Məhkəmə qərarları › İş №3(075)-341/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-341/2020

25.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-341/2020 25.06.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Qida x1 Regional Bölməsinin nümayəndəsi Abdurahmanov Saqil Bəhman oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakları ilə, Azərbaycan Respublikasının Qida x1 Regional Bölməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 544.1-ci maddəsi ilə tərtib edilmiş 04 iyun 2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokola Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinə Azərbaycan Respublikasının Qida x1 Regional Bölməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 544.1-ci maddəsi ilə tərtib edilmiş 04 iyun 2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, “Ay işığı” kafesinin sahibi Şəxs tərəfindən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilmiş və ya həmin məqsədlə səlahiyyətli şəxslər yoxlama yerinə buraxılmamış, yaxud həmin şəxslərin qanuni tələbləri yerinə yetirilməmişdir. Bu əmələ görə Azərbaycan Respublikasının Qida x1 Regional Bölməsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ehtimalına görə 04 iyun 2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Qida x1 Regional Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 544.1-ci maddəsi ilə tərtib edilmiş 04 iyun 2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, “Ay işığı” kafesinin sahibi Şəxs tərəfindən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilmiş və ya həmin məqsədlə səlahiyyətli şəxslər yoxlama yerinə buraxılmamış, yaxud həmin şəxslərin qanuni tələbləri yerinə yetirilməmiş və bu əmələ görə Azərbaycan Respublikasının Qida x1 Regional Bölməsi tərəfindən Azərbaycan Respublikasının İXMnin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi ehtimalına gəlinmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Qida x1 Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi x2 inzibati xəta haqqında protokolu müdafiə edərək Azərbaycan Respublikasının İXM-nin 544.1-ci maddəsinin sanksiyası çərçivəsində Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, uzun müddətdir “Ay işığı” kafesini işlədir. Obyektdə mütəmadi olaraq müxtəlif icra hakimiyyəti orqanları tərəfindən yoxlamalar aparılır. Bu yoxlamaların aparılması zamanı obyekt sahibi kimi tərəfindən lazımi şərait yaradılır. Məhkəmə bildirişini aldıqdan sonra iş materialları ilə tanış olmuş və barəsində belə bir protokol tərtib edildiyini bilmişdir. Belə ki, işlətdiyi obyektdə sözügedən tarixlərdən yalnız 02 iyun 2020-ci tarixdə baxış keçirilmiş, lakin 03 iyun və 04 iyun 2020-ci il tarixlərdə hər hansı nümayəndə tərəfindən baxış keçirilməmiş və ya keçirilməsi tələb olunmamışdır. 02 iyun 2020-ci il tarixində nümayəndələrə ona məxsus kafeyə gələrək orada yoxlama aparacaqlarını bildirdikdə o, əvvəllər ona tutulmuş iradları aradan qaldırdığını bildirmiş, görülmüş işlərlə bağlı onlara ətraflı məlumat vermişdir. Hətta onlara mürəbbəli çay süfrəsi açmış, onlar onunla razılıqla sağollaşaraq getmişlər. Lakin onlar 03 iyun və 04 iyun 2020-ci il tarixlərdə heç bir yoxlama aparmamışlar. Əgər ona belə bir müraciət olunsa idi reyd keçirən əməkdaşlar üçün layiqli şərait yaradardı. Əlavə olaraq bildirdi ki, protokolda göstərilənlər həqiqəti əks etdirmir. Həmin vaxt orada heç bir narazılıq olmamış, ona hər hansı yerə imza atmağının lazım olduğu bildirilməmişdir. İş materiallarında olan aktlar onun yanında tərtib edilməmişdir. O, həqiqətən reydə gələn şəxslərə yoxlama üçün maneə yaratsa idi həmin aktı bir nəfər deyil, bir neçə nəfər imzalamalı idi. Lakin aktın özü etibarsız sayıla bilər ki, akt protokol tərtib edən şəxs tərəfindən ona məxsus obyektə gəlmədən təkbaşına iş materiallarının rəsmiyyətini təmin etmək üçün tərtib edilmişdir. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. İşdə olan 31 may 2020-ci il tarixli, ŞRB seriyalı, 053 nömrəli “Yoxlamanın aparılması haqqında Qərar”dan və KY seriyalı, ********* nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 168 ünvanında yerləşən “Ay işığı” kafesi sahibkarlıq obyektində 02.06.2020-04.06.2020-ci il tarixlərdə plandankənar yoxlamanın aparılması qərara alınmışdır. İşdə olan 02 iyun 2020-ci il, 03 iyun 2020-ci il və 04 iyun 2020-ci il tarixli Aktlardan görünür ki, “Ay işığı” kafesinin sahibi Şəxs 31 may 2020-ci il tarixli, ŞRB seriyalı, 053 nömrəli “Yoxlamanın aparılması haqqında Qərar” və KY seriyalı, ********* nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”a əsasən Azərbaycan Respublikasının Qida x1 Regional Bölməsi tərəfindən 02.06.2020- 04.06.2020-ci il tarixlərdə nəzərdə tutulan plandankənar yoxlamanın keçirilməsinə mane olmuşdur. Ona inzibati xəta haqqında protokolun tərtib ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Aktların doğruluğu Azərbaycan Respublikasının Qida x1 Regional Bölməsinin böyük məsləhətçisi x5 tərəfindən təsdiq edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Qida x1 Regional Bölməsinin böyük məsləhətçisi x5 tərəfindən tərtib edilmiş 04 iyun 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Ay işığı” kafesinin sahibi Şəxs tərəfindən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilmiş və ya həmin məqsədlə səlahiyyətli şəxslər yoxlama yerinə buraxılmamış, yaxud həmin şəxslərin qanuni tələbləri yerinə yetirilməmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının Qida x1 Regional Bölməsinin böyük məsləhətçisi x3 04 iyun 2020-ci il tarixdə tərtib etdiyi MN seriyalı, ******* nömrəli protokolda Şəxs Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədildiyi qeyd edilsə də, Şəxs inzibati xəta haqqında protokolda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Bundan başqa 02 iyun 2020-ci il, 03 iyun 2020-ci il və 04 iyun 2020-ci il tarixli Aktlar yalnız inzibati xəta haqqında protokol tərtib etmiş şəxs İlqar Əlibəyov tərəfindən təsdiq edilmiş, aktın tərtib edilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Yuxarıda qeyd edilənləri birlikdə nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 04 iyun 2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi məhkəmə iclasında sübut edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0.1-ci maddəsinin tələbinə görə inzibat xəta hadisəsinin törədilməsi, 75.0.3-cü maddəyə görə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 84-cü maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 75, 84, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Qida x1 Regional Bölməsinin tərtib etdiyi 04 iyun 2020ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar