Məhkəmə qərarları › İş №3(075)-330/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-330/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-330/2024 07.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Cəmilov Vüsal Nazim oğlunun iştirakı ilə X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20609248 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X6 onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20609248 saylı elektron qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, mülkiyyətində olan “VAZ-2103” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobil vardır. Həmin avtomobillə bağlı doqquz il bundan qabaq, yəni 2015-ci il tarixdə 1 illik müddətinə etibarnamə vermişdir. Bun ndan sonra başqa heç kimə avtomobili idarə etməsi üçün etibarnamə verməmişdir. Buna baxmayaraq həin avtomobil şəxsiyyəti müəyyən olunmayan şəxslər tərəfindən Bakı şəhərində idarə edilir və demək olar ki, bütün rayonları gəzir. Avtomobil onun tərəfindən idarə edilməməsinə baxmayaraq onun barəsində inzibati xəta haqqında qərarlar qəbul edilir. Avtomobili onun tərəfindən idarə edilməməsinə görə elektron və rəsmi olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Baş X11 İdarəsinə müraciətlər etmişdir. Lakin uzun müddətdir ki, müraciəti cavabsız qalmaqla onun barəsində inzibati qərarlar qəbul edilir. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin edilməsini məhkəmədən xahilş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20609248 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Şəki şəhəri Nəvai küçəsi, ev 12-də yaşayan X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən ünvanlanmış 16 fevral 2024-cü il tarixli, 3-13-100/2-c-26xx/xx/2024 nömrəli məktubundan görünür ki, mülkiyyətində olan “VAZ-2103” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobilin etibarnaməsiz idarə olunması, həmin avtomobilin sürücüsü tərəfindən törədilən yol hərəkəti qayda pozuntuları barədə elektron qərarların onun adına gəlməklə narahatçılıq yaratması barədə Şəki Şəhər-Rayon Polis Şöbəsinə ünvanladığı şikayət ərizəsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınaraq icraata götürülmüş və əməkdaşları tərəfindən baxılmışdır. Araşdırma zamanı, qeyd olunana nəqliyyat vasitəsinin sonuncu dəfə etibarnamə ilə Zaqatala rayon, Çobankol kəndində qeydiyyatda olan X2 verilməsi müəyyən edilmişdir. Bu səbəbdən də, Şəki Şəhər Rayon Polis Şöbəsinə ünvanladığı şikayət ərizəsi baxılması üçün ərazi aidiyyəti üzrə Zaqatala Rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Şəki şəhəri E.İsgəndərov küçəsi, ev 12-də yaşayan X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis Şöbəsi tərəfindən ünvanlanmış 23 iyul 2019-cu il tarixli, 201-986/C-3219 nömrəli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə Zaqatala Rayon Polis Şöbəsinə ünvanladığınız ərizə tam icra olunması üçün aidiyyatı üzrə Qax Rayon Polis Şöbəsinə müraciət etməyiniz sizə tövsiyyə olunur. Məhkəmə, şikayətin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, X6 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1.3-cü naddəinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 328.1-ci maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir. Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərar və inzibati xəta haqqında protokol ilə verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi və iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20609248 saylı inzibati tənbeh vermə haqqında elektron qərarında X6 Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər Rayon Polis Şöbəsi və Zaqatala Rayon Polis X3 müraciətləri əsasında ona ünvanlanmış məktublarından müəyyən edilir ki, şikayətçinin mülkiyyətində olan “VAZ- 2103” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobil onun tərəfindən idarə edilmir. Eyni zamanda X6 inzibati xəta haqqında qərarda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20609248 nömrəli qərarla X4 Azərbaycan Respublikası İXM-nin 328.1ci maddəsi ilə təqsirli bilərək 10 manat məbləğində inzibati cərimə edilməsinə dair qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, qərarda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması qərarı qəbul etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə tərəfindən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməməklə, qəbul edilmiş qərarın hansı inzibati xəta əsasında qəbul edilməsi ilə bağlı məhkəməyə heç bir sübutu da təqdim etməmişdir. X6 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda inzibati xəta haqqında işə baxılarkən səlahiyyətli orqan tərəfindən avtomobilin kim tərəfindən idarə edilməsi göstərilməmiş, qərarın məzmununda sadəcə X9 müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə qeyd edilməklə (İXM-nin 328.1-ci maddəsinin dispozisiyasının məzmununu) kifayətlənilmişdir. Halbuki, Vüsal Cəmilovun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, eyni zamanda Şəki Şəhər Rayon Polis Şöbəsi və Zaqatala Rayon Polis Şöbələrinə ünvanladığı müraciətlərdən də görünür ki, “VAZ-2103” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobilin onun tərəfindən idarə edilməməsinə baxmayaraq həmin avtomobilin idarə edilməsi nəticəsində törədilən inzibati xəta haqqında qərar Vüsal Cəmilova tərtib edilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, qanunvericilik İXM-in 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq, həmin işlər üzrə faktiki halları hərtərəfli araşdırmaqla qərar qəbul etmək səlahiyyətini məhkəməyə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə etmişdir (İXM-nin 43.1-ci maddəsi, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Qeyd edilən qanunvericilik aktlarını nəzərə alaraq məhkəmə hesab edir ki, İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəbul edilmiş qərardan şikayət verildiyi halda, məhkəmə yalnız iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında şikayət verilmiş qərarın qüvvədə olan qanunvericiliyə uyğun olubolmamasını yoxlayır, müstəqil qaydada həmin inzibati xəta haqqında iş üzrə sübutlar toplamaqla faktiki halları araşdırmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, X10 oğlunun İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işin yuxarıda qeyd olunan mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları və ziddiyyətli məqamları araşdırılmadığından xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20609248 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə göndərilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20609248 nömrəli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, X6 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. X10 oğlunun Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Mərkəzi Məlumat xidmətinini rəisi polis polkovnik-leytenantı Elçin Xasıyev tərəfindən qəbul olunmuş 17 aprel 2024-cü il tarixli, EQ-20609248 nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə göndərilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar