman oğlu qaçaraq otaqdan çıxdı. Bir qədər qızı ilə qaldıqdan sonra ona uşaqları özü ilə aparmaq istədiyini bildirdi. O, buna öz etirazını bildirdi. İcra məmu Orxan Məlikov, psixoloq Xəyalə xanım zala daxil olaraq Mürsələ etirazlarını bildirdilər. Bu zaman Mürsəl əsəbiləşərək ucadan nalayiq ifadələr işlətmişdir. Mürsəl icra məmuru Orxanı nalayiq ifadələrlə təhqir etmişdir. Daha sonra Şəki rayonu üzrə İcra və Probasiya İdarəsi rəisi Məzahir Məmmədov zala daxil olub sakitləşdirməyə çalışsa da, X4rşı nalayiq ifadələr işlədərək təhqir etmişdir. Daha sonra DİN 102 xidmətinə məlumat verilərək həmin yerə polis əməkdaşları gəlmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: - “İnzibati qaydada tutulma haqqında” 21 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 15:30-da tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 15:00-da azad edilmişdir. - “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” 21 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində heç bir əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını və şahidi dinləyib, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs qeyri-etik ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, səs-küy salmış, ictimai qaydanı pozmuşdur. Polisin qanuni tələblərinə tabe olmamışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilməlidir. Eyni zamanda onun xx.xx.2025-ci il tarix, saat 15:30-dan xx.xx.2025-ci il tarix saat 15:00-dək inzibati qaydada tutulduğu nəzərə alınaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 31.4-1-ci maddəsi tətbiq edilməklə, təyin ediləcək inzibati cərimənin məbləği azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs xx.xx.2025-ci il tarix, saat 15:30-dan xx.xx.2025-ci il tarix saat 15:00-dək inzibati qaydada tutulması nəzərə alınmaqla, ona təyin olunmuş inzibati cərimə azaldılaraq 150 (yüz) manat məbləğində müəyyən olunsun. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-326/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-326/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver