Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-331/2021 16.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xətaya dair işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin İTÜ inspektoru, polis kapitanı X3 tərəfindən tərtib edilmiş 07 iyun 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs-yə məxsus «PAZ-32054» markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtobus 04 iyun 2021-ci il tarixdə, saat 10:12 radələrində Bərdə-Yevlax yolunun 14.8-ci km-liyində icbari sığorta müqaviləsi bağlanılmadan idarə edilmişdir. Qeyd edilən material üzrə Şəxs-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə araşdırma aparıb, iş materiallarını tədqiq edərək Şəxs-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar müəyyən etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin İTÜ inspektoru, polis kapitanı X3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində protokol tərtib edilmiş hüquqi şəxs Şəxs-nin etibarnamə üzrə nümayəndəsi X2 bildirdi ki, 01 sentyabr 2006-cı və 01 dekabr 2016-cı il tarixlərində "xxxx" MMC ilə "xxxx" ASC arasında 10 ədəd “PAZ” markalı avtobusların icarəyə götürülməsinə dair 2016-cı ildən 2018-ci il tarixədək icarə müqaviləsi bağlanmışdır. "xxxx" MMC və "xxxx" ASC "xxxx" BOKT QSC-nin idarəetməsində olmuşdur. 2018-ci ildən hər iki müəssisənin əmlakı "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir. "xxxx" ASC-nin balansında olan əmlak 2018-ci ilin iyul ayında "xxxx" BOKT QSC-nin "xxxx" ASC-yə təhvil verilmişdir. 10 ədəd avtobus "xxxx" ASC-nin balansında olmadığı üçün təhvil-təslim aktında yoxdur. "xxxx" ASC tərəfindən "xxxx" ASC-dən təhvil alınmış mülkiyyət yeni yaranmış "xxxx" MMC-nin balansına və istifadəsinə təhvil verilmişdir. Həmin vaxtdan 10 ədəd avtobusdan "xxxx" MMC istifadə edir, texniki baxış, sığorta haqlarını, yanacaq təmir xərclərini ödəyir. "xxxx" ASC-nin balansında heç bir əmlak mövcud deyil və "xxxx" ASC heç bir fəaliyyət göstərmir. Əlavə olaraq bildirdi ki, "xxxx" MMC-yə məxsus avtobuslar 25 may 2021-ci il tarixdə yenidən sığorta olunmuş, lakin əvvəlki müqavilə qüvvədən düşmədən yeni müqavilə qüvvəyə minmədiyindən sözügedən müqavilə 04 iyun 2021-ci il tarixdə, saat 17:47-də qüvvəyə minmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş elektron protokoldan görünür ki, "xxxx" MMC-yə məxsus «PAZ-32054» markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtobus 04 iyun 2021-ci il tarixdə, saat 10:12 radələrində Bərdə-Yevlax yolunun 14.8-ci km-liyində icbari sığorta müqaviləsi bağlanılmadan idarə edilmiş, sürücü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı "xxxx" MMC ilə sığortaçı "xxxx" ASC arasında «PAZ-32054» markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtobusun sığortası haqqında 25 may 2021-ci il tarixli, PPA********** saylı icbari sığorta müqaviləsi bağlanmışdır. Müqavilənin qüvvəyə minmə tarixi: 04 iyun 2021-ci il, saat 17:47:40. Müqavilənin qüvvədən düşmə tarixi: 04 iyun 2022-ci il, saat 17:47:40. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Maddənin dispozisiyasından göründüyü kimi İXM-nin 469.3-cü maddəsində göstərilən inzibati xətanın yaranması üçün aşağıdakı halın mövcudluğu şərtləndirilir: nəqliyyat vasitəsini sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması. Məhkəmə qeyd edir ki, «PAZ-32054» markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtobusu sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibinin Şəxs olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə olan elektron protokolda hüquqi şəxs kimi “Pərvanə MMC göstərilmişdir. Həmçinin, "xxxx" ASC-nin balansında olan əmlak 2018-ci ilin iyul ayında "xxxx" ASC-yə təhvil verilməklə hazırda balansında heç bir əmlak mövcud deyil və fəaliyyət göstərmir. Göründüyü kimi «PAZ-32054» markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtobus 04 iyun 2021-ci il tarixdə, saat 10:12 radələrində Bərdə-Yevlax yolunun 14.8-ci km-liyində icbari sığorta müqaviləsi bağlanılmadan idarə edilmiş olsa belə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs-nin nəqliyyat vasitəsini sığorta etdirmək kimi vəzifəsi olmamışdır. Bunun əksini təsdiq edən hər hansı bir sübut iş materiallarında mövcud deyil. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə görə, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Göründüyü kimi qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən İXM-nin 469.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol nəqliyyat vasitəsini sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri barəsində tərtib olunmalı olduğu halda 07 iyun 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol belə bir öhdəlik daşımayan Şəxs barəsində tərtib edilmişdir. Halbuki, bunun hüquqi əsası olmamışdır. İXM-nin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Şəxs-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmə yalnız icraatına daxil olmuş material üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğu faktına münasibət bildirir. Məhkəməyə müraciət edilməmiş hallar üzrə isə heç bir fakta hüquqi qiymət vermir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-331/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-331/2021
16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver