Məhkəmə qərarları › İş №3(075)-33/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-33/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-33/2025 16.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Şikayət verən şəxs X2 Şəki ŞRPŞ tərəfindən qəbul edilmiş 14 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında tərtib edilmiş qərarından verdiyi şikayətini nəzərdən keçirib M Ü Ə Y Y Ə N E T D İ M: Şikayət verən şəxs X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qanuni və hüquqi yardım göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş şikayətə, ona əlavə edilmiş sənədlə birlikdə baxaraq hesab edirəm ki, X4 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, X2 barəsində Şəki ŞRPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 14 fevral 2023-cü il tarixli, MN ******* nömrəli qərar tərtib edilmişdir. O, isə həmin qərardan şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərmişdir. Onun inzibati tənbeh vermə haqqında qərarı nə vaxt alması məlum deyildir və X4 bu barədə hər hansı sübutu şikayətinə əlavə etməmişdir. X4 qərardan şikayət verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüş, ötürülmüş müddətin bərpası ilə əlaqədar müraciəti məhkəməyə daxil olmamış və şikayətini qanunvericiliklə müəyyən edilmiş müddətdə verə bilməməsinə əsas ola biləcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, isə prokuror protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-130.3-cü maddələrində isə göstərilmişir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İşin hallarını, 14 fevral 2023-cü il tarixli inzibati xəta haqqında qərarın surətinin X4 tərəfindən imzalanaraq alması həmçinin inzibati tənbeh vermə haqqında qərarın alınması vaxtı barədə hər hansı sübut təqdim edilməməsini, inzibati qərarın tərtib edildiyi vaxtdan 01 il 11 ay 01 gün sonra şikayət verilməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, X4 tərəfindən Şəki ŞRPŞ tərəfindən qəbul edilmiş 14 fevral 2023-cü il tarixli, MN ******* nömrəli qərarından verilmiş şikayət ona əlavə edilmiş sənədlə birlikdə geri qaytarılmalı, ona səlahiyyətli orqana (Şəki ŞRPŞ-nə) buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququnun olması izah olunmalıdır. Bundan başqa, şikayətçi X1 ŞRPŞ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 14 fevral 2023-cü il tarixli, MN ******* nömrəli qərarından şikayət vermiş, lakin həmin şikayətin xahiş etdi hissəsində tələb dəqiq göstərilməmişdir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X4 tərəfindən Şəki ŞRPŞ tərəfindən qəbul edilmiş 14 fevral 2023-cü il tarixli, MN ******* nömrəli qərarından verilmiş şikayət ona əlavə edilmiş sənədlə birlikdə geri qaytarılsın. X3 inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Şəki ŞRPŞ-nə vəsatətlə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar