Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-359/2023 28.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Protokol tərtib edən şəxs Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazerliyi Tabeliyində Azərbaycan X3 Şəki Regional İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs Niyazi oğlunun barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və X1 Azərbaycan X3 Şəki Regional İdarəsindən Şəki Rayon Məhkəməsinə göndərilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə olan inzibati xətaya dair iş materiallarını nəzərdən keçirib, m ü ə y y ə n e t d i: Şəxs Niyazi oğlunun barəsində tərtib edilmiş və baxılması üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan X3 Şəki Regional İdarəsindən Şəki Rayon Məhkəməsinə göndərilmiş 13 aprel 2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Niyazi oğlu 13 aprel 2023-cü il tarixdə saat 12.03-də Şəki şəhər, S.Mümtaz küçəsində xidmət zamanı özünə məxsus “Hino” markalı, **-CC-*** D.N.N-lı yük avtomaşını saxlanılmış və qanunla nəzərdə tutulmuş sənədlər tərəflərindən tələb edilmiş, lakin sürücü tabəsizlik göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə Şəxs Niyazi oğlunun barəsində tərtib edilmiş material baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Niyazi oğluna məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan X3 Şəki Regional İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 izahat verərək bildirdi ki, tərtib etdiyi protokolu Şəxs Niyazi oğluna poçt vasitəsi ilə göndərmişlər. Lakin bildirişin ona çatması ilə bağlı xəbərnaməni əldə etmək mümkün olmamışdır. Protokol tərtib edərkən avtomobili idarə edən şəxsi tanımır, X7 Portalından baxan zaman avtomaşının Şəxs Niyazi oğlunun adına olduğundan protokolu onun adına tərtib etmişlər. Məhkəmə hesab edir ki, Şəxs Niyazi oğlu barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və material natamam olduğundan, protokol və ona əlavə edilmiş sənədlər səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti qismində yalnız sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxs çıxış edə bilər. Lakin məhkəmə qeyd edir ki, protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən qanunla nəzərdə tutulmuş sənədlər tələb edilmiş, lakin sürücünün tabesizlik göstərdiyi qeyd edilərək, bu məsələyə görə sürücü olaraq Şəxs Niyazi oğlu inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin, inzibati protokolu tərtib edən Məmməd Cəlilov izahatında qeyd edilən avtomobilin həqiqətən Şəxs məxsus olmasını, lakin həmin vaxt onun tərəfindən idarə olunmadığını bildirmişdir. Eyni zamanda onun sürücülük hüququnu təsdiq edən sənəd (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, etibarnamə və s.) protokola əlavə edilməmişdir. Protokola inzibati xəta hadisəsinin olmasını təsdiq edən sübut kimi qeyd edilən avtomobilin ön hissədən çəkilmiş bir ədəd fotoşəkli əlavə edilmişdir ki, həmin fotoşəkildən avtomobilin sadəcə dövlət qeydiyyat nişanı müəyyən edilir, lakin həmin avtomobilin içərisində sürücü olmasını müəyyən etmək mümkün deyildir. Həmçinin, protokol tərtib etmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə məlumat verildiyi bildirsə də, həmin şəxsə bildiriş göndərilməsinə dair sənəd, həmin bildirişin şəxsə rəsmi qaydada çatdırılmasına dair iş materiallarına sübut, poçt qəbzi, poçt göndərişinin imzalanmış kötüyü və ya xəbərnamə əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 100 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Niyazi oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan X3 Şəki Regional İdarəsindən daxil olmuş 13 aprel 2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-359/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-359/2023
28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver