Məhkəmə qərarları › İş №3(075)-351/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-351/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-351/2024 02.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, zərər çəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X5 iştirakları ilə, 25 may 1974-cü ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Kəlbəcər rayonu, Susuzluq kəndində qeydiyyatda olan və Samux rayonu, Alıuşağı kəndində yaşayan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 334.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Şəki Şəhər-Rayon Polis Şöbəsinin X14 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyənetdi: Şəki Şəhər-Rayon Polis Şöbəsinin X14 Bölməsindən daxil olmuş materialdan görünür ki, vətəndaş X7 01 may 2024-cü il tarixdə saat 15:40-da “Vaz 2103” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan sərxoş halda idarə edərkən Şəki şəhəri, Salman Mümtaz küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərər çəkmiş şəxs X3 idarə etdiyi “Ford” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Bununla bağlı X4 barəsində İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X8 izahatında bildirdi ki, X7 01 may 2024-cü il tarixdə saat 15:40-da “Vaz 2103” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə edərkən Şəki şəhəri, Salman Mümtaz küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərər çəkmiş şəxs X3 idarə etdiyi “Ford” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Onun əməlində 327.1, 332.1 və 334.3-cü maddələrinin tərkibi olduğundan bu barədə protokol tərtib edilərək materialla birlikdə məhkəməyə təqdim edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq X7 barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan X7 özünü inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, 01 may 2024-cü il tarixdə saat 15:40-da Şəki şəhəri, Salman Mümtaz küçəsində hərəkətdə olarkən idarə etdiyi “Vaz 2103” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qarşısında işıqforun qırmızı işığı olduğundan işıqforda dayanan “Ford” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissədən dəyməklə toqquşmuşdur. Həmin vaxt qeyd olunan nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmamış və avtomobili sərxoş halda idarə etmişdir. Törətdiyi əmələ görə səmimi peşmandır. Ailə vəziyyətinin nəzərə alınaraq, onun barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X9 izahatında bildirdi ki, 01 may 2024-cü il tarixdə saat 15:40-da Şəki şəhəri, Salman Mümtaz küçəsində Ford” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili İşıqforun qırmızı işığında dayanan zaman arxa tərəfdən gələn “Vaz 2103” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Lakin, onun avtomobilinə maddi ziyan dəymişdir. Qeyd edilənləri nəzərə alaraq X7 barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərər çəkmiş şəxs X3 Şəki Şəhər-Rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, 01 may 2024-cü il tarixdə saat 15:40-da Şəki şəhəri, Salman Mümtaz küçəsində Ford” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili İşıqforun qırmızı işığında dayanan zaman arxa tərəfdən gələn “Vaz 2103” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamış, lakin onun avtomobilinə maddi zərər dəymişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan X4 Şəki Şəhər-Rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, 01 may 2024-cü il tarixdə saat 15:40-da Şəki şəhəri, Salman Mümtaz küçəsində hərəkətdə olarkən idarə etdiyi “Vaz 2103” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qarşısında işıqforun qırmızı işığı olduğundan işıqforda dayanan “Ford” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissədən dəyməklə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. İş materiallarında olan arayışdan görünür ki, X4 nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 343 və 344 nömrəli sərxoşluğun müəyyən edilməsinə dair müayinə sənədindən görünür ki, hadisə zamanı X1 vəziyyətində olmuşdur, X9 isə sərxoş olmamışlar. Azərbaycan Respublikası “Şəki Avtomotoservis“ ASC-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, “X13” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1265 manat dəyərində maddi zərər dəymişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2014-cü il tarixli qərarında göstərilir ki, “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinin) törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, özünün etirafedici izahatı ilə yanaşı zərər çəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasında səkkiz yüz manat cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X5 əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. X7 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə yanaşı, həmçinin 327.1, 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.2, 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, X4 həmin maddələrlə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şəki Şəhər-Rayon Polis Şöbəsinin X14 Bölməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 800 (səkkiz yüz) manat cərimə edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şəki Şəhər-Rayon Polis Şöbəsinin X14 Bölməsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar