Məhkəmə qərarları › İş №3(075)-347/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-347/2023

12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-347/2023 12.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İXM-nin 548.2-ci maddəsi ilə tərtib edilmiş 04 aprel 2023-cü il tarixli, EP-0087063 saylı inzibati xəta haqqında protokola Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin barəsində Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 548.2-ci mаddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material baxılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin direktoru X2 tərəfindən 04 aprel 2023-cü il tarixdə tərtib edilmiş EP-0087063 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Mərkəzi Bankın 6-1-26/2-744/2023 saylı, 16 fevral 2023cü il tarixli sorğusu ilə tələb edilən sənədlər "xxxx" ASC tərəfindən Mərkəzi Banka təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı və "xxxx" ASC nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının və "xxxx" ASC-nin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. "xxxx" ASC-nin nümayəndəsi X1 25 aprel 2023-cü il tarixdə məhkəmə elektron qaydada etiraz ərizəsi ünvanlayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının "xxxx" ASC barəsində tərtib etdiyi 04 aprel 2023-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqına icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbycan Respublikasının Mərkəzi Bankı Şəki Rayon Məhkəməsinə müraciət edərək tərəfindən "xxxx" ASC barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmasını xahiş etmişdir. Azərbycan Respublikasının Mərkəzi Bankı müraciətini protokolda belə əsaslandırmışdır ki, "xxxx" ASC Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli 6- 1-26/2-744/2023 saylı məktubu ilə tələb edilən sənədləri (2021-ci ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarına S.Məmmədovun dəvət edilməsini təsdiq edən sənəd, son on il ərzində səhmdar S.Məmmədova dividend hesablanıbhesablanmaması, hesablanmışdırsa ona hesablanmış dividendlərin məbləğləri haqqında məlumat və ödənilməsini təsdiq edən sənəd) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2023-cü il tarixdə törədilmişdir. Nəticədə "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bildirmişdir ki, "xxxx" ASC-nin ərizəsinə əsasən onun fəaliyyətinin dayandırılması xx.xx.2022-ci il tarixdən 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qeydiyyata alınmışdır. "xxxx" ASC ünvan 1 ünvanında yerləşdiyindən təşkilatla aparılan bütün məktublaşmalar həmin ünvanın təsir dairəsinə düşən indeksi 5507 olan ünvan 2rilir. Keçən müddət ərzində "xxxx" ASC-nin ünvanına Azərbycan Respublikasının Mərkəzi Bankı tərəfindən hər hansı səhmdarın müraciəti ilə bağlı sorğu daxil olmamış, müəssisə barəsində hər hansı inzibati icraatın aparılması və inzibati araşdırmaya cəlb edilməsi ilə bağlı məlumat verilməmişdir. Bundan əlavə iş materiallarından göründüyü kimi Azərbycan Respublikasının Mərkəzi Bankı fiziki şəxs S.Məmmədov tərəfindən daxil olmuş müraciət əsasında araşdırmaya başlamışdır. Lakin S.Məmmədovun şəxsiyyəti ilə bağlı xüsusilə də qiymətli kağızın mülkiyyətçisi kimi səhmdar olaraq məlumatları qeyri müəyyəndir və səhmdarların reyestrində S.Məmmədovun şəxsiyyəti ilə hər hansı məlumat yer almamışdır. Belə bir vəziyyətdə, əgər Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məlumatlandırılması olsa belə S.Məmmədovun şəxsiyyəti qeyri naməlum olduğundan onun barəsində hər hansı məlumat da müəssidə mövcud deyildir. Göründüyü kimi qanunverciliyin imperatif tələbi ondan ibarətdir ki, şəxsin inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi üçün qarşı tərəfin əlində tərəfin hərəkətlərində inzibati xətanın olmasını əsaslandırılacaq kifayət qədər sübutun olması lazımdır. "xxxx" ASC-nin məhkəməyə qədər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan icraatlardan məlumatsız olmuş, müəssisənin məlumatlandırılması, sorğulandırılması və nəyin tələb olunması barədə yerləşdiyi ünvana hər hansı məktub daxil olmamışdır və bunun əksini sübut edəcək dəlil mövcud deyildir. Belə bir vəziyyət də isə Azərbaycan Respublikasının Mərkəzi Bankının əlində kifayət qədər əsaslar olmadığından "xxxx" ASC barəsində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinə əsasən inzibati icraata başlaması yol verilməzdir. İş materiallarından da göründüyü kimi barəsində icraat aparılan "xxxx" ASC bu məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş, eyni zamanda inzibati orqan tərəfindən əvvəlcədən məlumatlandırma olmadığından onun izahat və inzibati icraat barəsində öz mülahizələrini təqdim etmək hüquqlarından istifadə edilməsinə şərait yaradılmamış, izahatalar və mülahizələr işə əlavə olunmamışd, mübahisəli icraatda ilə nəzərdə tutulmuş hüquq və vəzifələri elan olunması nəzərdə tutulsa da inzibati orqan bunu etməmişdir. Hazırkı situasiyada "xxxx" ASC barəsində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinə əsasənn inzibati icraatın başlanılması üçün müəssisənin inzibati xəta hadisəsini törətməsi və onun sübut edilməsi zəruridir. Bunun üçün isə Azərbaycan Respublikasının Mərkəzi Bankı yuxarıda qeyd olunan məlumatların tələb edilməsi ilə bağlı rəsmi məlumatlandırılması və bunu sübut edəcək dəlillər ortaya qoyulmalıdır. Lakin "xxxx"nda hər hansı məlumatın əldə edilməsi ilə bağlı Azərbaycan Respublikasının rəsmi sorğusu və o sorğunun çatdırılması ilə bağlı sübut mövcud deyildir. Göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs olan "xxxx" ASC inzibati xəta haqqında protokol tərtib edilərkən işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılması, onun işə baxılmasında iştirakı, müdafiə hüququndan istifadəsinə lazımi şərait yaradılması, qəbul edilən qərarın ona vaxtında çatdırılması və s. təmin edilməsi üçün lazımı prossesual hərəkətlər edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı 04 aprel 2023-cü il tarixdə "xxxx" ASC-nin inzibati xəta haqqında protokol tərtib edilərkən işə baxılmasına dəvət edilməsi ilə bağlı ümumiyyətlə 5 gün əvvəlcədən bildiriş təqdim edilməmişdir. Göstərilən normaların tələblərinə zidd olaraq, iş materiallarından da göründüyü kimi "xxxx" ASC işə baxılması ilə bağlı lazımı qaydada 5 gün əvvəlcədən məlumatlandırılmamış, ona işə baxılmasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməmiş və işin baxılmasına dəvət edilməmiş, beləliklə də İnzibati orqan tərəfindən Azərbaycan Respublikası İXM-nin 60 və 61-ci maddələrinin tələbləri pozulmuş, ona hüquqlarından istifadə edilməsinə, öz müdafiəsini hazırlmağa və vaxtında gəlməsinə, etiraz və vəsatətlər verməyə şərait yaradılmamışdır. Bundan əlavə iş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Mərkəzi Bankı "xxxx" ASC barəsində inzibati icraat başlayaraq tərtib etdiyi elektron protokolu baxılması üçün Azərbaycan Respublikası İXM-nin 18-ci maddəsinə əsasən məhkəməyə göndərmişdir. Göründüyü kimi inzibati icraat hüquqi şəxs "xxxx" ASC barəsində başlanılmışdır ki, bu da kobud qanun pozuntusudur. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" ASC barəsində inzibati icraat başlaması üçün işin həqiqi hallarından inzibati xəta hadisəsinin mövcudluğunu göstərən, inzibati xəta hadisəsinin məhz "xxxx" ASC tərəfindən törədildiyini və inzibati xəta tərkibini sübut edəcək kifayət qədər əsaslar olmalı idi. Çünki "xxxx" ASC-nin inzibati məsuliyyətə cəlb olunan şəxs kimi təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Belə olan halda bunu inzibati xəta hadisəsinin mövcudluğunu göstərən və onun faktiki olaraq "xxxx" ASC tərəfindən törədilməsini sübut etmək vəzifəsi Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə düşməkdədir. İş materiallarından və işin faktiki hallarından göründüyü kimi "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə hər hansı inzibati xəta hadisəsi törətməsi heç bir halda sübut olunmur. Eyni zamanda "xxxx" ASC-nin hüquqi ünvanı olan Şəki şəhəri A.Məmmədov 43A-ya Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hər hansı sorğunun verilməsi, öz növbəsində onun cavablandırılmaması səbəbindən inzibati xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun tərtib edilməsi və protokolun tərtib edilməsi üçün icrası məcburi olan prosedurların yerinə yetirilməsi ilə bağlı dəlillər mövcud olmadığından "xxxx" AST tərəfindən törədilmiş hər hansı inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikasının Mərkəzi Bankının məhkəməyə təqdim etdiyi sənədlərdən də göründüyü kimi inzibati orqanın soğu göndərilməsinə səbəb olmuş S.Məmmədovun səhmdar kimi qiymətli kağızın mülkiyyətçisi olması barədə məlumatlar yer almamış və onun şəxsiyyəti ümumiyyətlə qeyri müəyyəndir. Belə bir hadisənin "xxxx" ASC tərəfindn törədilçməsi sübut edilmədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli idi və ya belə bir inzibati xəta tərkibi olmadığından ümumiyyətlə "xxxx" ASC barəsində inzibati icraat başlanıla bilməzdi. Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsində deyilir ki, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Göründüyü kimi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASCyə 23 yanvar 2023-cü il tarixli, 6-1-26/2-239/2023 saylı göstəriş məktubu göndərilmişdir. Həmin göstəriş məktubunda Azərbaycan Respublikasının Mərkəzi Bankına vətəndaş Sultan Məmmədov tərəfindən müraciət daxil olduğu, bununla əlaqədar olaraq, vətəndaşın müraciətində qeyd edilən məsələnin araşdırılması və nəticəsi barədə məlumatı zəruri sənədlər (2021-ci ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarına S.Məmmədovun dəvət edilməsini təsdiq edən sənəd, habelə son on il ərzində səhmdar S.Məmmədova dividend hesablanıb-hesablanmaması, hesablanmışdırsa ona hesablanmış dividendlərin məbləğləri haqqında məlumat və ödənilməsini təsdiq edən sənəd) əlavə edilməklə 7 (yeddi) gün ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankından "xxxx" ASC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub "xxxx" ASC-nin rəsmi qeydiyyatda olan hüquqi ünvanına göndərilmiş və xx.xx.2023-cü il tarixdə “Mikayılov Elmar” adlı şəxs tərəfindən qəbul olunmuşdur. Bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs "xxxx" ASC tərəfindən həmin sənədlərin Mərkəzi Banka təqdim edilməsinə dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla da "xxxx" ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" ASC-nin Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 548.2-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiaları ilə tam təsdiq оlundu. Odur ki, məhkəmə "xxxx" ASC barəsində inzibati tənbeh tətbiq edərkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 75, 84, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 548.2-ci mаddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar