Məhkəmə qərarları › İş №3(075)-35/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-35/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-35/2024 06.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, "xxxx" QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki DYPB-nin Şəki rayonu YNH inspektoru polis kapitanı X1 tərəfindən tərtib olunmuş 28 sentyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Firması nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verməmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə "xxxx" Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)-6286/2023 saylı qərardadına əsasən iş materialları aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş "xxxx" Firması və Şəki ŞRPŞ məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan sənədlərdən görünür ki, "xxxx" Firmasının istifadəsində olan “XCMG XZJ5328JKZ25 K Yük” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 13:24-də R-8 Muğanlı-İsmayıllı yolu 34-cü km İXM-nin 339.1-1-ci maddəsinin tələblərini pozaraq qayda pozuntusu törədilmişdir. İnzibati xətanın törədilməsi zamanı avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatların 5 gün müddətində Şəki ŞRPŞ-yə göndərilməsi üçün xəbərdarlıq edilmiş, qeyd edilən xəbərdarlıq xx.xx.2023-cü il tarixdə "xxxx" Firması tərəfindən qəbul edilmişdir. Müraciətə cavab verilməməsi əsası ilə "xxxx" Firması barəsində inzibati xəta haqqında xx.xx.2023-cü il tarixdə protokol tərtib edilmişdir. İş materiallarından görünür ki, "xxxx" Firmasının hazırkı adı "xxxx" QSC-dir. "xxxx" QSC tərəfindən X3 İdarəsinin Şəki Rayon Şöbəsinə göndərilmiş xx.xx.2023-cü il tarixli EL 232 nömrəli məktub, həmçinin həmin məktubun göndərilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli 02364 nömrəli poçt qəbzi təqdim edilmişdir. Beləliklə aydın olur ki, "xxxx" QSC-nin mülkiyyətində olan “XCMG XZJ5328JKZ25 K Yük” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə məlumat sorğu alındıqdan 3 gün sonra Şəki ŞRPŞ DYPB-yə göndərilmişdir. Belə olan halda isə iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: "xxxx" QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar