Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-336/2025 15.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə, X1 barəsində tərtib edilmiş 10 iyun 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayət ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilən xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ona hesablanmış əsassız cərimənin (3 bal və 100 azn) silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində avtomobildə sükan arxasında hərəkətdə olduğu zaman iki küçənin kəsişməsindən (küçələrin adı ona məlum deyil) sola dönəcəyi üçün sola dönmə siqnalını qoşaraq işıqforun qadağanedici siqnalında durmuşdur. Yaşıl işıq yandığı zaman onun durduğu küçədə qarşıdan düzünə hərəkət edən nəqliyyat vasitələrinin axınına yol vermiş və hərəkət hissəsi başladığı zaman sola dönmə hərəkətini davam etdirmiş və yolayrıcına keçmişdir. Həmin an ərzində xidmət aparan yol patrul xidməti avtomobilindən onun idarə etdiyi Ford Fusion markalı **-BZ-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə “saxla” əmri verilmişdir. Yol patrul xidməti əməkdaşı onun yolayrıcını düzgün keçmədiyini iddia edərək, “qayda pozuntusunun” elektron cihaz vasitəsi ilə də qeydə alındığını bildirərək barəsində xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Yolayrıcını düzünə keçməli olan nəqliyyat axınına yol verərək yolayarıcında hərəkət hissəsi boşalan zaman hərəkətini davam etdirmişdir. Odur ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız olduğunu düşünür. Həmin protokol üzrə TP ******* saylı qərar sistemə xx.xx.2025-ci il tarixdə, 15 gün sonra yerləşdirilmişdir. Sözügedən protokola və qərara aid məlumatları şəxsi kabinetindən (https://exidmet.mia.gov.az) əldə etmişdir. Sözügedən protokolla bağlı şəxsi kabinetdə inzibati tənbeh edən orqan tərəfindən heç bir foto Gəncə l yaxud videoyazı yerləşdirilməmişdir. Eyni zamanda elektron protokoldan xətanın harada törədildiyi də anlaşılmır. Belə ki, inzibati xətanın törədildiyi yer sadəcə prospekt adları kimi qeyd edilir və prospektlərin hansı şəhər, rayon və s. aid olması qeyd edilmir. Məkan olaraq göstərilməli olan interaktiv xəritədə də xətanın törədildiyi yer deyil dünya xəritəsi göstərilir. Halbuki, YPX əməkdaşı onun idarə etdiyi avtomobilin hərəkətinin YPX-nin xidməti avtomobilində olan foto və videoqeydiyyat cihazı vasitəsi ilə qeydə alındığını bildirmiş, həmçinin həmin ərazidə işıqfor dirəyi ilə birgə stasionar foto və videoqeydiyyat cihazı mövcud idi. Həmin protokoldan və qərardan narazıdır ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X6 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Gəncə Şəhər DYPŞ polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinin də tələbindən də göründüyü kimi inzibati xəta hadisəsinin fotosu həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək saxlanılmalıdır. Lakin, məlumat verilməsinə baxmayaraq, X1 həmin vaxt törətdiyi inzibati xəta hadisəsinin fotosu, video görüntüsü məhkəməyə təqdim edilməmiş, ümumiyyətlə, X1 həmin vaxt Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İnzibati tənveh vermə haqqında qərarda X3 tərəfindən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması qeyd edilsə də, məhkəmə iclasında X3 tərəfindən göstərilən inzibati xətanın törədilməsi halı müəyyən edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə Şəhər DYPŞ polis mayoru X2 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, X3 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində hesablanmış cərimənin və balın da silinməsini xahiş etmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, cərimənin və yə balın silinməsi nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 - 137-ci maddərini rəhbər tutaraq, məhkəmə qərara aldi : Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə Şəhər DYPŞ polis mayoru X2 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-336/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-336/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver