Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-340/2024 25.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxxx 1963-ci il tarixdə Stepanakert, Kosalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, evli, fərdi təsərrüfatla məşğul olan, Ağdam rayonu, Qasımlı ərazi dairəsi, poladlı kəndində qeydiyyatda olan, Şəki rayonu, Vərəzət qəsəbəsində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 24 aprel 2024-cü il tarixli İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs 24 aprel 2024-cü il tarixdə, Şəki şəhəri, 20 yanvar küçəsində ucadan, ünvansız nalayiq ifadələr işlədərək, polis əməkdaşlarına tabesizlik göstərmiş, Şəki ŞRPŞ-nə gətirildikdə isə bu əməllərinə davam etmişdir. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X11 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Qrant şadlıq evində baş tutan toy mərasimində X6 mahnı sifariş verməsi ilə bağlı mübahisə yaranmış, daha sonra mübahisə şadlıq evinin çölündə, küçədə davam etmişdir. X16, yeznəsi X12 və atası Şəxs küçədə səs küy salaraq ünvansız söyüş söymüş, Şəxs yeznəsi X12 və oğlu X8 şillə vurmuş, əraziyə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq X16 və atası Şəxs, X7 avtomobilə əyləşdirərək ərazidən qaçırmışlar. Bununla da X16 Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, çölə çıxıb yeznəsi X12 və oğlu X8 acıqlanmışdır. X7 qardaşının maşınına uzaqlaşdıraraq oradan uzaqlaşdırıb evinə göndərmişdir. Yeznəsinin yeri yurdu bəllidir. Sonra polisə demişdir ki, lazımdırsa onlarla şöbəyə getsin. Daha sonra polis maşını ilə şöbəyə getmişdir. Şöbədə dindirilmişlər. Heç bir etik qaydadan kənara çıxmamışdır. Vüqar müəllimlə görüşmüşdür. Rəis orada tapşırmışdır ki, məsələni həll edin. Sonra biraz mübahisə olmuşdur. Sonra onları müvəqqəti saxlama yerinöə salmışlar. Orada olanda rəis keçəndə səsini ucaltmışdır ki, rəis onları eşitsin. Onların səsini eşidib rəis oraya gəlmiş və onları müvəqqəti saxlama yerindən çıxartmışdır. Şadlıq evinin qarşısında yeznəni maşına otuzduran zaman polisin deməyi ki, aparma onu yadında deyil. Həm də o bilmirdi ki, polisin sözünə qulaq asmamaq belə nəticələnək. Çünki onun məqsədi yeznəni uzaqlaşdırıb sakitlik yaratmaq olmuşdur. Polisdə də dialoq baş tutmayanda biraz səsini ucalmış ola bilər. Nə eləyibsə spirtli içkinin təsirindən etmişdir. Əməlindən peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını, sakitlik yaratmağa çalışmasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin Post-patrul xidməti bölüyü polis nəfəri polis serjantı X13 ifadə verərək bildirdi ki, o, Nurlan Hacızadə ilə hadisə yerinin yaxınlığında xidmətdə olarkən camaat onlara irad bildirərək demişdir ki, hara baxırsız, səs-küy var. Onlar da dərhal qeyd edilən yerə getmişlər. Həmin vaxt bir neçə şəxsin ucadan səs-küy salaraq ünvansız söyüş söydüyünü, bir-birinə şillə vurduğunu görmüşlər. Onlara yaxınlaşaraq sakit olmalarını tələb etsələr də heç bir nəticəsi olmamışdır. Adlarını sonradan bildiyi X16 və atası Şəxs X7 maşına mindirərək oradan uzaqlaşdırmağa çalışdıqda onlara yaxınlaşaraq X6 onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişdir. X2 və atası Şəxs ona tabesizlik göstərərək X7 maşına mindirərək oradan uzaqlaşdırdılar. X3 onun sinəsindən tutub itələyərən “məni apar” deyirdi və bu səbəbdən bədənində xəsarət yaranmışdır. Şəxs onlara X7 aparmamağı və özünün sakitləşdirəcəyini demişdir. Şöbədə Şəxs səs küy salmış, paqonunu sökdürməklə hədələmişdir. Şöbədə stola yumruq da vurmuşdur. Deyirdi ki, “içmişəm, yaxşı eləmişəm”. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin İctimai təhlükəsizlik bölməsi sahənin polis nəfəri polis serjantı X9 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Elmar Əmrahlı ilə birlikdə xidmət apararkən camaat onlara irad bildirərək demişdir ki, hara baxırsız, səs-küy var. Onlar da dərhal qeyd edilən yerə getmişlər. Həmin vaxt bir neçə şəxsin ucadan səs-küy salaraq ünvansız söyüş söydüyünü, bir-birinə şillə vurduğunu görmüşlər. Onlara yaxınlaşaraq sakit olmalarını tələb etsələr də heç bir nəticəsi olmamışdır. İki nəfər zorla bir nəfəri oradan uzalaşdırmaq üçün maşına mindirməyə çalışırdılar. Elmar Əmrahlı onlara yaxınlaşıb həmin şəxsi aparmamalarını və onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirsələr də tabesizlik göstərmişlər. Adını sonradan bildirdi X1 Əmrahlının sinəsindən tutaraq “məni apar” deyirdi. Şəxsi oradan uzaqlaşdırdılar. Daha sonra şöbədə də eyni qaydada davam elədi. Həm koridorda, həm də müvəqqəti saxlama yerində səs-küy saldılar. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin Növbətçi hissəsinin köməkçisi polis baş serjantı X10 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olarkən şöbəyə 2 nəfər gətirdilər. Ata və oğul. Hər ikisindən kəskin spirtli içki iyi gəlirdi. Narkoloq çağırdılar. Deyirdilər ki, siz kimsiz ki, bizi bura gətirmisiz. Atanı ümumiyyətlə sakitləşdirmək olmurdu. Səni tutduraram, paqonunu sökdürərəm kimi ifadələr işlədirdilər. Koridorda da səs-küy salırdılar. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, xx.xx.2024cü il tarixdə təxminən saat 17:00 radələrində ailəsi ilə birlikdə parkda gəzərkən səs-küy və qışqırıq eşitmişdir. Görmüşdür ki, üç nəfər səs-küy salır, bir-birilərinə şillə vururlar, söyüş söyürlər. Həmin vaxt iki polis gəlmiş və onları sakitləşdirməyə çalışdılarçalışmışdır. Lakin polislərə qulaq asmırdılar. Adını sonradan bildiyi Elşən (zalda göstərdi) polislə dartışırdı. Əli ilə polisi itələyirdi. Daha sonra yaşlı adamla birlikdə (zalda Şəxs göstərdi) bir nəfəri maşına mindirib uzaqlaşdırdılar. Sonra isə polis maşını gəldi və yaşlı olanı polis maşınına mindirib apardılar. Bu gün də polisdə izahatını vermişdir. İş materiallarında olan “İnzibati qaydada tutulma haqqında” 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 18:05-də tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində telefon aşkar edilmişdir. İş materiallarında olan “Jupiter X” markalı alkotesterin 24 aprel 2024-cü il tarixli analizindən görünür ki, Şəxs sərxoşluq aşkar edilmişdir. İş materiallarında olan 24 aprel 2024-cü il tarixli, 83A nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, müayinə zamanı Şəxs qanında sərxoşluq aşkar edilmişdir. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidlərin izahatları, video görüntü ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs nalayiq ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, söyüşlər söyməklə səs-küy salmış, ictimai qaydanı pozmuşdur. Polis tərəfindən səs-küy salan zaman və qohumu X7 hadisə yerindən uzaqlaşdırmağa çalışarkən bu etməməli olması ilə bağlı iradlara əməl etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs 2-ci qrup əlildir. İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, səmimi peşmançılığını, əlilliyini nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilməlidir. Eyni zamanda onun 24 aprel 2024-cü il saat 18:05-dən inzibati qaydada tutulduğu nəzərə alınaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 31.4-1-ci maddəsi tətbiq edilməklə, təyin ediləcək inzibati cərimənin məbləği azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs 24 aprel 2024-cü il saat 18:05-dən inzibati qaydada tutulması nəzərə alınmaqla, ona təyin olunmuş inzibati cərimə azaldılaraq 100 (yüz) manat məbləğində müəyyən olunsun. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-340/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-340/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver