Məhkəmə qərarları › İş №3(075)-356/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-356/2021

22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-356/2021 22.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxx 1988-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X11 tərəfindən tərtib edilmiş 22 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-10564/2016 nömrəli, 08 noyabr 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs X3 məxsus olan komplekt qızıl sırğa üzük, qızıl boyunbağı, qızıl bilərzik, qızıl adi qaşlı nişan üzüyü, qaşsız gül formada qızıl üzük, uşaq üçün qızıl boyunbağı və bilərzik, yaşıl qaş tənə dəst, Quran qabı qızıl boyunbağı, qızıl saat, qızıl fantaziya qaşlı üzük, biri sibir daşından olmaqla 2 ədəd nişan üzüyü olmaqla, cəmi çəkisi 71 qram olan qızıl-ziynət əşyaları alınaraq tələbkar X3 verilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 22 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)-10564/2016 saylı, 08 noyabr 2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs X3 məxsus olan komplekt qızıl sırğa üzük, qızıl boyunbağı, qızıl bilərzik, qızıl adi qaşlı nişan üzüyü, qaşsız gül formada qızıl üzük, uşaq üçün qızıl boyunbağı və bilərzik, yaşıl qaş tənə dəst, Quran qabı qızıl boyunbağı, qızıl saat, qızıl fantaziya qaşlı üzük, biri sibir daşından olmaqla 2 ədəd nişan üzüyü olmaqla, cəmi çəkisi 71 qram olan qızıl-ziynət əşyaları alınaraq tələbkar X3 verilməlidir. İcra sənədi yenidən 04 iyun 2021-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədi daxil olduqdan sonra borclu şöbəyə dəvət edilmiş, icra sənədi üzrə tələbin yerinə yetirilməsi tələb edilmiş, lakin tələbin icrası təmin edilməmişdir. Borclu izahat verərək bildirmişdir ki, qızıl-ziynət əşyalarını 2016-cı ildə X1 alaraq Şəki şəhər sakini Tural adlı şəxsə vermiş, əvəzində isə 2000 manat pulu Turaldan alaraq X3 vermişdir. Həmin pulun 1400 manatını X6, qızıl-ziynət əşyalarının ona qaytarılması müqabilində ona geri ödəmiş, 600 manat isə ona borclu qalmışdır. Qızıl-ziynət əşyaları əvvəldən və indi də onda olmadığı üçün X3 geri qaytara bilmir. Lakin yuxarıda da qeyd olunan qızıl-ziynət əşyalarını yox, qaytardıqdan sonra qalan qızıl-ziynət əşyalarının dəyərini, bir qram qızılın dəyəri 80 manatdan hesablamaqla, hər ay 100 manat olmaqla X3 ödəyə bilər. Borcluya bir daha rəsmi xəbərdarlıq edilərək icra sənədinin icrası tələb edilmiş, 22 iyun 2021-ci il tarixə şöbəyə çağırılmışdır. Borclu Şəxs 22 iyun 2021-ci il tarixdə şöbədə olarkən bir daha icra sənədi üzrə tələbin yerinə yetirilməsi tələb edilmiş, borclu bir daha əvvəl verdiyi izahatla eyni məzmunda izahat verərək qızıl-ziynət əşyalarını qaytara bilmədiyini, icra sənədinin tələbinə uyğun olmayan qaydada qızıl-ziynət əşyalarının dəyərini hissə-hissə ödəyəcəyini bildirmiş, tələbkar tərəf isə bununla razılaşmamışdır. Bütün bunlarla borclu icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X11 protokolu müdafiə etdiyini bildirdi. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şəxs 22 iyun 2021-ci il tarixdə, saat 12:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 16:30-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, həqiqətən də Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-10564/2016 nömrəli, 08 noyabr 2016-cı il tarixli icra sənədinə əsasən ondan X3 məxsus olan komplekt qızıl sırğa üzük, qızıl boyunbağı, qızıl bilərzik, qızıl adi qaşlı nişan üzüyü, qaşsız gül formada qızıl üzük, uşaq üçün qızıl boyunbağı və bilərzik, yaşıl qaş tənə dəst, Quran qabı qızıl boyunbağı, qızıl saat, qızıl fantaziya qaşlı üzük, biri sibir daşından olmaqla 2 ədəd nişan üzüyü olmaqla, cəmi çəkisi 71 qram olan qızıl-ziynət əşyaları alınaraq tələbkar X3 verilməlidir. İndiyə kimi həmin qızıllardan 3 qram qaytarmışdır. Bir müddət əvvəl həbsdən buraxılmışdır. Həbsdə olarkən işləmiş, əmək haqqından təxminən 1900 manat həcmində borcundan ödəmişdir. Hazırda qeyri-rəsmi işə düzəlmişdir. Qalan borcunu bir qram qızılın dəyəri 80 manatdan hesablamaqla, hər ay 100 manat olmaqla ödəyəcəkdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, 22 iyun 2021-ci il tarixdə, saat 12:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 16:30-da məhkəməyə aparılmışdır. Borcunu ödəməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil X8 borcunu ödəməsi üçün bir müddət vaxt verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-10564/2016 saylı, 08 noyabr 2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs ona məxsus olan komplekt qızıl sırğa üzük, qızıl boyunbağı, qızıl bilərzik, qızıl adi qaşlı nişan üzüyü, qaşsız gül formada qızıl üzük, uşaq üçün qızıl boyunbağı və bilərzik, yaşıl qaş tənə dəst, Quran qabı qızıl boyunbağı, qızıl saat, qızıl fantaziya qaşlı üzük, biri sibir daşından olmaqla 2 ədəd nişan üzüyü olmaqla, cəmi çəkisi 71 qram olan qızıl-ziynət əşyaları alınaraq ona verilməlidir. Qətnamənin qanuni qüvvəyə minməsindən uzun müddət keçsə də borclu Şəxs indiyədək cəmi 3 qram qızıl qaytarmışdır. Borclu Şəxs bildirdiyi 1900 manat pul isə ona verilməmişdir. Borcun hər ay 100 manat olmaqla hissəhissə ödənilməsinə etiraz edir. Məhkəmədən borclu Şəxs barəsində inzibati həbs tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun və zərərçəkmiş şəxsin izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə qeyd edir ki, Şəxs qətnamənin icraya yönəldilməsindən keçən dövr ərzində çox cüzi ödəniş etməsi onun əməlində qərəzin olmasına dəlalət edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 22 iyun 2021-ci il tarixdə, saat 12:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 22 iyun 2021-ci il tarixdə, saat 12:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 22 iyun 2021-ci il tarixdən, saat 12:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 22 iyun 2021-ci il tarixdən, saat 12:30-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar