Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-357/2024 13.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxx 1988-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X8 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:00 radələrində Şəki şəhəri, M.Müşfiq küçəsində kafedə nalayiq küçə söyüşləri söymüş və onu polisin qanuni tələbini yerinə yetirməyə çağıran polisin tələlərini pozaraq yerinə yetirməmişdir. Bundan başqa Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 11:05 radələrində Şəxs ilə izahat işləri aparan zaman ucadan nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də o, Azərbaycan Respublikası İXMnin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 3(075)-358/2024 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin icraatında olan 3(075)-358/2024 nömrəli iş 3(075)- 357/2024 nömrəli işlə birləşdirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024cü il tarixdə, Şəki şəhəri, D.Bünyadzadə küçəsində yaşayan Şəxs DİN “102” xidmətinə müraciəti ilə əlaqədar araşdırma aparmaq məqsədi ilə Şəki ŞRPŞ-nə dəvət edilmişdir. Polis şöbəsində 11:05 radələrində iş otağında izahat işləri aparan zaman Şəxs qeyri-etik davranışlar nümayiş etdirərək qanuni işini aparmağa mane olmuş və səs-küy salaraq ucadan nalayiq küçə söyüşləri söyərək şöbənin iş rejimi pozmuşdur. O, həmin şəxsə dəfələrlə hərəkətlərinə fikir verməsini polis şöbəsinin iş rejiminə riayət etməsini tələb etsə də, Şəxs onun qanuni tələbini yerinə yetirməyərək hərəkətlərini davam etdirdiyi üçün sonuncunun qanunsuz hərəkətləri barədə aidiyyəti üzrə tədbir görülməsi üçün raportla müraciət etmişdir. Bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun xidmət etdiyi sahənin sakinidir. Çoxlu sayda DİN “102” xidmətinə zəng etmişdir. O, Şəxs mobil telefonuna zəng etmiş, lakin cavab verməmişdir. Bundan sonra Nicatın yaşadığı evə getmişlər. Lakin onu orada tapa bilməmişlər. Bir müddət sonra Şəxs tapıb araşdırma aparılması üçün polis şöbəsinə dəvət etmişdir. Şəxs ilk öncə normal izahat versə də, sonradan nalayiq ifadələr işlətməyə başlamışdır. Göstərmişdir ki, hadisə baş verən zaman onun iş otağında o və Şəxs olmuşdur. Onlardan başqa heç kim olmamışdır. Buna görə də baş vermiş hadisənin şahidi yoxdur. Beləliklə də Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protkol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X8 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 13 may 2024-cü il tarixdə təxminən saat 11:00 radələrində o, Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Sakit Məmmədov və Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Elnur Mustafayev xidmətdə olduqları zaman Şəki şəhər M.Müşfiq küçəsində yerləşən kafedə bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini görüb Elnur Mustafayev ona yaxınlaşmışdır. Özünü təqdim edərək həmin şəxsə ucadan nalayiq ifadələr işlədərək cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə ictimai qayda pozuntusuna yol verdiyini izah edib söyüş söyməməyini bildirib nə istədiyini soruşmuşdur. Həmin şəxs “gedin öz işinizlə məşğul olun, sizə hesabat verəsi deyiləm” deyərək onlara qarşı kobudluq edərək söyüş söyməyə davam etmişdir. Onlar təkrarən həmin şəxsə ucadan nalayiq ifadələr işlətməklə ətrafda olan vətəndaşların narahatçılığına səbəb olmasını izah edərək, onu nizam-intizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq daha da aqressiv şəkildə öz hərəkətlərini davam etdirmişdir. Bildirmişdir ki, hadisə Şəki şəhərində 20 Yanvar və M.Müşfiq küçələrinin kəsişməsində yerləşən çayxanada baş vermişdir. Onlar həmin şəxsi polis şöbəsinə gətirərkən yol boyu, eləcə də polis şöbəsinin qarşısında və inzibati binaya daxil olduqdan sonra da, daha uca səslə etikadan kənar ifadələr işlədərək səs-küy salmağa başlamış, onlar həmin şəxsi sakitləşdirərək xidməti iş otağına dəvət etmiş, o, yenidən səs-küy salıb dəhlizə çıxmış və ucadan nalayiq ifadələr işlədərək polisin iş fəaliyyətini pozaraq yenidən onlara qarşı kobudluq etməyə başlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protkol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, DİN “102” Xidmətinə zəng vuraraq qeyri-etik ifadələr işlətmək və iş rejimini pozaraq narahat etməyinə görə Şəki ŞRPŞ-nə izahat vermək üçün dəvət edilmişdir. Polis şöbəsində izahat verən zaman onunla polis əməkdaşı arasında mübahisə yaranmış, yalnız bir dəfə qaynatasına söyüş söymüşdür. Digər hadisə ilə bağlı göstərmişdir ki, 13 may 2024-cü il tarixdə yolda gedən zaman spirtli içki olan araq qəbul etmişdir. Daha sonra piyada Kabital Bank ASC-nin qarşısında yerləşən çayxanada əyləşib çay sifariş vermişdir. Onun sifarişi gec gəldiyi üçün əsəbiləşib söyüş söymüşdür. O, kafedə polis əməkdaşlarının olmasını görməmişdir. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq söyüş söyməyi ilə bağlı irad bildirdilər. O, polis əməkdaşları onun müraciətinə gəlmədikləri üçün ünvanlarına nalayiq söyüşlər söyərək mübahisə etmişdir. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Lakin onun problemləri çox olduğu üçün polis əməkdaşları etiraz edərək polis şöbəsinə getmək istəməmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Daha sonra baş verən hadisələri xatırlamır. Əməlindən peşmandır. Spirtli içkinin təsiri altında belə əməl törətmişdir. Bir daha bu cür əməllərə yol verməyəcək. Barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, 13 may 2024-cü il tarixdə dostu Elnurla birlikdə Elnura məxsus avtomobillə Şəki şəhəri ərazisində gəzmişlər. Onlar çay içmək qərarına gəldikləri üçün Şəki Rayon Prokurorluğunun yaxınlığında yerləşən çayxanaya getmişlər. Çayxanada olduqları vaxt bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərək söyüş söydüyünü görmüşlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq onu sakitləşdirməyə çalışmışlar. Lakin həmin şəxs öz əməllərini davam etdirmişdir. Polis əməkdaşları həmin şəxsi aparmaq istədikdə, o, etiraz edərək polis əməkdaşları ilə getmək istəmədiyini bildirmişlər. Bundan sonra polis əməkdaşları həmin şəxsi polis şöbəsinə aparmışlar. Bildirmişdir ki, onlar əşyləşən çayxanada bir neçə adam var idi. Hadisə təxminən 11:00 - 11:30 radələrində baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 şahid X2 ilə eyni məzmunlu ifadə verərək bildirdi ki, 13 may 2024-cü il tarixdə dostu Səfərlə birlikdə ona məxsus avtomobillə Şəki şəhəri ərazisində gəzmişlər. Onlar Şəki Rayon Prokurorluğunun yaxınlığında yerləşən çayxanaya getmişlər. Çayxanaya daxil olan zaman bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərək polis əməkdaşlarını söyəsini görmüşlər. Polis əməkdaşları həmin şəxsi sakitləşdirmək istəsələr də, həmin şəxs daha da aqresiv şəkildə əməllərinə davam etmişdir. Daha sonra polis əməkdaşları həmin şəxsi avto patrulla polis şöbəsinə aparmışlar. Bildirmişdir ki, hadisə təxminən saat 11:00 - 12:00 saatlarında baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin PPXB-nin, polis nəfəri, polis serjantı X3 ifadə verərək bildirdi ki, o, 13 may 2024-cü il tarixdə Şəki ŞRPŞ-nin İTBnin polis sahə rəisi, polis mayoru Anar Xalıqov və Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Sakit Məmmədovla birlikdə Şəki şəhəri ərazisində xidmətdə olduqları vaxt Şəki şəhəri, M.Müşfiq küçəsində yerləşən çayxanada çay içmişlər. Bu zaman çayxanada olan bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərək söyüş söydüyünü görüb ona yaxınlaşaraq həmin şəxsi sakitləşdirməyə çalışmışlar. Lakin həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq aqresiv şəkildə əməllərini davam etdirmişdir. Onlar həmin şəxsi nizam-iltizama çağırıb ictimai qaydaları pozmamasını bildirsə də, həmin şəxs onlara məhəl qoymamışdır. Həmin şəxsə onlarla birlikdə polis şöbəsinə getməyə dəvət etmişlər. Lakin həmin şəxs etiraz edərək onlarla getmək istəməmişdir. Bundan sonra həmin şəxsi avtopatrula əyləşdirib Şəki ŞRPŞ-yə aparmışlar. Polis şöbəsində həmin şəxsin Şəki şəhər sakini Şəxs olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin PPXB-nin, polis nəfəri, polis baş serjantı X4 şahid X3 ilə eyni məzmunlu ifadə verərək bildirmişdir ki, o, 13 may 2024-cü il tarixdə Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru Anar Xalıqov və Şəki ŞRPŞ-nin PPXB-nin, polis nəfəri, polis serjantı Elnur Mustafayevlə birlik Şəki şəhəri, M.Müşfiq küçəsində yerləşən çayxanada çay içmişlər. Bu zaman bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərər söyüş söydüyünü görmüşlər. İlk öncə Elnur həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmişdir. Həmin şəxsin kim olduğunu soruşduqda, həmin şəxs yenidən nalayiq ifadələr işlətmişdir. Onlar həmin şəxsi nizam-iltizama dəvət etsələr də, həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz əməllərini daha da aqresiv şəkildə davam etdirmişdir. Daha sonra onlar həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Lakin həmin şəxs etiraz edərək polis şöbəsinə getməkdən imtina etmişdir. Bundan sonra onlar həmin şəxsi avtopatrulla Şəki ŞRPŞ-yə aparmışlar. Polis şöbəsində həmin şəxsin Şəki şəhər sakini Şəxs olması müəyyən olunmuşdur. Şəxs həm polis şöbəsinə gedərkən, həm də Şöbədə olan zaman nalayiq söyüşlər söymüşdür. Bildirmişdir ki, hadisə təxminən 11:00 - 12:00 saatlarında baş vermişdir. İş materiallarında olan “İnzibati qaydada tutulma haqqında” 13 may 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 12:30-da tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” 13 may 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində “Samsung A10” markalı mobil telefon aşkar edilmişdir. İş materiallarında olan “Jupiter X” markalı alkotesterin 13 may 2024-cü il tarixli analizindən görünür ki, Şəxs sərxoşluq aşkar edilmişdir. İş materiallarında olan 13 may 2024-cü il tarixli, 102 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, müayinə zamanı Şəxs qanında 1,5 promil sərxoşluq aşkar edilmişdir. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Məhkəmə Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş 13 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola münasibətdə qeyd edir ki, Şəxs 13 may 2024-cü il tarixdə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs nalayiq ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, söyüşlər söyməklə səs-küy salmış, ictimai qaydanı pozmuşdur. Polis tərəfindən səs-küy salan zaman bu etməməli olması ilə bağlı iradlara əməl etməmişdir. Çayxanada nalayiq ifadələr işlətməklə söyüş söydüyünü özü də izahatında təsdiq etmişdir. Məhkəmə, Şəxs barəsində tərtib olunmuş 09 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola münasibətdə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə, saat təxminən 11:05 radələrində Şəxs ilə izahat işləri aparan zaman ucadan nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmadığı göstərilsə də, iş materiallarında olan sübutlarla, eyni zamanda şahid ifadələri ilə bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7 izahatında hadisənin xidməti iş otağında baş verdiyini, otaqda onlardan başqa heç kimin olmadığını qeyd etmişdir. Göründüyü kimi hadisə zamanı Şəxs tərəfindən ucadan səs-küy salmaqla ictimai qaydanının pozması və polis işçisinin qanuni tələbinə tabe olmama kimi hal müəyyən edilə bilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən 13 may 2024-cü il tarixdə Şəxs inzibati xəta hadisəsini sərxoş vəziyyətdə törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə, Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən barəsində tərtib edilmiş 13 may 2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi öz təsdiqini tapdığından o, 13 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair iş üzrə İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində ona inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi qanuni, əsaslı və ədalətlidir, həmçinin iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən 09 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş 09 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş 09 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş 13 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 13 may 2024-cü il saat 12:30-dan hesablansın. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-357/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-357/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver