Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-35/2022 13.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis leytenantı X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X4, xx xxxx 1994-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dan daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilmişdir ki, Şəxs 12 yanvar 2022-ci il tarixdə saat 18:20 radələrində Şəki şəhəri, M.Müşfiq küçəsində xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, onu nizam iltizama dəvət edən polis əməkdaşılarının qanuni tələblərinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis leytenantı X6 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 12 yanvar 2022-ci il tarixdə saat 18:20 radələrində YPX-nin inspektoru polis serjantı X8 polis baş serjantı X1 ilə birlikdə Şəki şəhəri, M.Müşfiq küçəsində xidmətdə olarkən vaz 2107 markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ödənməyən borcu olduğu üçün tərəflərindən saxlanılmışdır. X7 sürücüyə yaxınlaşaraq özünü təqdim etmişdir. Polis əməkdaşları sürücüyə bildirmişdir ki, avtomobil müvəqqəti olaraq duracağa getməlidir. Sürücü avtomobili duracağa aparmayacağını deyərək ucadan səs-küy salaraq onların qanuni tələblərinə qəsdən tabe olmamış tabesizlik göstərmişdir. Polis əməkdaşları sürücünü nizam-iltizama dəvət etsələr də sürücü yenə də hərəkətlərini davam etdirmiş, yenə də səs küy salaraq polisin qanuni tələbini pozmuşdur. Daha sonra sürücü Polis Şöbəsinə gətirilmiş, raportla növbətçi hissəyə təhvil verilmişdir. X2 Məmmədemin Qıllıncxan oğlu barəsində protokl tərtib olunmuşdur. Göstərmişdir ki, protokolu raport əsasında tərtib etmiş, birbaşa hadisənin şahidi olmamışdır. Protokolu tərtib edərkən hadisənin görüntüsünü əks etdirən videonu izləməmişdir. Hadisənin video görüntüsü ilə məhkəmə iclasında tanış olaraq onu izləmişdir. Qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilməsini məhkəmənin səlahiyyətinə buraxdığını bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qıllıncxan oğlu məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki şəhərində avtomobil təmiri sexlərinin birində rəngsaz işləyir. Bildirmişdir ki, 12.01.2022-ci il tarixdə saat 18:20 radələrində Şəki şəhər 20 Yanvar küçəsi ilə Mikayıl Müşfiq küçəsinin kəsişməsində “Ekonom” marketin qarşısında YPX inspektorları tərəfindən saxlanılmışdır. Polis əməkdaşlarından biri, adını sonradan öyrəndiyi Şahin adlı şəxs ona yaxınlaşaraq avtomobilinin üzərində cərimə olduğunu və avtomobilinin duracağa aparmaq lazım olduğunu bildirmişdir. Bildirmişdir ki, avtomobilinin cəriməsi və onun üzərində həbs olmasından xəbərsizdir. Buna görə polis əməkdaşından xahiş etmişdir ki, avtomibili duracağa aparmasınlar, o, cəriməni ödəyəcəkdir. Lakin polis əməkdaşı Şahin məhəl qoymayaraq onun avtomobilin sükanı arxasına əyləşmiş və avtomobili özü sürüb aparmaq istəmişdir. O isə polis əməkdaşına sərxoş olmadığını avtomobilini özü də sürüb onlar dediyi yerə apara biləcəyini demişdir. Bundan sonra polis əməkdaşı onun avtomobilindən yerə düşmüşdür. Həmin vaxt yenə polis əməkdaşına cəriməni ödəyəcəyini, avtomobili duracağa yerləşdirməmələrini demişdir. O, avtomobilinə əyləşmək istəmiş, lakin bu zaman polis əməkdaşları əsassız yerə onun cibindən tutub dartmışdır. O maşınına əyilərək telefonunu götürmüşdür. Bundan sonra Şahin onun şalvarının cibindən tutaraq onu dartmış və avtomobildən aralamış, həmçinin polisə yaraşmayan hərəkət edərək onu məhkəm dartmaqla itələmişdir. Bu zaman onun başındakı baş örtüsü yerə düşmüşdür. Düşünür ki, Şahin özü qəsdən bu cür hərəkət etmişdir ki, ona tabesizlik və nəlayiq hərəkət etsin. Lakin o polis əməkdaşına qarşı hər hansı qeyri-etik və qanuna zidd hərəkətə yol verməmişdir. O, həmin vaxt polis əməkdaşlarına nə tabesizlik etmiş nə də ki, onlara qarşı ucadan nəlayiq ifadələr işlətmişdir. Bundan sonra onların tələblərinə əməl edərək YPX avtomobilinə əyləşmiş və onu Şəki ŞRPŞ-nə aparmışlar. Avtomobilinin isə kimin haraya aparmasından xəbəri olmamışdır. Bildirmişdir ki, onun hər hansı günahi və təqsiri yoxdur, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qıllıncxan oğlunun müdafiəçisi X9 da məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 12 yanvar 2022-ci il tarixdə saat 18:20 radələrində YPX-nin inspektoru polis baş serjantı X8 birlikdə Şəki şəhəri, M.Müşfiq küçəsində xidmətdə olarkən vaz 2107 markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzrəndə “ödənməyən borcu olduğu üçün tərəflərindən aşkar olunaraq saxlanılmış və sürücüyə yaxınlaşaraq özünü təqdim etmişdir. YPX avtomobilindən düşərkən avtomobilin kamerasi işlək vəziyyətdə olmuş və üzərindəki mikrafonu açmışdır. Yerə düşdükdən sonra sürücüyə yaxınlaşmış və bildirmişdir ki, avtomobilinin üzərində ödənilməyən cəriməsi və cəriməsi şişmişdir. Həmçinin avtomobilin üzərinə həbs qoyulmuş, buna görə də müvəqqəti olaraq avtomobil duracağa getməlidir. Sürücü Şəxs etiraz etməmişdir. Düşünmüşdür ki, sürücü avtomobili duracağa aparacaq buna görə də üzərindəki mikrafonu söndürmüşdür. Bundan sonra sürücüyə özü sükan arxasına oturaraq avtomobili duracağa sürməsini demişdir. Bu zaman sürücü avtomobilini duracağa aprmayacağını, “heç kim məni heç yana apara bilməz” deyərək ucadan səs-küy salaraq onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra avtomobilin sükanı arxasına oturaraq avtomobili özü sürüb aparmaq istəmişdir. Lakin sürücü buna imkan verməmişdir. Sürücünü nizam-iltizama dəvət etsələr də sürücü yenə də hərəkətlərini davam etdirmiş, yenə də səs küy salaraq polisin qanuni tələbini pozmuşdur. Belə olduqda onlar sürücünü polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 12 yanvar 2022-ci il tarixdə saat 18:20 radələrində YPX-nin inspektoru polis baş serjantı Şeyixov Şahinlə birlikdə Şəki şəhəri, M.Müşfiq küçəsində xidmətdə olarkən vaz 2107 markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzrəndə “ödənməyən cəriməsi olduğu üçün tərəflərindən saxlanılmış və sürücüyə Şeyixov Şahin yaxınlaşaraq özünü təqdim etmişdir. YPX inspektoru sürücüyə bildirmişdir ki, avtomobilin üzərində həbs olduğu üçün avtomobil müvəqqəti duracağa getməlidir. Bu zaman sürücü avtomobili aparmayacağını bildirmiş və “heç kim məni heç yana apara bilməz” demişdir. Bu zaman sürücüyə yaxınlaşmış və YPÖ avtomobilinə əyləşməsini demişdir. Sürücü Şəxs ona qulaq asaraq və heç nə demədən avtomobilə əyləşmişdir. O, özü avtomobildə əyləşdiyindən sürücü Şəxs ucadan səs-küy salmasını eşitməmişdir. Şəxs əvvəlcədən sakit Şəki sakini kimi tanımış, onun maşın təmiri rəngsazı işlədiyini bilmişdir. Bildirmişdir ki, onunla sürücü Şəxs arasında hər hansı mübahisə olmamışdır. Şəxs ilə sadəcə Ş.Şeyixov arasında xoşagəlməz hadisə yaşanmışdır. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, polis əməkdaşlarının məhkəmə iclasında verdiyi ziddiyyətli ifadəsini, barəsində inzibati xəta barədə icraat aparılan şəxsin izahatını, hadisənin baş verdiyi anların video görüntüsünü, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında hadisənin görüntüsünü əks etdirən videonu izləyərkən aydın olur ki, Şəxs tərəfindən İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati qaydanın və polis işçisinin qanuni tələbinə tabe olmama kimi hərəkətlərə yol verməsi müəyyən olunmur. Bundan başqa YPX avtomobilində çəkiliş aparan kamera və səsyazan diktafon olsa da polis əməkdaşları tərəfindən səsyazan cihaz bir-neçə saniyə sonra heç bir əsas olmadan söndürülmüşdür. Buna görə də hadisə zamanı Şəxs tərəfindən ucadan səs-küy salmaqla ictimai qaydanının pozması müəyyən edilə bilinmədi. Həmçinin hadisənin video görüntüsünü izlədikdə də Şəxs polis işçisinin qanuni tələbinə tabe olmama kimi hal da aşkar edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə də başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis leytenantı X3 tərtib etdiyi inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də protokolun məzmununda, inzibati xəta haqqında protokola əlavə edilmiş izahatlarda, hadisənin video görüntüsünü əks etdirən diskdə və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi hər hansı dəlillə sübuta yetirilməmişdir. Həmçinin Şəxs tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından onun barəsində məhkəməyə təqdim edilən protokol üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verisin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-35/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-35/2022
13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver