Məhkəmə qərarları › İş №3(075)-347/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-347/2024

13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-347/2024 13.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, 05 fevral 1982-ci il tarixdə Şəki rayonu, Zəylik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 165-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 19 yanvar 2024-cü il tarixdə 18 və 24 nömrəli seçki məntəqəsinin seçicilər lövhəsini məhv etməsi və seçicilərin namizədlərlə tanış olmasına maneəçilik törətməsi səbəbindən inzibati qaydanı pozmuşdur. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 165-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nin İTB-nə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məlumat verilməsinə baxmayaraq, Şəki ŞRPŞ-nin İTB-nin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Şəxs isə gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilməklə tədqiq edilmiş; Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı Murad Sırafilovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 yanvar 2024-cü il tarixli qərarından görünür ki, HK-1/117 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti şöbənin aidiyyatı üzrə xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. Şəxs Şəki ŞRPŞ-də verdiyi izahatından görünür ki, ailədə hətat yoldaşı ilə aralarında mübahisə və münaqişə yarandığından, özünün də əsəb xəstəliyi ilə əlaqəli hədsiz əsəb və stress keçirir. xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində içkili halda evə gedərkən Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən fizika riyaziyyat təmaüllü liseyin qarşısında olan təbliğat və təşviqat seçki lövhəsinin üzərində olan namizədlər olan şəkilləri yarasız hala salmışdr.Tutduğu əməldən peşmandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 165-ci maddəsinə əsasən mülkiyyətçinin və ya obyekt sahibinin razılığı ilə seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün nəzərdə tutulan yerlərdə asılmış seçkiqabağı (referendumqabağı) təşviqat plakatlarını və digər belə təşviqat materiallarını məhv etməyə, korlamağa və ya təşviqat materiallarının yayılmasına mane olmağa, yaxud namizədin seçicilərlə görüşünə mane olmağa görə - altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkətləri Şəki ŞRPŞ-nin İTB-dən daxil olmuş material, həmin material üzrə verdiyi izahatı və digər sənədlərlə təsdiq olundu. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yüngülləşdirilən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 165-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 165-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar