Məhkəmə qərarları › İş №3(075)-357/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-357/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-357/2023 17.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs X5 iştirakları ilə xx xxxx 1982-ci il tarixdə Şəki rayonu, Şin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki rayonu, Şin kəndində qeydiyyatında olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş 17 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)-1477 saylı icra sənədinə əsasən borclu Şəxs alınaraq 25 aprel 2009-cu il tarixdə anadan olmuş X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar X4 verilən alimentin miqdarı artırılaraq hər ay üçün sabit pul məbləğində 100 (bir yüz) manat məbləğində müəyyən edilməlidir. Alimentin artırılmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Borclu Şəxs 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməlidir. Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(024)-408/2022 saylı icra sənədinə əsasən borclu Şəxs xx.xx.2014-cü il tarixdə doğulmuş X12 və xx.xx.2016-cı il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 160 manat sabit pul məbləğində aliment alınaraq X1 verilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)-1477 saylı icra sənədinə əsasən borclu Şəxs alınaraq 25 aprel 2009-cu il tarixdə anadan olmuş X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar X4 verilən alimentin miqdarı artırılaraq hər ay üçün sabit pul məbləğində 100 (bir yüz) manat məbləğində müəyyən edilməlidir. Alimentin artırılmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Borclu Şəxs 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməlidir. Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(024)-408/2022 saylı icra sənədinə əsasən borclu Şəxs xx.xx.2014-cü il tarixdə doğulmuş X12 və xx.xx.2016-cı il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 160 manat sabit pul məbləğində aliment alınaraq X1 verilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilən icra sənədləri müvafiq olaraq xx.xx.2018-ci il və xx.xx.2022-ci il tarixlərdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinə uyğun olaraq borclu Şəxs barəsində olan icra sənədləri 25.11 2022-ci il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. Həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmiş, tələbin könüllü icrası üçün borclu Şəxs Fləsən oğluna 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədləri üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün Şəxs dəfələrlə rəsmi və şifahi şəkildə xəbərdarlıq edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin bugünədək borclu tərəfindən icra sənədləri üzrə tələbin icrası tam olaraq təmin edilməmişdir. Könüllü icra müddəti bitdikdən sonra məcburi icra tədbirlərinə başlanılmış və borcluya rəsmi xəbərdarlıq göndərilərək borc məbləğinin ödənilməsi ondan tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin, borclu xəbərdarlığa məhəl qoymayaraq və icra sənədi üzrə yığılmış aliment borcunu ödəməkdən yayınmışdır. Eyni zamanda tərəfimizdən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sisteminə sorğu edilmiş və nəticədə banklarda borcluya məxsus pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. İcra sənədində borclunun ünvanı ünvan 1clunun faktiki olaraq göstərilən ünvanda yaşamadığı müəyyən edilmişdir. Görülən digər icra tədbirləri nəticəsində də borclunun yerini müəyyən etmək, həmçinin borclunun iştirakı olmadan icra sənədi üzrə tələbin icrasını təmin etmək mümkün olmamışdır. Odur ki, çağırış üzrə gəlmədiyi və yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün borclu barəsində xx.xx.2023-cü il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icrası üçün Şəki Şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. Şəki ŞRPŞ tərəfindən onun barəsində xx.xx.2023-cü il tarixdə 820831 saylı axtarış işi açılmışdır. xx.xx.2023-cü il tarixində borclu Şəki Şəhər-Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilmişdir. Həmin tarixdə borclunun icra və probasiya şöbəsində izahatı alınmış, icra sənədi üzrə borcun ödənilməsi ondan tələb edilmişdir. Borclu verdiyi izahatında aliment borcundan hazırda az miqdarda ödəniş edə biləcəyini bildirmişdir. Borclu aliment pulunu vaxtaşırı ödəmədiyi üçün Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)-1477 saylı icra sənədinə əsasən 800 manat, Qax Rayon Məhkəməsinin 04.11 2022-ci il tarixli, 2(024)-408/2022 saylı icra sənədinə əsasən 2100 manat borcu yaranmışdır. Ümumilikdə bu günki tarixə iki icra sənədi üzrə borclunun 2900 manat məbləğində aliment borcu yığılıb. Bununlada icra sənədləri üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu Şəxs axtarışla 17 aprel 2023-cü il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 17:00-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)-1477 saylı icra sənədinə əsasən ondan alınaraq 25 aprel 2009-cu il tarixdə anadan olmuş X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar X4 verilən alimentin miqdarı artırılaraq hər ay üçün sabit pul məbləğində 100 (bir yüz) manat məbləğində müəyyən edilməlidir. Alimentin artırılmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Həmçinin ondan 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməlidir. Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(024)-408/2022 saylı icra sənədinə əsasən ondan xx.xx.2014-cü il tarixdə doğulmuş X12 və xx.xx.2016-cı il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 160 manat sabit pul məbləğində aliment alınaraq X1 verilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. İcra sənədindən məlumatı vardır. Bildirmişdir ki, xx.xx.2018-ci il tarixli, 2(075)-1477 saylı icra sənədinə əsasən tələbkar X3 xeyrinə hər ay 100 manat ödəniş etmişdir. Lakin 2022-ci ilin iyul ayından başlayaraq bu günə kimi maddi vəziyyəti çətinləşdiyi üçün heç bir ödəniş etməmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(024)-408/2022 saylı icra sənədinə əsasən X1 bu günə kimi cəmi 1740 manat məbləğində ödəniş etmişdir. Onun hal-hazırda tələbkar X4 800 manat aliment borcu vardır. X1 isə 2100 manat alment borcu vardır. Ümumilikdə isə onun 2900 manat aliment borcu yaranmışdır. Bildirmişdir ki, o, iş tapa bilmədiyi üçün və səhhətində yaranmış problemlə əlaqəli işləyə bilmədiyi üçün aliment borcunu uzun müddət ödəyə bilməmişdir. O, iş olan zaman tikintidə usta kimi işləyir. O, hal-hazırda heç yerdə işləmir. İşlədiyi zaman aylıq gəliri 600 manat təşkil edir. Bu gün borcundan 600 manat ödəniş edə bilər. Lakin onun aliment borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur. Göstərmişdir ki, o, tələbkar X3 övladı X18 ilə görüşməmişdir. Sevinc uşağı ona göstərsə, o, pul tapıb aliment borcunu ödəyə bilər. Qarayev Əlinin 14 yaşı vardır. O, artıq özü işləyərək qazanc əldə edə bilər. Bildirmişdir ki, o, uşaqları X12 və X8 tələbkar X6 qalmasını qəbul etmir. Gülnar uşaqlarla pis rəftar edir, onları döyür. Gülnar uşaqlarla əsəbi davranır. Hesab edir ki, Gülnara ödənilən aliment məbləği artıq təyin olunmuşdur. O, hər iki uşaq üçün 100 manat aliment ödəməyə razıdır. Özü xəstədir, hal-hazırda işləmir. Heç yerdən qazancı yoxdur. Uşaqlarını üçünün də alınıb onda saxlanılmasını istəyir. Əlavə olaraq bildirdi ki, 17 aprel 2022-ci il tarixdə saat 11:00-da polis əməkdaşları tərəfindən məcburi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra saat 17:00-da məhkəməyə aparılmışdır. Törətmiş olduğu əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X10 izahat verərək bildirmişdir ki, Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(024)-408/2022 saylı icra sənədinə əsasən borclu Şəxs xx.xx.2014cü il tarixdə doğulmuş X12 və xx.xx.2016-cı il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 160 manat sabit pul məbləğində aliment alınaraq ona verilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bildirmişdir ki, borclu Şəxs qərəzli olaraq bu günə kimi tələb olunan aliment məbləğini ona ödəməmişdir. O, bir ana kimi uşaqların qayğısına qalır, çətinliklədə olsa uşaqlarının maddi təminatlarını qarşılamağa çalışır. Uşaqları döymür, onlarla aqresiv hirsli rəftar eləmir. Borclu tərəfindən aliment borcunun tam şəkildə, vaxt-vaxtında ödənilməsini tələb edir. Borclu qərəzli olaraq aliment borcunu ödəmirsə barəsində tədbir görülməsini xahiş edir. Borclu Şəxs şikayətçidir. Borclunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Belə ki, müəyyən olunur ki, borclu icra sənədlərindən məlumatı olmuş, icra sənədləri üzrə borclarını ödəmədiyi halda inzibati məsuliyyət daşıyacağını da anlamışdır. İcra sənədlərinin vaxtından kifayət qədər vaxt keçməsinə baxmayaraq, o, icra sənədləri üzrə ödəniş etməyərək qərəzli olaraq yayınmışdır. Məhkəm iclasında 600 manat ödəniş etməyə imkanı olduğunu bildirməklə ödəniş etməməsi, onun qərəzli olaraq alimet borcunu ödəməkdən yayınmasına dəlalət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya böyük icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs məcburi qaydada polis əməkdaşları tərəfindən 17 aprel 2023-cü il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 17 aprel 2023-cü il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 17 aprel 2023-cü il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 17 aprel 2023-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar