Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-333/2022 20.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1978-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki şəhəri, Ə.Qarayev keçəsi, 4 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 520 və 591-ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs özünə məxsus ov tüfəngi ilə küçədə sahibsiz küçə itlərini tələf edərək Azərbaycan Respublikası İXM-nin 274, 520 və 591-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nə məlumat verilməsinə baxmayaraq Şəki ŞRPŞ nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, uzun müddətdir ki, ovçular birliyinin üzvüdür. 08 may 2011-ci il tarixdə ovçuluqla bağlı 290 nömrəli şəhadətnamə almış və onun istifadəsinə İJ 27 M markalı 12 kl qoşa lülə ******* nömrəli ov tüfəngi verilmişdir. Bildirmişdir ki, qonşuluqda sahibsiz itlər uşaqlara və insanlara hücumlar etdiyindən qonşularının xahişi ilə özünə məxsus olan ov tüfəngi ilə 3 sahibsiz küçə itlərini vurmuşdur. Həmçinin bildirmişdir ki, hal-hazırda ona məxsus olan ev tüfəngi Şəki ŞRPŞ-də saxlanılır. Törətmiş olduğu əməlin bu cür məsuliyyətə səbəb olacağını bilməmişdir. Əməlindən peşmandır. Bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz verir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan 25 may 2022-ci il tarixli, aktdan görünür ki, Şəxs məxsus olan İJ 27M markalı ******* nömrəli qoşalülə ov tüfəngi saxlanılması üçün Şəki ŞRPŞ-nin X1 Bölməsinə təhvil verilmişdir. İşdə olan 03 iyun 2022-ci il tarixli raportdan görünür ki, HK-1/739 nömrəli material üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs özünə məxsus ov tüfəngi ilə küçədə sahibsiz küçə itlərini tələf edərək həmin əməli ilə Azərbaycan Respublikası İXMnin 274, 520 və 591 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan 01 iyun 2022-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, HK-1/739 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 274, 520 və 591 maddələrində nəzərdə tutulmuş inzibati məsuliyyət tədbirlərinin görülməsi qərara alınmışdır. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 520 və 591-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞdən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 520-ci maddəsinə əsasən Yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış yerlərdə və ya xüsusi olaraq ayrılmış yerlərdə müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açmağa görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 591-ci maddəsinə əsasən mülki silahın istehsalının, gətirilməsinin, aparılmasının, idxalının, ixracının, kolleksiya edilməsinin, sərgisinin keçirilməsinin, göndərilməsinin, istifadə edilməsinin, götürülməsinin və ya məhv edilməsinin qaydalarının pozulmasına görə silah müsadirə edilməklə və ya edilməməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini, ov silahının qanuni olaraq onun istifadəsində olmasını, ovçular birliyinin üzvü olmasını, əməlini səmimi etiraf etməsini və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq istifadəsində olan İJ 27M markalı, ******* nömrəli qoşalülə ov tüfəngi müsadirə edilməməklə Azərbaycan Respublikası İXM-nin 591-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 100 manat məbləğində cərimə olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 520 və 591-ci maddələri ilə təqsirli bilinib istifadəsində olan İJ 27M markalı, ******* nömrəli qoşalülə ov tüfəngi müsadirə edilməməklə Azərbaycan Respublikası İXM-nin 591-ci maddəsinə əsasən 100 (səksən) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-333/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-333/2022
20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver