Məhkəmə qərarları › İş №3(075)-329/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-329/2022

13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-329/2022 13.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxx 1977-ci il tarixdə Şəki rayonu Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, Şəki rayonu Böyük Dəhnə kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib edilmiş 13 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1433/2021-002 nömrəli, 05.08.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 4088,4 manat məbləğində pul vəsaiti və 30 dövlət rüsumu tutularaq tələbkar “ABC Telekom MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3890 nömrəli, 15.05.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 581 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutularaq X2 ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3315/2021 nömrəli, 14.07.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 926 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-2172/2021 nömrəli, 27.09.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 1898 manat borc və 20 manat rüsum tutularaq "xxxx" LTD MMC-yə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3314/2021 nömrəli, 21.07.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 438 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)- 11440 nömrəli, 25.10.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs cəmi 1382,79 manat məbləğində borc alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1433/2021-002 nömrəli, 05.08.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 4088,4 manat məbləğində pul vəsaiti və 30 dövlət rüsumu tutularaq tələbkar “ABC Telekom MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3890 nömrəli, 15.05.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 581 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutularaq X2 ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3315/2021 nömrəli, 14.07.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 926 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-2172/2021 nömrəli, 27.09.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 1898 manat borc və 20 manat rüsum tutularaq "xxxx" LTD MMC-yə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3314/2021 nömrəli, 21.07.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 438 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)- 11440 nömrəli, 25.10.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs cəmi 1382,79 manat məbləğində borc alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədləri müxtəlif tarixlərdə icraata daxil olmuş, həmin tarixlərdə tələbin könüllü icrası üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. Lakin, könüllü icra müddəti ərzində icra sənədlərinin icrası təmin edilməmişdir. Görülmüş icra todbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlirlər aşkar edilməmişdir. İcra sənədləri üzrə borclu Şəxs müxtəlif tarixlərdə dəfələrlə rəsmi xəbərdarlıqlar edilərək borc məbləğlərini ödəməsi tələb edilsə də. borclu həmin xəbərdarlıqlara da heç bir əhəmiyyət verməmişdir. 13.06.2022-ci il tarixində Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək şöbəmizə gətirilmişdir. Həmin tarixdə bir daha ona icra sənədləri üzrə tələbin mahiyyəti və qanunvericiliyin tələbi izah edilərək borclarından əsaslı ödəniş etməsi tələb edilmiş, lakin onun tərəfindən heç bır ödəniş edilməmişdir. İzahatında bildirmişdir ki, kafe işlətməklə qazanc əldə edir, faktiki olaraq Bakı şəhəri Nizami rayonu ərazisində kirayə tutduğu evdə yaşayır. Həmin borcları ödəmək üçün maddi vəziyyətinin kifayət etmədiyini göstərmiş, borcları isə hissə-hissə ödəyəcəyini bildirmişdir. Göründüyü kimi borclu Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə və borcu ödəmək üçün faktiki imkanları olmasına baxmayaraq heç bir üzrlü səbəb olmadan icra sənədləri üzrə borclarının heç bir hissəsini ödəməmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs 13 iyun 2022-ci il tarixdə, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 17:30-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1433/2021-002 nömrəli, 05.08.2021-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 4088,4 manat məbləğində pul vəsaiti və 30 dövlət rüsumu tutularaq tələbkar “ABC Telekom MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3890 nömrəli, 15.05.2019-cu il tarixli icra sənədinə əsasən ondan 581 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutularaq X2 ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3315/2021 nömrəli, 14.07.2020-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 926 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-2172/2021 nömrəli, 27.09.2021-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 1898 manat borc və 20 manat rüsum tutularaq "xxxx" LTD MMC-yə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3314/2021 nömrəli, 21.07.2020-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 438 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)- 11440 nömrəli, 25.10.2016-cı il tarixli icra sənədinə əsasən ondan cəmi 1382,79 manat məbləğində borc alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədlərindən xəbəri olmuşdur. Lakin imkanı olmadığına görə borcu ödəyə bilməmişdir. Yaxın zamanda borclarını ödəyəcəkdir. Əlavə olaraq bildirdi ki, 13 iyun 2022-ci il tarixdə, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 17:30-da məhkəməyə aparılmışdır. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 Asif Alxas oğlunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş alimenti məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 13 iyun 2022-ci il tarixdə, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 17:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 13 iyun 2022-ci il tarixdə, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 13 iyun 2022-ci il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 13 iyun 2022-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar