Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-344/2024 29.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X8 Vəkil Bürosunun vəkili X3 iştirakları ilə 12 avqust 1990-cı il tarixdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, evli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, Bakı şəhəri, Yasamal rayonu, ikinci Alatava Mehmandarov ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 29 aprel 2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1631/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 100,21 manat məbləğində borc alınaraq "xxxx" MMCnin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1203/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 25 avqust 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********94255 olan iPhone X markalı telefon üçün 1380 (bir min üç yüz səksən) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə olmaqla, cəmi 1480 (bir min dörd yüz səksən) manat borc, 05 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED TV üçün 754 (yeddi yüz əlli dörd) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə olmaqla, cəmi 804 (səkkiz yüz dörd) manat borc olmaqla, cəmi 2284 (iki min iki yüz səksən dörd) manat borc borclu Şəxs alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu borclu Şəxs tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-698/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən BL332202 saylı 28 avqust 2019-cu il tarixli, BL329479 saylı 21 avqust 2019-cu il tarixli, BL318937 saylı 30 iyul 2019-cu il tarixli, BL340906 saylı 16 sentyabr 2019-cu il tarixli nisyə satış müqavilələrinə əsasən xx.xx.2021-ci il tarixinə yaranmış 1905 manat əsas borc, 190.50 manat hesablanmış cərimə olmaqla, ümumilikdə 2095,50 manat borc və 40,96 manat dövlət rüsumu borclu Şəxs alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Yuxarıda qeyd edilən icra sənədləri müvafiq olaraq xx.xx.2013-cü il, xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixlərdə Şəki rayonu üzrə icra və probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmiş, tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədləri üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün Şəxs dəfələrlə rəsmi və şifahi şəkildə xəbərdarlıq edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin bu günədək borclu tərəfindən icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Eyni zamanda tərəflərindən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sisteminə sorğu edilmiş və nəticədə banklarda borcluya məxsus pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. Borclu Şəxs çağırış üzrə gəlmədiyi və yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün onun barəsində borclunun axtarılması barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilərək icrası üçün Şəki şəhər-rayon Polis şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Şəki ŞRPŞ-nin polis əməkdaşları tərəfindən borclunun şöbəyə gətirilməsi təmin edilmiş, həmin tarixdə borclu Şəxs Şəki rayonu üzrə İcra və probasiya şöbəsində verdiyi izahatında hal-hazırki tarixədək icra sənədləri üzrə borc məbləğindən heç bir ödəniş etmədiyini və qalan borc məbləğini hər ay hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Bununlada icra sənədləri üzrə tələbin icrası borclu Şəxs tərəfindən uzun müddət ərzində qərəzli olaraq tsmin edilməmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1631/2013 saylı, xx.xx.2013-cü il tarixli, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1203/2020 saylı, xx.xx.2020-ci il tarixli və həmin məhkəmə tərəfindən verilmiş 2(075)-698/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə borclu heç bir ödəniş etməmişdir. Hal-hazırda borclu Şəxs Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin icraatında olan üç icra sənədi üzrə ümumilikdə borclu 4550,67 manat təşkil edir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinn 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, borcunu ödəməyə imkanı yoxdur. Xəstə olan dayısına və ailəsinə baxdığından taksi kimi əldə etdiyi qazancı onların və öz təminatının ödənilməsinəçatır. Hal-hazırda borcundan heç bir ödəniş edə bilmir. Qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X8 Vəkil Bürosunun vəkili X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəm iclasında zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1203/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 25 avqust 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********94255 olan iPhone X markalı telefon üçün 1380 (bir min üç yüz səksən) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə olmaqla, cəmi 1480 (bir min dörd yüz səksən) manat borc, 05 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED TV üçün 754 (yeddi yüz əlli dörd) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə olmaqla, cəmi 804 (səkkiz yüz dörd) manat borc olmaqla, cəmi 2284 (iki min iki yüz səksən dörd) manat borc borclu Şəxs alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu borclu Şəxs tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Borclunun barəsində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X5 məhkəməyə 29 aprel 2024-cü il tarixdə ərizə ünvanlayaraq borclunun İXM-nin 528.1-ci maddəsi ilə inzibati qaydada həbs edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-1631/2013 nömrəli, 11 sentyabr 2013-cü il tarixli əmrindən görünür ki, borclu Şəxs 66,84 manat abunə və xidmət haqqı, 13,37 manat faiz borcu, 20 manat dövlət rüsumu olmaqla, cəmi 100,21 manat məbləğində borc alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-1203/2020 nömrəli, 23 sentyabr 2020-ci il tarixli icra sənədindən görünür ki, 25 avqust 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********94255 olan iPhone X markalı telefon üçün 1380 (bir min üç yüz səksən) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə olmaqla, cəmi 1480 (bir min dörd yüz səksən) manat borc, 05 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED TV üçün 754 (yeddi yüz əlli dörd) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə olmaqla, cəmi 804 (səkkiz yüz dörd) manat borc olmaqla, cəmi 2284 (iki min iki yüz səksən dörd) manat borc borclu Şəxs alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu borclu Şəxs tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-698/2022 nömrəli, 16 may 2022-ci il tarixli icra sənədindən görünür ki, BL332202 saylı 28 avqust 2019-cu il tarixli, BL329479 saylı 21 avqust 2019-cu il tarixli, BL318937 saylı 30 iyul 2019-cu il tarixli, BL340906 saylı 16 sentyabr 2019-cu il tarixli nisyə satış müqavilələrinə əsasən xx.xx.2021-ci il tarixinə yaranmış 1905 manat əsas borc, 190.50 manat hesablanmış cərimə olmaqla, ümumilikdə 2095,50 manat borc və 40,96 manat dövlət rüsumu borclu Şəxs alınaraq "xxxx" MMC-nə ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 04 oktyabr 2013-cü il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1631/2013 nömrəli, 11 sentyabr 2013-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 5 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 26 oktyabr 2020-ci il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1203/2020 nömrəli, 23 sentyabr 2020-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 21 iyul 2022-ci il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin 22(075)-698/2022 nömrəli, 16 may 2022-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının aşağı həddində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 29 aprel 2024-cü il tarixdən, saat 13:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 29 aprel 2024-cü il tarixdən, saat 13:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 29 aprel 2024-cü il tarixdən, saat 13:00-dan hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 29 aprel 2024-cü il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004, Tel: 244-70-13, Faks: (024) 244-30-70 www.shakicourt.gov.az Elektron ünvan Cavab verərkən bizim nömrəyə istinad edin: İş № 3 (075)-344/2024 29 aprel 2024-cü il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Elnur Həsənova Hörmətli Elnur müəllim ! İnzibati xəta edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şəki Rayon Məhkəməsinin 3 (075)-344/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 1) Qərar-02 vərəqə, 04 səhifə, 2) Portaldan çıxarış. Hörmətlə, Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-344/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-344/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver