Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-337/2022 20.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs X5 iştirakları ilə, 12 noyabr 1988-ci il tarixində Şəki rayonu, Təpəcənnət kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu, Təpəcənnət kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2022-ci il tarixli inzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1252/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 60 manat aliment alınaraq tələbkar X3 ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1252/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 60 manat aliment alınaraq tələbkar X3 ödənilməlidir. Bildirmişdir ki, yuxarıda qeyd edilən icra sənədi xx.xx.2014-cü il tarixdə Şəki Rayonu üzrə İcra və Probasıya Şöbəsinin icratına daxil olmuşdur, icra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmişdir. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi ilə məqsədi ilə müxtəlif dövlət orcanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası aşkar edilməmişdir. Sözügedən aliment borcunun borclu tərəfindən icra edilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. Borclu Şəxs icra sənədində qeyd edilən ünvanda yaşamadığı müəyyən edilmiş və 05 01 2021 -ci il tarixdə barəsində axtarış elan edilərək qərar icrası üçün Şəki ŞRPŞ-nə göndərilmişdir Şəki ŞRPŞ-nın 20.01 2021 -ci il tarixli məktubuna əsasən borclu Şəxs barəsində xx.xx.2021-cı il tarixdə 820701 saylı axtarış işi açılmışdır. Borclu Şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu Şəxs xx.xx.2022-ci il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsində verdiyi izahatında imkanı olmadığı bildirmişdir. Həmçinin borclu növbəti aydan ayda 100 manat olmaqla ödəniş edə biləcəyini bildirmişdir. Hal hazırda icra sənədi uzrə borclu tərəfindən ödənilməmiş aliment borcu 6540 manat təşkil edir. Bununlada keçən müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq icra edilməmişdir. Göstərilənlərə əsasən borclu Uğurluyev X1 Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu axtarışla xx.xx.2022-ci ildə saat 11:00-da İcra şöbəsinə gətirilmiş və sonra 15:30-da məhkəməyə təqdim edilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Protokolu müdadiə edir. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1252/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən ondan xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 60 manat aliment alınaraq tələbkar X3 ödənilməlidir. İcra sənədlərindən məlumatı vardır. Maddi imkanı aşağı olduğu üçün icra sənədində göstərilən borcunu tam ödəyə bilməmişdir. Bildirmişdir ki, o, cəzaçəkmə müəssisəsində olduğu müddətdə və sonrakı dövrdə aliment borcundan ödənişlər etmişdir. Ancaq nə qədər ödəniş etdiyini bilmir. Sonuncu dəfə 2021-ci ildə ödəniş etmişdir. O, iki il əvvəl cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra bir neçə ay çoban işləmişdir. Sonralar da müxtəlif yerlərdə fəhləlik etmişdir. Hal-hazırda Bərdə rayonunda fərdi şəxslərə məxsus bostan və digər sahələrdə fəhlə işləyir. Gündəlik qazancı 7 manat təşkil edir. Bildirmişdir ki, onun hal-hazırda borcunu ödəməyə maddi imkanı yoxdur. Növbəti aydan etibarən hər ay borcundan 100 manat ödəniş edəcəkdir. Əlavə olaraq bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə 11:00-da polis əməkdaşları tərəfindən məcburi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərmişdir ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X7 izahat verərək bildirmişdir ki, borclunun aliment ödəmək üçün imkanı var, lakin o qərəzli olaraq onu icra etmir. Alimentin icra edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 20 iyun 2022-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 15:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 20 iyun 2022-ci il tarixdən, saat 11:00-dan məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 20 iyun 2022-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Uğurluyev X1n Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 20 iyun 2022-ci il tarixdə, saat 11:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-337/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-337/2022
20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver