Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-353/2025 08.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, X1 barəsində qəbul edilmiş 31 mart 2025-ci il tarixli, EQ 27014706 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 31 mart 2025-ci il tarixli qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 600 manat cərimə edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, DİN BDYPİ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 27014706 nömrəli elektron qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 3(001)- 4285/2025 saylı qərardadı ilə, X4 tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 27014706 nömrəli elektron qərardan verilmiş şikayət əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 3(001)- 4285/2025 saylı qərarı onunla əsaslandırılmışdır ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs X3 törətdiyi inzibati xəta hadisəsi Şəki rayonu Göybulaq kəndi, Zaqatala istiqaməti ərazisində törədilmiş, X3 şikayətə onun yaşadığı yer üzrə baxılması barədə vəsatət verilməmişdir. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, aidiyyət məsələsinin həll edilməsi üçün inzibati iş Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan elektron informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X3 qeydiyyat ünvanı Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti, ev 13B, mənzil 21 kimi göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində işə baxılarkən aidiyyətin mübahisələndirilməsinə dair norma nəzərdə tutulmadığından, yəni bu məsələ İXM ilə tənzimlənmədiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli qərarına istinad etməklə, aidiyyət məsələsi mübahisələndirilə bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında göstərilmişdir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norması ilə tənzimlənməsin. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 4 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İXM-nin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İşin faktiki halları ilə müəyyən olunur ki, inzibati xəta hadisəsi Şəki rayonu ərazisində törədilsə də, X4 Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti, ev 13B, mənzil 21 ünvanında qeydiyyatda olmaqla yaşayır. Göründüyü kimi barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 qanunla ona verilmiş hüquqdan istifadə edərək müvafiq qərardan özünün yaşayış yeri üzrə aidiyyəti məhkəməyə şikayət vermişdir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarında şikayətçinin onun yaşadığı yer üzrə şikayətə baxılması barədə vəsatət verilmədiyi göstərilsə də, məhkəmə hesab edir ki, şikayətçinin barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarı mübahisələndirib, şikayət ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməsi özü özlüyündə vəsatət kimi qəbul edilməlidir. Göründüyü kimi X3 yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti, ev 13B, mənzil 21 ünvanıdır. Bu səbəbdən X1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27014706 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətə Bakı şəhər Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs faktiki yaşadığı ünvanı Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti, ev 13B, mənzil 21 ünvanı olduğundan və şikayətçi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edildiyindən hazırkı işə Şəki Rayon Məhkəməsində baxıla bilməz. Odur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 118 maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27014706 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə şikayətə dair material aidiyyət məsələsinin həll edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-353/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-353/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver