Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-33/2024 13.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Niyazi oğlunun iştirakları ilə, xx xxxx 1961-cı il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, evli, X4 idarəsinin rəisi vəzifəsində işləyən, Şəki rayonu, A.Cuma küç., 6 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Niyazi oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: Şəxs Niyazi oğlunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 12 yanvar 2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs Niyazi oğluna dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, həmin icra sənədi üzrə ödəməli olduğu borcunun ödənişindən qərəzli olaraq yayınmışdır. Şəki Rayon Məhkəməsinin 3 (075)-33/2024 saylı, 15 fevral 2024-cü il tarixli qərarına əsasən, Şəxs Niyazi oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. 29 mart 2024-cü il tarixdə iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs Şəki Rayon Məhkəməsinin 3 (075)-33/2024 saylı, 15 fevral 2024-cü il tarixli qərarından şikayəti məhkəməyə daxil olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 3 (107)-116/2024 saylı, 19 aprel 2024-cü il tarixli qərarına əsasən Zərərçəkmiş şəxs apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 3 (075)-33/2024 saylı, 15 fevral 2024-cü il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-43/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclular Azərbaycan Meliorasiya və X7 Səhmdar Cəmiyyəti və X4 İdarəsindən maddi ziyana görə 1559 manat, əldən çıxmış faydaya görə 5441 manat alınaraq tələbkarlar Zərərçəkmiş şəxs və X1 verilməli və borclular Azərbaycan Meliorasiya və X7 Səhmdar Cəmiyyəti və X4 idarəsinin vəsaiti hesabına tələbkarlara məxsus Şəki rayonu, Qozlubulaq kəndində yerləşən 5 ha torpaq sahəsi əkinə yararlı vəziyyətə salınmalıdır. Qətnamə üzrə maddi ziyan tam olaraq borclular tərəfindən ödənilsə də, icra vərəqəsində göstərilən torpaq sahəsinin əkinə yararlı vəziyyətə salınması hissəsində isə borlu X4 idarəsinin rəisi Şəxs Niyazi oğlu tərəfindən göstərilən sahəyə texnika cəlb edilsə də, torpaq sahəsinin tam olaraq yararlı vəziyyətə salınması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Niyazi oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs da, torpaq sahəsinin yerləşdiyi ərazidə su anbarının tikintisinə 1986-cı ildə başlanmışdı. SSRİ dövləti dağıldıqdan sonra maliyyə vəsaitinin çatışmaması səbəbindən tikinti yarımçıq qalmışdı. 2012-ci ildə isə anbarın yenidən qurulması üçün vəsait ayrıldı. 2021-ci ilə qədər tikinti işləri aparıldı. 2021-ci ildə anbar istismara qəbul edildi. Həmin ərazidə 3 kənddə yeraltı su mənbələri olmadığı üçün dövlət tərəfindən həmin su anbarı tikilmişdir. Lakin tikinti dayandığı dövrdə həmin ərazidə yerləşən torpaq sahələri müxtəlif şəxslərin mülkiyyətinə verilmişdir. Məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləği zərərçəkmiş şəxsə ödənilmişdir. Həmçinin fiziki və texniki cəhətdən hansı işlər görülə bilərsə görülmüşdür. Bu məsələnin həllinin köklü olaraq bir yolu var, o da dövlət tərəfindən həm Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin, həm də həmin ərazidə digər şəxslərin mülkiyyətində olan torpaq sahələrinin əvəzi ödənilməklə alınmasıdır ki, həmin məslə ilə bağlı da rəhbərlik tərəfindən müvafiq səlahiyyətli orqanlara müraciətlər edilmişdir ki, yaxın zamanlarda göstərilən torpaq sahəsinin alınması üçün Zərərçəkmiş şəxs və digər torpaq sahələrinin sahiblərinə dövlət tərəfindən müvafiq təkliflər ediləcəkdir. Nəticəsini gözləyirlər. Onun heç bir təqsirinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs izahatında bildirdi ki, onun şəxsən Şəxs Niyazi oğlu ilə hər hansı bir ədavəti və s. yoxdur. O, sadəcə olaraq məhkəmə qərarının icra edilməsini istəyir. O, dəfələrlə bildirmişdir ki, əgər ona torpaq sahəsinin dəyəri bazar qiyməti ilə ödənilsə bu məsələ öz həllini tapmış olar. Göndərilmiş müraciətlərə cavab alınması üçün bir müddət daha gözləməyə hazırdır. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinlə\yərək və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasənda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Niyazi oğlu tərəfindən Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-43/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra edilməməişdir. Bununla da Şəxs Niyazi oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş, onun barəsində 12 yanvar 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 15 fevral 2024-cü il tarixli qərarına əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından məhkmə tərəfindən inzibati xətaya dair iş üzrə icraata xitam verilmişdir. İş üzrə qərardan narazı qalan Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 3 (075)-33/2024 saylı, 15 fevral 2024-cü il tarixli qərarı, Şəki Apellyasiya Məhkəməsinin 3 (107)-116/2024 saylı, 19 aprel 2024-cü il ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş baxılması üçün 02 may 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İş üzrə məhkəmə baxışı iclası bu günə, yəni 13 may 2024-cü il tarix, saat 11:10a təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin “İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar” adlı 39-cu fəslindən görünür ki, İXM-nın 528.1-ci maddəsi həmin fəslə aiddir. Deməli İXMnin 528.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İşdə olan inzibati xəta haqqında protokoldan da göründüyü kimi Şəxs Niyazi oğlu inzibati xətanı 12 yanvar 2024-cü il tarixdə törətmişdir. Göründüyü kimi artıq inzibati xətanın törədilmə vaxtından 4 aydan artıq müddət keçmişdir. Həmçinin məhkəmə diqqətə çatdırır ki, İXM-nin 528.1-ci maddəsi İXM-nin 38.2-ci maddəsində nəzərdə tutulan uzanan inzibati xətalara aid deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs Niyazi oğluna İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh vermə müddəti keçmişdir. Göstərilənlərə əsasən Şəxs Niyazi oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.4.1, 30.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Niyazi oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-33/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-33/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver