Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-339/2024 25.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X4 iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Əskəran rayonu, Kosalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, evli, işləməyən, Xocalı rayonu, Kosalar kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7 tərəfindən tərtib edilmiş 24 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 24 aprel 2024-cü il tarixdə, saat 18:50 radələrində Şəki şəhəri, 20 Yanvar küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydaları pozmuş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 04 2024-cü il tarixdə saat təxminən 17:00 radələrində Şəki ŞRPŞ-nin İTB sahənin polis nəfəri, polis serjantı Nurlan Hacızadə və Şəki ŞRPŞ-nin İTB sahənin polis nəfəri, polis serjantı Elmar Əmrahlı birlikdə xidmətdə olduqları zaman Şəki şəhəri 20 Yanvar küçəsində yerləşən “Qrand” şadlıq sarayının qarşısında üç nəfər şəxsin bir birləri ilə mübahisə edərək ucadan ünvansız nalayiq ifadələr işlətməsini, həmin şəxslərdən birinin digər iki nəfər şəxsin üzərinə gedərək şillə ilə vurmasını aşkar etmişlər. Polis əməkdaşları həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsləri nizam-intizama dəvət edərək ictimai qaydalara əməl etmələrini bildirmişlər. Onlar həmin şəxsləri polis şöbəsinə dəvət etdikdə adları onlara sonradan məlum olan Şəki rayonu Vərəzət qaçqınlar qəsəbəsində yaşayan X11 və Şəxs onların qanuni tələblərinə qəsdən tabesizlik göstərmişlər. Digər şəxs X12 isə onlarla mübahisə edərkən X11 İTB-nin sahənin polis nəfəri Elmar Əmrahlının yaxasından tutaraq ona fiziki güc göstərməyə çalışmaqla səs-küy salaraq ətrafda olan insanların nəzərini öz üzərinə çəkməyə və ucadan ünvansız nalayiq ifadələr işlətməyə eləcə də onları oradan xaric etdirməklə hədə-qorxu gəlməyə başlamışdır. X11, X12 və 1 saat sonra təxminən 18:00 radələrində Şəxs tərəflərindən polis şöbəsinə gətirildikdə onlar öz hərəkətlərini daha da aqressiv şəkildə davam etdirərək şöbənin inzibati binasında səs-küy salaraq digər əməkdaşların iş rejimini pozmuşdur. Polis əməkdaşları tərəfindən həmin şəxslərə ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələrdə, onlar öz qanunsuz hərəkətlərini davam etdirərək daha da aqressiv şəkildə polisin iş fəaliyyətini pozmuşlar. Bundan sonra Şəxs barəsində 30 yanvar 2024 il tarixdə İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 24 aprel 2024-cü il tarixdə Şəki şəhərində yerləşən “Qrand” şadlıq sarayında qohumunun toy mərasiminə gəlmişdir. Toyda olan zaman bir qədər spirtli içki qəbul etmişdir. Bundan sonra toyda olan qohumlarında biri onun evə getməsini istəmişdir. Lakin o, tez olduğu üçün toydan getmək istəməmişdir. Daha sonra o, şadlıq sarayının qarşısına çıxdıqda, o, evə getmək istəmədiyi üçün qohumları onu zorla qolundan tutaraq avtomobilə əyləşdirmək istəyərkər o əsəbiləşmişdir. Buna görə də o, ucadan səs-küy salmışdır. Bu zaman polis əməkdaşları onlara yaxınlaşdılar. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə apardılar. Əməlindən peşmandır. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X13 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-nin post-patrul xidməti bölüyü polis nəfəri, polis serjantı X8 ifadə verərək bildirdi ki, 24 aprel 2024-cü il tarixdə İTB-nin sahənin polis nəfəri, Nurlan Hacızadə ilə birlikdə xidmətdə olarkən, təxminən saat 17:00 radələrində, Şəki şəhəri 20 yanvar küçəsində yerləşən “Qrand” şadlıq sarayının qarşısında üç nəfər şəxsin bir birləri ilə mübahisə edərək ucadan ünvansız nalayiq ifadələr işlətməsini, həmin şəxslərdən birinin digər iki nəfər şəxsin üzərinə gedərək şillə ilə vurmasını aşkar etmişlər. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsləri nizam-intizama dəvət edərək ictimai qaydalara əməl etmələrini bildirmişlər. Onlar həmin şəxsləri polis şöbəsinə dəvət etdikdə adları onlara sonradan məlum olan Şəki rayonu Vərəzət qaçqınlar qəsəbəsində yaşayan X11 və Şəxs onların qanuni tələblərinə qəsdən tabesizlik göstərmişlər. Digər şəxs X12 isə onlarla mübahisə edərkən X11 onun yaxasından tutaraq fiziki güc göstərməyə çalışmaqla səs-küy salaraq ətrafda olan insanların nəzərini öz üzərinə çəkməyə və ucadan ünvansız nalayıq ifadələr işlətməyə, eləcə də onları oradan xaric etdirməklə hədə-qorxu gəlməyə başlamışdır. X11 və X12, eləcədə təxminən 1 saat sonra təxminən saat 18:00 radələrində Şəxs tərəflərindən polis şöbəsinə gətirildikdə onlar öz hərəkətlərini daha da aqressiv şəkildə davam etdirərək şöbənin inzibati binasında səsküy salaraq digər əməkdaşların iş rejimini pozmuşdur. Tərəflərindən həmin şəxslərə ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də, onlar öz qanunsuz hərəkətlərini davam etdirərək daha da aqressiv şəkildə onlara kobudluq etməklə polisin iş fəaliyyətini pozmuşlar. Bundan sonra həmin şəxslər tərəflərindən Şəki ŞRPŞ-nə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-nin post-patrul xidməti bölüyü polis nəfəri, polis serjantı X5 ifadə verərək bildirdi ki, 24 aprel 2024-cü il tarixdə İTB-nin sahənin polis nəfəri, Elmar Əmrahlı ilə birlikdə xidmətdə olarkən, təxminən saat 17:00 radələrində Şəki şəhəri 20 yanvar küçəsində yerləşən “Qrand” şadlıq sarayının qarşısında üç nəfər şəxsin bir birləri ilə mübahisə edərək ucadan ünvansız nalayıq ifadələr işlətməsini, həmin şəxslərdən birinin digər iki nəfər şəxsin üzərinə gedərək şillə ilə vurmasını aşkar etmişlər. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsləri nizam-intizama dəvət edərək ictimai qaydalara əməl etmələrini bildirmişlər. Onlar həmin şəxsləri polis şöbəsinə dəvət etdikdə adları onlara sonradan məlum olan Şəki rayonu Vərəzət qaçqınlar qəsəbəsində yaşayan X11 və Şəxs onların qanuni tələblərinə qəsdən tabesizlik göstərmişlər. Digər şəxs X12 isə onlarla mübahisə edərkən X11 İTB-nin sahənin polis nəfəri Elmar Əmrahlının yaxasından tutaraq ona fiziki güc göstərməyə çalışmaqla səs-küy salaraq ətrafda olan insanların nəzərini öz üzərinə çəkməyə və ucadan ünvansız nalayiq fadələr işlətməyə eləcə də onları orandan xaric etdirməklə hədə-qorxu gəlməyə başladı. X11 və X12, eləcədə təxminən 1 saat sonra təxminən saat 18:00 radələrində Şəxs tərəflərindən polis şöbəsinə gətirildikdə onlar öz hərəkətlərini daha da aqressiv şəkildə davam etdirərək şöbənin inzibati binasında səs-küy salaraq digər əməkdaşların iş rejimini pozmuşdur. Tərəflərindən həmin şəxslərə ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də onlar, öz qanunsuz hərəkətlərini davam etdirərək daha da aqressiv şəkildə onlara kobudluq etməklə polisin iş fəaliyyətini pozmuşlar. Onlar barəsində qanuni tədbir görülməsi şöbə rəhbərliyinə raportla məruzə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-nin Növbətçi hissəsi növbətçi köməkçisi, polis baş serjantı X6 ifadə verərək bildirdi ki, 24 aprel 2024-cü il tarixdə Şəki ŞRPŞ-də xidmətdə olduğu zaman Şəki ŞRPŞ-yə gətirilən şəxs Şəxs Oqtay oğlu şöbənin inzibati binasına daxil olduqdan sonra ucadan səs-küy salaraq onlara hədə-qorxu gəlmişdir. Onların həmin şəxsi dəfələrlə nizamintizama dəvət etsələr də, o, daha da aqresiv şəkildə nalayiq ifadələr işlədərək növbətçi hissənin iş rejimini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, 24 aprel 2024-cü il tarixdə, saat 17:00 radələrində o, Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən B.Vahabzadə adına olan küçədə olmuşdur. Bu zaman həmin küçədə yerləşən “Qrand” şadlıq sarayından 3 nəfər şəxs çıxmış, onlardan biri digərini vurmuşdur. Yaxınlıqda olan polis əməkdaşları həmin şəxslərə yaxınlaşaraq tutduqları əməlin qanunsuz olduğunu bildirmişlər. Daha sonra həmin 3 nəfər şəxs ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxslərdən biri polis əməkdaşının yaxasında tutaraq müqavimət göstərməyə başlamışdır. Bir müddətdən sonra isə həmin şəxslər polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, 24 aprel 2024-cü il tarixdə o, Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən “Qrand” şadlıq sarayının qarşısında dayanmışdır. Bu zaman “Qrand” şadlıq sarayından iki nəfər şəxsin çıxdığını görmüşdür. Həmin şəxslərdə biri digərini şillə ilə vurmuşdur. Həmin şəxslərin arxasında bir nəfər şəxs də “Qrand” şadlıq sarayından çıxmışdır. Daha sonra yaxınlıqda olan polis əməkdaşları həmin şəxslərə yaxınlaşaraq nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxslər ucadan nalayiq ifadələr işlədərək öz hərəkətlərini daha da aqresiv şəkildə davam etdirmişlər. Həmin şəxslərdən biri polis əməkdaşının yaxasından tutaraq fiziki müqavimət göstərməyə çalışmışdır. Bir müddətdən sonra həmin şəxslər polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmışdır. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 18:55-də tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeylərin yoxlanılması haqqında” 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində “nokia” markalı mobil telefon və 10 manat pul vəsaiti aşkar edilmişdir. İş materiallarında olan “Jupiter X” markalı alkotestirin 24 aprel 2024-cü il tarixli analizindən görünür ki, Şəxs sərxoşluq aşkar edilmişdir. İş materiallarında olan 24 aprel 2024-cü il tarixli, 85A nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, müayinə zamanı Şəxs qanında 1,6 promil sərxoşluq aşkar edilmişdir. İş materialların olan CD diskdəki videogörüntülərdən görünür ki, X11, Şəxs və X1 şəhəri 20 Yanvar küçəsi ərazisində sərxoş vəziyyətdə ictimai qaydaları pozmuş, polis əməkdaşının qanuni tələblərinə tabe olmamışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs ünvansız nalayiq ifadələr işlətməklə, Şəki ŞRPŞ-nin polis əməkaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səs-küy salmış, ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 33.1.7 maddəsinin inzibati xətanın sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 24 aprel 2024-cü il saat 18:55-dən hesab edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-339/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-339/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver