Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-356/2024 13.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Gündüz oğlunun, X6 Vəkil Bürosunun vəkili X2 iştirakları ilə 05 avqust 1997-ci il tarixdə Şəki rayonu, Oraban kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx olan, orta təhsilli, evli, işləməyən, Şəki rayonu, Baş Kəldək Ərazi Dairəsi, Oraban kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 13 may 2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2093/2021-002 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə Şəxs 1177 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-1697/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2803.4 manat məbləğində pul vəsaiti və 48.3 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Hal-hazırki tarixədək icra sənədləri üzrə borclu Şəxs icra sənədləri üzrə ödənilməli olan borcdan "xxxx" MMC-nin xeyrinə 542 manat ödəniş edib və Şəki Rayon Məhkəməsinin 2(075)-2093/2021-002 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 665 manat, Şəki Rayon Məhkəməsinin e2(075)-1697/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 2851.70 manat olmaqla, cəmi 3516,70 manat məbləğində borcu mövcuddur. Qeyd olunan icra sənədləri üzrə müvafiq olaraq xx.xx.2021ci il tarixli və xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədləri üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün Şəxs dəfələrlə xəbərdarlıqlar edilmişdir. Lakin icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Borclu Şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün xx.xx.2024-cü il tarixində borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixində polis əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə lcra və Probasiya Şöbəsinə gətirilən borclu Şəxs verdiyi izahatında hal-hazırda borc məbləğini ödəyə bilməyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs icra sənədi üzrə ödənilməli borc məbləğini qanunla müəyyən edilmiş müddətdə qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Şəki Rayon Məhkəməsinin 2(075)-2093/2021-002 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borcundan 542 manat olmaqla mütəmadi ödənişlər etmişdir. Digər qətnamə üzrə "xxxx" ASC-yə olan borcunu ödəməmə səbəbi övladının xəstəliyi olmuşdur. Maddi yardım məqsədilə insanlar tərəfindən verilmiş pulu onun əməliyyatına xərcləmişdir. Halhazırda borcundan 100 manat ödəmişdir. Qalıq borcu tezliklə hissə-hissə ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq, icraata xitam verilməsini xahiş etmişdir. X6 Vəkil Bürosunun vəkili X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-2093/2021 nömrəli, 26 oktyabr 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********82988 olan «Samsung Galaxy A50” markalı telefon, X10 Samsung A50 Black, X9 Samsung A30S Black markalı aksesuarlar üçün 558,4 manat ödənilməmiş hissə, 55,6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Apple Airpods 2 markalı qulaqlıq, Xiaomi Mi band 4 markalı qol saatı üçün 512 manat ödənilməmiş hissə, 51 manat cərimə olmaqla, ümumilikdə 1177 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Şəxs alınaraq "xxxx" MMC-nə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-1697/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 2485,02 manat əsas borc, 318,38 manat faiz borcu, cəmi 2803,40 manat borc və 48,03 manat manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 29 noyabr 2021-ci il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin 22(075)-2093/2021 nömrəli, 26 oktyabr 2021-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 28 oktyabr 2022-ci il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1697/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir İş materiallarında olan ödəniş qəbzinin suətindən görünür ki, borclu Şəxs 2(075)- 1697/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə "xxxx" ASC-nin hesabına “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə 13 may 2024-cü il tarixdə 100 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni o, barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin tərəflərin izahatı nəticəsində müəyyən olunmuşdur ki, borclu Şəxs Şəki Rayon Məhkəməsinin 2(075)-2093/2021-002 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borcunu mütəmadi ödəmiş, lakin sonradan övladının xəstəliyinə görə ona digər qohumları və başqa insanlar tərəfindən edilən yardımlar nəticəsində əməliyyat olunması nəticəsində borcunu ödəyə bilməmişdir. Həmçinin məhkəmə işə baxan zaman borclu tərəfindən Şəki Rayon Məhkəməsinin 2(075)-1697/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkara borcundan 100 manat məbləğində ödəniş edilmişdir. Qalıq olan borcunu isə tam olaraq ödəyəcəyini bildirmişdir. Belə vəziyyətdə məhkəmə onun icra sənədinin qərəzli olaraq icra etməməsinə şübhə ilə yanaşır və hesab edir ki, hazırki vəziyyətdə borclunun əməlində qərəzlilik yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasənda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-356/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-356/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver