Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-328/2025 04.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26366405 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26366405 nömrəli elektron qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, sonuncu sürmə etibarnaməsi ona verilən **-HC-*** dövlət qeydiyyat nişanlı Mercedes E240 markalı minik maşınının sahibi olan qaynı X5 xx.xx.2025-ci il tarixində saat 12:53 radələrində Şəki şəhər M.Ə.Rəsulzadə prospektində yerləşən “Araz” marketin qarşısında yolun sol kənar zolağında saxlayıb marketə girmişdir. Maşını saxladığı vaxt maşından solda yolun səkisində Vaz 21015 markalı nəqliyyat vasitəsi və yolun sərnişinlər üçün ayrılmış hissəsində isə digər Hundai markalı nəqliyyat vasitəsi park etmişlər. **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilində xidmət aparan Bəhruz və Vüsal adlı patrul xidməti inspektorları sözü gedən nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və durmasını əsas gətirərək İXM-nin 346.4-cü maddəsi ilə onun, yəni X1 adına EQ 26366405 nömrəli elektron protokol tərtib etmişlər. Maşında olan təhlükəsizlik kameralarının görüntülərindən də göründüyü kimi X3 Hərəkəti haqqında qanunda yolun sol kənar hissəsini bildirən 1.4 nişanlama xəttinə paralel olaraq, Toyota Prado və Hundai markalı minik maşınlarını ötüb onlarla bir xətt üzərində yolun sol kənar hissəsində park etmişdir. Videolara baxdıqda maşından arxada və öndə yolun sol kənar hissəsində dayanan Hundai və Nissan markalı nəqliyyat vasitələri ilə də müqayisə etdikdə açıq-aydın görünür ki, maşın sahibi onlarla eyni düz xətt üzərində, yəni yolun sol kənar hissəsini bildirən 1.4 1.4 nişanlama xəttinin yanında saxlamışdır. Avtomobillərin hərəkətinə heç bir maneə yaratmır. Bu vəziyyətdə qayda pozuntusuna yol verən maşın sahibindən solda yolun səkisində və sərnişinlər üçün ayrılmış hissəsində maşınlarını park edən sürücülərdir ki, İXM-nin 346.9cu maddəsi rəhbər tutularaq onlara protokol tərtib edilməli idi. Eyni zamanda, protokol tərtib edilən zaman maşın sahibinin həyat yoldaşı və oğlu da maşında olmuşdur. Yol patrul xidməti əməkdaşları heç bir xəbərdarlıq etmədən, xidməti maşınlarından enmədən maşının şəkillərini çəkmiş və protokol tərtib etmişlər. Protokola əlavə edilmiş şəkilin birində aydın görünür ki, maşının sağ arxa qapısı açılmış və maşın sahibinin oğlu atasını çağırmaq üçün marketə getmək istəmişdir. Sözügedən protokolla bağlı xx.xx.2025-ci il tarixdə elektron qaydada rəsmi şikayətini bildirmişdir. Həmin 313-16/2-A-47998/2-11/2025 saylı müraciəti xx.xx.2025-ci il tarixdə araşdırılaraq müvafiq tədbir görülməsi üçün Şəki ŞRPŞ-nin rəisinə p yönləndirilmişdir. Bundan əlavə olaraq, eyni məzmunda, əlavə elektron daşıyıcıda video və foto görüntülər olmaqla Baş X10i idarəsinin rəis müavininə xx.xx.2025ci il tarixdə teleqram ünvanlamışdır. Lakin hər iki müraciəti cavabsız qalmışdır. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26366405 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan videogörüntülərdən aydın olur ki, xx.xx.2025-ci il tarixində saat 12:50 radələrində sözügedən ərazidə X4 barəsində inzibati tənbeh haqqında qərar tərtib edilərkən, **-HC-*** dövlət qeydiyyat nişanlı Mercedes E240 markalı minik maşını sonuncu dəfə etibarnamə verilmiş X4 tərəfindən deyil, həmin maşınının sahibi X5 tərəfindən idarə edilmişdir. Bu zaman minik maşının sahibinin həyat yoldaşı və oğlu da maşında olmuşlar. Məhkəmə, şikayətin dəlilləri ilə razılaşaraq qeyd edir ki, X4 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1.3-cü naddəinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə 80 (səksən) manat məbləğində cərimə edilir. Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərar və inzibati xəta haqqında protokol ilə verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi və iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26366405 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarda X1 İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, məhkəmədə tədqiq edilmiş fotoşəkillərdən və videogörüntülərdən müəyyən edilir ki, sonuncu dəfə şikayətçi X2 idarə etməsi üçün etibarnamə verilmiş **-HC-*** dövlət qeydiyyat nişanlı Mercedes E240 markalı minik maşın onun tərəfindən idarə edilmir. Lakin inzibati xəta haqqında qərarda qeyd edilmiş inzibati xətanı X1 törətdiyi göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən verilmiş şikayətdə həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26366405 nömrəli qərarla X1 İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilərək 80 manat məbləğində inzibati cərimə edilməsinə dair qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, qərarda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması qərarı qəbul etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə tərəfindən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməməklə, qəbul edilmiş qərarın hansı əsasla qəbul edilməsi ilə bağlı məhkəməyə heç bir sübutu da təqdim etməmişdir. X4 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda inzibati xəta haqqında işə baxılarkən səlahiyyətli orqan tərəfindən avtomobilin kim tərəfindən idarə edilməsi göstərilməmiş, qərarın məzmununda sadəcə Məmmədəli Əhmədovun istifadəçisi olduğu nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qeyd edilməklə (İXM-nin 346.4-ci maddəsinin dispozisiyasının məzmununu) kifayətlənilmişdir. Halbuki, iş materiallarında olan videogörüntülərdən də aydın olur ki, **-HC-*** dövlət qeydiyyat nişanlı Mercedes E240 markalı avtomobil X4 tərəfindən idarə edilməməsinə qeyd olunan avtomobilin həmin yerdə onun tərəfindən saxlanılmamasına baxmayaraq həmin avtomobilin idarə edilməsi nəticəsində törədilən inzibati xəta haqqında qərar onun barəsində verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X7 oğlunun İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işin yuxarıda qeyd olunan mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları və ziddiyyətli məqamları araşdırılmadığından xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26366405 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X7 oğlunun Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26366405 nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №3(075)-328/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-328/2025
04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver