Məhkəmə qərarları › İş №3(075)-33/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-33/2022

11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-33/2022 11.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ƏhmədovTərlan Yaşar oğlunun iştirakı ilə, xx xxxx 1983-cü il tarixdə Şəki şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən verilmiş ******* nömrəli, 21.11.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 100 (bir yüz) manat məbləğində cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən verilmiş ******* nömrəli, 21.11.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 100 (bir yüz) manat məbləğində cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi 05.03.2021-ci il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin könüllü icra müddəti ərzində borclu tələbin icrasını təmin etməmişdir. Könüllü icra müddəti bitdikdən sonra məcburi icra tədbirlərinə başlanılmış və borcluya rəsmi xəbərdarlıq göndərilərək borc məbləğinin ödərilməsi ondan tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin, borclu Şəxs xəbərdarlığa məhəl qoymayaraq və icra sənədi üzrə cərimə borcunu ödəməkdən yayınaraq bugünədək heç bir ödəniş etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq borclunun məcburi qaydada Şəki rayonu üzrə icra gətirilməsinə zərurət yarandığı üçün 04.06.2021-ci il tarixdə tərəfimizdən borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilərək borclu Şəxs göndərilmişdir Lakin borclu icra məmurunun çağırışlarına gəlməmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq borclunun məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilməsinə zərurət yarandığı üçün 18.06.2021-cı il tarixdə tərəfimizdən borclunun məcburi gətirilməsi haqqında təqdimatla Şəki Rayon Məhkəməsinə müraciət edilmişdir. Şəki Rayon Məhkəməsinin 8(075)-292/2021 saylı, 30.06.2021-ci il tarixli qərarı ilə borclu Şəxs barəsində “borclunun məcburi gətirilməsi barədə" qərar qəbul edilmiş və həmin qərar icra edilməsi üçün 09.07.2021-cı il tarixdə tərəflərindən Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilmişdir. İcra sənədində borclu Şəxs ünvanı ünvan 2birləri nəticəsində borclunun faktiki olaraq göstərilən ünvanda yaşamadığı müəyyən edilmişdir. Görülən digər icra tədbirləri nəticəsində də borclunun yerini müəyyən etmək həmçinin borclunun iştirakı olmadan icra sənədi üzrə tələbin icrasını təmin etmək mümkün olmamışdır. Odur ki, çağırış üzrə gəlmədiyi və yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün borclu Şəxs barəsində borclunun axtarılması barədə qərar qəbul edilərək icrası üçün Şəki Şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. Şəki ŞRPŞ tərəfindən onun barəsində axtarış işi açılmışdır. 11.01.2022-ci il tarixində borclu Şəxs Şəki Şəhər-Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilmişdir. Həmin tarixdə borclunun icra və probasiya şöbəsində izahatı alınmış, icra sənədi üzrə borcun ödənilməsi ondan tələb edilmişdir. Borclu verdiyi izahatında borc məbləğindən hazırda heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Eyni zamanda tərəflərindən borclunun əmlak vəziyyətinin öyrənilməsi, gəlirlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq dövlət qurumlarına, bank və kredit təşkilatlarına sorğular verilmişdir. Nəticədə banklarda borcluya məxsus pul vəsaiti və başqa sərvətlərin, mülkiyyətində tələbin yönəldilməsinə yol verilən daşınar və daşınmaz əmlakın, eləcə də pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. Borclu bu günədək qeyd edilən borc məbləğindən heç bir ödəniş etməmiş və nəticədə icra sənədi icra edilmədən qalmışdır. Bununlada icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, Şəki Şəhər-Rayon Polis Şöbəsinin ******* nömrəli, 21.11.2020-ci il tarixli icra sənədinə əsasən 100 manat cərimə olunmuşdur. Lakin maddi imkanı olmadığından icra sənədi üzrə cərimə məbləğini tam ödəyə bilməmişdir. Bundan sonra da cəriməni ödəməsi mümkünsüzdür. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səllahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialla tam təsdiq edildi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib onun barəsində inzibati qaydada 180 (bir yüz səksən) saat ictimai işlər tətbiq edilsin. Şəxs üzərinə 180 saat ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar