Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-358/2024 13.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən Şəki Rayon Məhkəməsinin hakimi Musayev Kamran İbrahim oğlu Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işlərə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdim: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X2 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:00 radələrində Şəki şəhəri, M.Müşfiq küçəsində kafedə nalayiq küçə söyüşləri söymüş və onu polisin qanuni tələbini yerinə yetirməyə çağıran polisin tələlərini pozaraq yerinə yetirməmişdir. MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair iş Şəki Rayon Məhkəməsinin icraatına 3(075)-358/2024 nömrə ilə qeydiyyata alınmışdır. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 11:05 radələrində Şəxs ilə izahat işləri aparan zaman ucadan nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır. MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair iş Şəki Rayon Məhkəməsinin icraatına 3(075)-357/2024 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.1, 34.2, 34.3 və 34.4-cü maddələrinin tələbləri nəzərə alınaraq hesab edir ki, 3(075)-358/2024 nömrəli iş 3(075)- 357/2024 nömrəli işlə birləşdirilməli və baxılaraq onlara yekun hüquqi qiymət verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 30-34cü maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəki Rayon Məhkəməsinin icraatında olan 3(075)-358/2024 nömrəli iş 3(075)- 357/2024 nömrəli işlə birləşdirilsin. Hakim Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-358/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-358/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver