Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-353/2021 12.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, X1, protokol tərtib etmiş şəxs (qərar qəbul etmiş şəxs) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X18 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X12 iştirakları ilə X1 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X18 Mərkəzinin 20 may 2021-ci il tarixli, 02 nömrəli protokol və 20 may 2021-ci il tarixli, 02 nömrəli qərarının ləğv edilməsinə dair şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X18 Mərkəzinin 20 may 2021-ci il tarixli protokol və 02 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X3 ərizəsini onunla əsaslandırdı ki, onun barəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Şəki X18 Mərkəzinin 20.05.2021-ci il tarixli protokol və 02 nömrəli qərarı ilə İXM-nin 232-ci maddəsinə əsasən 50 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Protokolda 19 may 2021-ci il tarixli akta istinad edilmişdir. Halbuki həmin akt mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Şəki rayonu Orta Zəyzid kəndində yerləşən Fermanın ətrafında olan ərazilərə 21 nəfərin iştirakı ilə baxış keçirilmişdir. Bundan sonra Şəki X18 Mərkəzinin əməkdaşı onun yanına gələrək ona şikayətin araşdırılması üçün akta imza atmalı olduğunu bildirmişdir. Həmin aktda imzaların hamısı 2-ci vərəqdən başlayır, birinci vərəq sonradan tərtib edilmişdir. Baxışın keçirilməsində iştirakı təmin edilməmişdir. Hətta o, həmin aktı imzalamadığı halda onun adının qarşısına imza edilmişdir. Qeyd edilən ferma onun ərinə məxsusdur. Fermanın 3 hektar 30 sot torpaq sahəsi vardır. Onların özlərinin 20 baş iribuynuzlu heyvanı və 150 baş qoyunları vardır. Lakin onlara məxsus heyvanlar mübahisə predmeti olan əraziyə daxil olmamışdır. Akt o zaman əsaslı və etibarlı olardı ki, akt onların iştirakları ilə tərtib edilərdi və tərtib edildikdən sonra uca səslə onlara oxunardı. Lakin bu hallar olmamışdır. Həmçnin, əkinin korlanmasının onun heyvanlarının otarılması nəticəsində baş verdiyi də öz təsdiqini tapmır. Bunu təsdiq edən qanunsuz aktdan başqa heç bir sübut yoxdur. Telman Bağırovun və Zümrüd Məmmədovun 1.20 ha arpa və ot sahələrinin olması öz təsdiqini tapmır. Lakin bunu təsdiqləyən hər hansı sənəd olmadığı halda maddi ziyan hesablanmışdır. Sənədlər geri tarixə təhrif edilmişdir. Belə ki, 20.05.2021-ci il tarixli qərarda qeyd edilir ki, protokol 21.05.2021-ci il tarixdə poçtla göndərilmişdir. Qərarda isə qeyd olunur ki, protokol 21 mayda poçtla göndərilmişdir. Həmin akt qərar və protokolla birlikdə 27.05.2021-ci il tarixli məktubla göndərilmişdir. Bu isə onu deməyə əsas verir ki, qərar və protokol eyni tarixdə tərtib edilmiş, lakin geri tarixə təhrif edilmişdir. Göründüyü kimi protokol tərtib edilərkən və qərar qəbul edilərkn onların iştirakları təmin edilməmişdir. Bu isə qanunvericiliyin tələblərinin kobud pozulmasıdır. Halbuki ona qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzidələri izah edilməli idi. Barəsində əsassız olaraq aparılmış inzibati icraatdan onun xəbəri olmamış, onun iştirakı təmin edilməmişdir. Buna görə də hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş şəxs (qərar qəbul etmiş şəxs) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X18 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X15 izahatında bildirdi ki, X7 məxsus şəxsi mal-qara 19 may 2021-ci il tarixdə Şəki rayonu Orta Zəyzid kəndinin “Təpələr” adlı sahəsində payızlıq əkinləri qəsdən korlamışdır. Bununla bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X18 Mərkəzinə 19 may 2021-ci il tarixdə tərtib edilmiş akt təqdim edilmişdir. Həmin akt əsasında X9 barəsində Azərbaycan Respublikasının İXM-nin 232-ci maddəsi ilə 20 may 2021-ci il tarixli, 02 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında həmin tarixdə qəbul edilmiş 02 nömrəli inzibati xəta haqqında iş üzrə qərara əsasən X9 Azərbaycan Respublikasının İXM-nin 232-ci maddəsi ilə təqsirli bilinərək, 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Aktın tərtib olunması zamanı X9 şəxsən iştirak etmişdir. Lakin aparılmış inzibati icraat zamanı X9 iştirak etməmişdir. Həmçinin, X6 aparılmış inzibati icraat zamanı iştirakına dair də hər hansı bir sənədləri yoxdur. Buna baxmayaraq, X6 şikayətini qəbul etmir və şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə şikayətçinin və protokol tərtib etmiş şəxsin nümayəndəsinin izahatlarını dinlədikdən sonra və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, X1 şikayət ərizəsi qismən əsaslıdır. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X18 Mərkəzinin direktor müavini X5 20 may 2021-ci il tarixli, 02 nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, X4 rayonu Orta Zəyzid kəndinin “Təpələr” adlı sahəsində 19 may 2021-ci il tarixdə tərtib edilmiş akt əsasında payızlıq əkinlərin şəxsi mal-qarası tərəfindən qəsdən korlamasına görə Azərbaycan Respublikasının İXM-nin 232-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X18 Mərkəzinin direktor müavini X8 qəbul etdiyi 20 may 2021-ci il tarixli, 02 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X9 və X7 məxsus iribuynuzlu və xırdabuynuzlu heyvanlar tərəfindən bir qrup Orta Zəyzid kəndində fermerin əkin sahəsinə dəymiş ziyanlığa görə X9 Azərbaycan Respublikasının İXM-nin 232-ci maddəsi ilə təqsirli bilinərək, 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X3 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X18 Mərkəzinin direktor müavini X5 qəbul etdiyi 20 may 2021-ci il tarixli, 02 nömrəli protokol və həmin protokol əsasında qəbul edilmiş 20 may 2021-ci il tarixli, 02 nömrəli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət vermişdir. Məhkəmə X6 şikayətinə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra şikayətlə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 232-ci maddəsinə əsasən əkinlərin və ya bitkilərin üstü ilə avtomobil, traktor, kombayn və ya digər nəqliyyat vasitələrini, yaxud at arabalarını sürməklə və ya digər üsullarla onların korlanmasına görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəməyə daxil olmuş iş materiallarından, eyni zamanda X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan və həmin inzibati xəta haqqında protokol əsasında verilmiş qərardan görünür ki, X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu imzalamamış, həmin protokolu onun imzalamaması səbəbi protokolda göstərilməmişdir. Bundan başqa barəsində aparılan inzibati icraatla bağlı qərar qəbul edilməsinin vaxtı və yeri barədə X7 müvafiq qaydada bildiriş göndərilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən inzibati icraat zamanı tərəflərin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, hüquqi yardımdan istifadə etmək, iş üzrə qəbul edilmiş qərardan şikayət vermək kimi hüquqları vardır. Göründüyü kimi X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-ci maddəsi ilə olan inzibati xəta haqqında icraat zamanı onun iştirakı təmin edilməmişdir. Bununla da inzibati xəta haqqında işə baxılmasında, yəni inzibati xəta haqqında protokolun tərtib edilməsi zamanı və həmin protokol əsasında inzibati tənbeh verilməsi haqqında inzibati xəta haqqında qərar qəbul edilməsi zamanı prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 106.0.6-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmaması məsələsini aydınlaşdırır. Göründüyü kimi inzibati xəta haqqında qərarın qəbul edilməsində, inzibati araşdırmada X6 iştirakı təmin edilməmiş, digər tərəfdən həmin icraatla bağlı hər hansı bir bildiriş ona müvafiq prosessual hərəkətlərin tarixinə-qərar qəbul edilənə ən azı 5 gün qalmış verilməmiş, əksinə həmin inzibati xəta haqqında işə protokol tərtib edilən gün baxılmışdır. Göstərilən əsaslarla məhkəmə hesab edir ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X18 Mərkəzinin direktor müavini X5 qəbul etdiyi 20 may 2021-ci il tarixli, 02 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə X1 ləğv edilməsini tələb etdiyi 20 may 2021-ci il tarixli, 02 nömrəli inzibati xəta haqqında protokolun onun özünün də imzaladığı 19 may 2021-ci il tarixdə tərtib edilmiş akt əsasında tərtib edilməsini nəzərə alaraq, X1 şikayətinin 20 may 2021-ci il tarixli, 02 nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi ilə bağlı hissəsini əsaslı hesab etmir və X1 aktı onun adında başqa şəxslərin imzaladığı ilə bağlı fikirlərinə tənqidi yanaşır. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, şikayət qismən təmin edilərək X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X18 Mərkəzinin direktor müavini X5 qəbul etdiyi 20 may 2021-ci il tarixli, 02 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X18 Mərkəzinin direktor müavini X8 tərəfindən X6 barəsində tərtib edilmiş 20 may 2021-ci il tarixli, 02 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X18 Mərkəzinə göndərilməlidir. Əsaslı olmadığından şikayətin qalan hissəsi təmin edilməməlidir. Qeyd edilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X18 Mərkəzinin direktor müavini X5 qəbul etdiyi 20 may 2021-ci il tarixli, 02 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X18 Mərkəzinin direktor müavini X8 tərəfindən X6 barəsində tərtib edilmiş 20 may 2021-ci il tarixli, 02 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X18 Mərkəzinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-353/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-353/2021
12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver