Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-36/2022 14.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, Şəxs barəsində 14 yanvar 2022-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin materiallarına baxaraq, MÜƏYYƏN ETDİM: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan materiallara baxaraq məhkəmə hesab edir ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmənin icraatına Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş iş materiallarında olan Şəxs barəsində 14 yanvar 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs Şəki Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli, 2(075)-12060/2016 saylı icra sənədinin icrası üzrə icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli şəkildə boyun qaçıraraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materialında olan Şəki Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli, 2(075)- 12060/2016 saylı icra vərəqəsinin surətindən görünür ki, borclu Şəxs və X1 9848.70 manat borc və 20 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilməlidir. İş materialına Şəxs adına banklarda və digər kredit təşkilatlarında pul vəsaiti və qızılziynət əşyalarının olub-olmaması barədə Bank of Baku ASC-nin Şəki filialı, Kapital Bank ASC-nin Şəki şəhər filialı, AccessBank ASC-nin Şəki filialı, MuğanBank ASC-nin Şəki filialı, Ləğv Prosesində olan DəmirBank ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, NBC Bank ASC-nin Şəki filialı, BOKT "xxxx" MMC-nin Şəki filialı, Unibank KB ASCnin Şəki şəhər filialı, XalqBank ASC-nin Şəki filialı, Rabitə Bank ASC-nin Şəki şəhər filialı, Azərbaycan Beynəlxalq Bankın Şəki sorğuların göndərilməsinə dair heç bir sənəd əlavə edilməmiş, onun işləyib-işləməməsi, əmək haqqı (pensiya) alıb-almaması, mülkiyyətində üzərinə həbs qoyularaq tələbin yönəldilə biləcəyi hər hansı daşınar və daşınmaz əmlakın olub-olmaması aydınlaşdırılmamışdır. Bundan başqa iş materialına Şəxs icra məmurunun qanuni tələblərindən qərəzli olaraq yayınması və icra sənədində göstərilən tələbi üzürsüz səbəbdən təmin etməməsi ilə bağlı heç bir sənəd əlavə edilməmişdir. Göründüyü kimi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən baxılması üçün Şəki Rayon Məhkəməsinə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onların tamamlanması qeyri-mümkündür. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq onu verən orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında iş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-36/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-36/2022
14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver