Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-328/2022 13.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, X3 qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxx 1979-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində qeydiyyatda olan, Bakı şəhərində kirayədə yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2022-ci il tarixli inzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-533/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 24.11,2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Salamova (Məmmədova) Mətanət Süleyman qızının xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlu inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-533/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Salamova (Məmmədova) Mətanət Süleyman qızının xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2020-ci il tarixli qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə birlikdə borclunun ünvanına göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına tələbin yönəldilə biləcəyi heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir.xx.xx.2021-ci il və xx.xx.2021-ci tarixlərdə borcluya xəbərdarlıq məktubu göndərilərək aliment borcunu ödəyərək İcra Şöbəsinə gəlməyi tələb olunmuşdur. Lakin, borclu bu tələbi yerinə yetirməmişdir.Aparılan icra hərəkətləri nəticəsində borclu Şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün xx.xx.2022-ci il tarixində borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Şəki ŞRPŞ-yə göndərilmişdir. Şəki ŞRPŞ tərəfindən borclu barəsində ******* saylı axtarış işi açılmışdır. Borclu Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 10:00-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq borcludan izahatı alınmışdır. O, izahatında icra sənədindən və tərəfimizdən göndərilən bildirişlərdən məlumatı olduğunu bildirmişdir.Borclu izahatında aliment pulundan indiyədək özü tərəfindən heç bir məbləğin ödənilmədiyini, ancaq anası tərəfindən 6-7 aydır ki, hər ay pensiya kartından 200 manat ödənildiyini bildirmişdir. Borclu hal-hazırda yaranmış 5880 manat aliment borcundan heç bir məbləğ ödəyə bilməyəcəyini, ancaq ona iki ay müddət verilsə borcunu tam bağlaya biləcəyini bildirmişdir. Protokolu müdadiə edir. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsi ilə onunla tələbkar arasında bağlanmış nikah pozulmuş, iki azyaşlı uşağı anaları Salamova (Məmmədova) Mətanət Süleyman qızının yanında saxlanılmış və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay, hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. İcra sənədlərindən məlumatı vardır. Maddi imkanı aşağı olduğu üçün icra sənədində göstərilən aliment məbləğini ödəməmişdir. Bildirmişdir ki, o, Bakı şəhərində çilingər işləməklə hər ay 450-500 manat gəliri olur. Hal-hazırda aliment borcundan ödəniş etmək imkanı yoxdur. Əlavə olaraq bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə 10:00-da polis əməkdaşları tərəfindən məcburi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərmişdir ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 13 iyun 2022-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 13 iyun 2022-ci il tarixdən, saat 10:00-dan məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 13 iyun 2022-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 13 iyun 2022-ci il tarixdə, saat 10:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-328/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-328/2022
13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver