Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-357/2021 23.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Şəki rayonu, Oxud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki rayonu, Oxud kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1323/2010 saylı, 29.11.2010-cu tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 12834 (on iki min səkkiz yüz otuz dörd) manat alınaraq “xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1323/2010 saylı, 29.11.2010-cu tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 12834 (on iki min səkkiz yüz otuz dörd) manat alınaraq “xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 10.12.2010-cu il tarixdə Şəki rayonu üzrə İcra Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin könüllü icra müddəti ərzində borclu tələbin icrasını təmin etməmişdir. Könüllü icra müddəti bitdikdən sonra məcburi icra tədbirlərinə başlanılmış və borcluya rəsmi xəbərdarlıq göndərilərək borc məbləğinin ödənilməsi ondan tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin, borclu xəbərdarlığa məhəl qoymayaraq və icra sənədi üzrə borcunu ödəməkdən yayınaraq bugünədək heç bir ödəniş etməmişdir. Eyni zamanda icra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı daşınar, daşınmaz əmlak, pul və qızıl-zinyət əşyaları aşkar edilməmişdir. İcra sənədi üzrə borclu icra məmurunun qanuni tələblərini qanuni olaraq əməl etməkdən boyun qaçırdığına görə Şəki Rayon Məhkəməsinin 30.01.2020-ci il tarixli, 3(075)-94/2020 saylı qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu inzibati həbsdən sonra izahatında borc məbləğini hər ay hissə-hissə olmaqla ödəyə biləcəyini bildirmiş, bunun üçün vaxt istəmiş, lakin bugünədək heç bir ödəniş etməmişdir. İcra sənədində borclunun ünvanı ünvan 1rclunun faktiki olaraq göstərilən ünvanda yaşamadığı müəyyən edilmişdir. Görülən digər icra tədbirləri nəticəsində də borclunun yerini müəyyən etmək, həmçinin borclunun iştirakı olmadan icra sənədi üzrə tələbin icrasını təmin etmək mümkün olmamışdır. Odur ki, çağırış üzrə gəlmədiyi və yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün borclunun barəsində 26.05.2021cu il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icrası üçün Şəki Şəhərrayon Polis Şöbəsinə göndərilmişdir. 23.06.2021-ci il tarixində borclu Şəxs Şəki Şəhər- Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilmişdir. Həmin tarixdə borclu Şəxs icra və probasiya şöbəsində izahatı alınmış, icra sənədi üzrə borcun ödənilməsi ondan tələb edilmişdir. Borclu verdiyi izahatında borc məbləğindən hazırda heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Borclu bugünədək qeyd edilən borc məbləğindən heç bir ödəniş etməmiş və nəticədə icra sənədi uzun müddət icra edilmədən qalmışdır. Əlavə olaraq bildirdi ki, Şəxs 23 iyun 2021-ci il tarixdən, saat 14:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 16:30-da o, məhkəməyə gətirilmişdir. Qanuni qərar verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 1323/2010 saylı, 29.11.2010-cu tarixli icra sənədinə əsasən ondan cəmi 12834 (on iki min səkkiz yüz otuz dörd) manat alınaraq “xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədindən xəbəri var. Göstərmişdir ki, kəndçisi olan Sərxan adlı şəxs onu aldadaraq telefonundan vaxtilə mövcud olan “Ulduz” yarışmasına “sms”-lər göndərmiş və buna görə də bu qədər borcu yaranmışdır. Borcunu qəbul edir. Lakin stabil işi yoxdur. Gündəlik 10-15 manat qazancı olur. Maddi vəziyyəti aşağıdır. İcra sənədi üzrə borcunu bir dəfəyə ödəyə bilmir. Həmçinin göstərmişdir ki, bundan əvvəl də 2020-ci ilin yanvar ayında 10 gün inzibati həbs edilmişdir. Bundan sonra borcunu ödəyə bilmədiyindən icra məmurunun çağırışlarına gəlməmiş, bu çağırışlardan yayınmışdır. Buna görə də barəsində 26.05.2021-cu il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icrası üçün Şəki Şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. Bu gün Şəki Şəhər-Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilmişdir. Göstərmişdir ki, ikinci dəfə ailə qurmuş və bu yaxınlarda uşağı doğulacaqdır. Həmçinin birinci nikahdan olan uşaqlarına aliment ödəyir. Əlavə olaraq bildirdi ki, 23 iyun 2021-ci il tarixdən, saat 14:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 16:30-da məhkəməyə aparılmışdır. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun, izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 23 iyun 2021-ci il tarixdən, saat 14:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 23 iyun 2021-ci il tarixdən, saat 14:30-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 23 iyun 2021-ci il tarixdən, saat 14:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 23 iyun 2021-ci il tarixdən, saat 14:30-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-357/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-357/2021
23.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver