Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-36/2023 12.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 və Şəki rayon YPX-nin inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Şəki regional Vəkil Bürosunun vəkili Sarıyev Musa Kahov oğlunun iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 329.3 və 343.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 11 yanvar 2023-cü il tarixdə, saat 23:20 radələrində, Şəki şəhəri, M.F.Axundov prospektində işıq cihazlarından düzgün istifadə etmədiyinə görə YPX əməkdaşları tərəfindən saxlanılan zaman səs-küy salaraq ucadan danışmış, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 329.3 və 343.1-ci maddələrinin tələblərinin pozulması əsası ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xətalar məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə ilə toplanmış material məhkəmənin qərardadı ilə baxılması üçün aidiyyatı üzrə Şəki ŞRPŞ-ə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən Şəki rayon YPX-nin inspektoru, polis baş serjantı X3 izahatında bildirdi ki, 11 yanvar 2023-cü il tarixdə, saat 23:20 radələrində xidmət apararkən Şəki şəhəri, M.F.Axundov prospektində hərəkətdə olan **-HY-*** dövlət qeydiyyat nişanlı Mitsubishi-L200 markalı avtomobilin yüksək sürətlə hərəkət etməsi və işıq cihazlarından düzgün istifadə etməməsi səbəbindən saxla işərəsi vermişlər. Avtomobilə yaxınlaşaraq sürücüyə qayda pozuntusunu izah etmiş və sənədlərini tələb etmişlər. Soyad, ad və ata adını bildiyimi sürücü Şəxs ilə söhbət aparan zaman onun nəfəsindən spirtli içki iyi gəldiyindən onu sükan arxasından uzaqlaşdırmaq istəyən zaman o, buna etiraz etmiş və ucadan danışaraq səs-küy salmağa başlamışdır. Onlar, Şəxs patrul avtomobilinə əyləşdirərək polis şöbəsinə aparan zaman öz mobil telefonu vasitəsi ilə patrul avtomobilinin içərisində çəkiliş aparmağa başlamışdır. Polis şöbəsində həmin sürücünün içkililiyini müəyyən etmək üçün Oğuz rayon Narkoloji dispanserindən həkim dəvət olunmuşdur. Həkim gələn zaman Şəxs sərxoşluq müayinəsindən boyun qaçırdı. Ona görə də, Şəxs, təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş qaydada üzrə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 izahatında bildirdi ki, 11 yanvar 2023-cü il tarixdə, saat 23:40 radələrində Şəxs polis şöbəsinə gətirilmişdir. Həmin vaxt onun sərxuşluğunun müəyyən edilməsi məqsədi ilə Oğuz rayon Narkoloji dispanserindən həkim dəvət olundu. Həkim gələn zaman Şəxs sərxoşluq müayinəsindən boyun qaçırmışdır. Bu səbəbdən də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddələri ilə protokol tərtib olunmuşdur. Ona görə də, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 11 yanvar 2023-cü il tarixdə, saat 23:20 radələrində idarə etdiyi **-HY-*** dövlət qeydiyyat nişanlı Mitsubishi-L200 markalı avtomobillə Şəki şəhəri, M.F.Axundov prospektində hərəkətdə olarkən YPX avtomobili ona saxla işarəsi vermiş və o da avtomobili saxlamışdır. YPX inspektoru ona yaxınlaşaraq spirtli içki qəbul edib-etməməsini soruşmuş, o isə spirtli içki qəbul etmədiyini bildirmişdir. Bu zaman YPX inspektoru ona restorandan çıxdığından spirtli içki qəbul edib-etməməsini aydınlaşdırmaq üçün saxladığını bildirmişdir. Onu patrul avtomobilinə əyləşdirərək polis şöbəsinə aparmışlar. O etiraz etməmişdir. Avtomobildə mobil telefonu vasitəsi ilə patrul avtomobilində çəkiliş aparmağa başlamış, lakin polis əməkdaşları çəkiliş aparmasına icazə verməmişlər. Polis şöbəsinə gəldikdən sonra onun sərxoşluğunun müəyinə olunması üçün Oğuz rayon Narkoloji dispanserindən həkim dəvət olunmuşdur. Həkim gələn zaman ona təqdim edilmiş alkotesterin nəfəs verən hissəsində spirt olduğunu, əgər nəfəs verərsə o zaman mütləq şəkildə spirtli içki qəbul etmiş kimi nəticə göstərəcəyini düşünərək bundan imtina etmişdir. Lakin YPX əməkdaşlarında olan alkotester vasitəsi ilə müayinə olunmaq istədiyini bildirmiş və həmin alkotesterlə 3 dəfə müəyinə olunmuşdur. Lakin onun spirtli içki qəbul etmədiyi müəyyən olunmuşdur. O, işiq cihazlarından düzgün istifadə etmiş, spirtli içki qəbul etməmiş, səs-küy salmamış və polis əməkdaşlarına müqavimət göstərməmişdir. Ona görə də, onun təqsirləndirildiyi inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X9 inzibati xəta haqqında material üzrə Şəxs qeyd edilən maddələr üzrə təqsirliliyinin sübuta yetirilmədiyini, ona görə də, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən YPX inspektorları X7 və X6 da X1 izahatında qeyd etdiyi xüsusatlara uyğun izahat vermişlər. Məhkəmə şahid qismində dindirilən X8 izahatında bildirmişdir ki, o, Şəki şəhərində taksi fəaliyyəti ilə məşğul olur. 11 yanvar 2023-cü il tarixdə, saat 23:20 radələrində müştəri gözləyən zaman YPX əməkdaşlarının bir avtombili saxladıqlarını görmüşdür. Uzaqdan səs-küy gəldiyini eşitmişdir, lakin kimi səsi olduğunu dəqiq bilməmişdir. Daha sonra müştəri gəldiyindən avtomobilini işə salaraq oradan getmişdir. Protokol tərtib etmiş şəxsin təqdim etdiyi diskə baxış zamanı müəyyən oldu ki, Şəxs polis şöbəsində həkimin alkotester vasitəsi ilə müayinədən keçməyə etiraz etsə də, polis əməkdaşlarının təqdim etdiyi alkotesterdə istifadə edir. İş materiallarına əlavə edilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən tərtib edilmiş 12 yanvar 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələblərini pozmuşdur. İş materiallarına əlavə edilmiş Şəki rayon YPX-nin inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib edilmiş 12 yanvar 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343.1-ci maddələrinin tələblərini pozmuşdur. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 12 yanvar 2023-cü il tarixli, 031 nömrəli aktdan görünür ki, Şəxs alkotester müayinəsindən imtina etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzə təqdim edilmiş sənədlərə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 343.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən tərtib olunmuş 12 yanvar 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyi, həmçinin Şəki rayon YPX-nin inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib edilmiş 12 yanvar 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, həmin hallar iş materialları ilə təkzib edilir. Məhkəmə, inzibati materialın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə aid hissəsinə münasibətdə qeyd edir ki, Şəxs qeyd edilən xətaları törətməsi sübuta yetirilmir. Belə ki, sonuncunun və polis əməkdaşlarının da etiraf etdikləri kimi Şəxs, idarə etdiyi avtomobili saxladıqdan sonra sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə polis şöbəsinə aparılmaq üçün patrul avtomobilinə dəvət edilmiş və o, buna etiraz etməmişdir. Polis şöbəsində isə həkim narkoloq tərəfindən təqdim edilmiş alkotesterdən özünəməxsus əsaslarla imtina etsə də, polis əməkdaşlarının təqdim etdiyi alkotester vasitəsi ilə müayinədən keçmişdir. Həmin alkotesterin müayinə nəticəsi isə məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi qeyd edilən hərəkətlərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələblərinə zidd olan və həmin maddələrin tərkibini yaradan hallar mövcud deyil. Bundan başqa, Şəxs məhkəmə iclasında YPX əməkdaşlarında olan alkotester vasitəsi ilə 3 dəfə müəyinə olunduğunu, lakin onun spirtli içki qəbul etmədiyi müəyyən olunduğunu bildirmişdir. Buna münasibət bildirmək üçün sədrlik edən tərəfindən YPX əməkdaşlarına nə üçün həmin müayinənin nəticələrinə dair alkotesterdən qəbz çap etmədiklərini, həmçinin nə üçün Şəxs polis şöbəsində alkotester müayinəsindən keçirilən zaman polis əməkdaşı tərəfindən çəkilmiş və iş materiallarına əlavə edilmiş video diskdə həmin halların öz əksini tapmaması barədə verdiyi suallarına YPX əməkdaşları ağlabatan cavab verə bilməmişlər. Beləliklə məhkəmə hesab edir ki, Şəxs spirtli içki qəbul etməsi faktı sübuta yetirilmədiyindən, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi də istisna edilir.Həmçinin məhkəmə qeyd edir ki, İXM-nin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi məhz sərxoş olan şəxsin müayinədən keçmək imtinası qeyd olunan inzibati məsuliyyətə səbəb olur. Şəxs isə alkotester müayinəsindən keçməsinə baxamyaraq avtomobili sərxoş vəziyyətdə idarə etməsi sübuta yetmir. Məhkəmə, inzibati materialın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə aid hissəsinə münasibətdə qeyd edir ki, həmin maddə ilə qərar qəbul etmək İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsində qeyd edildiyi kimi rayon (şəhər) məhkəmələrinə aid deyil. Əgər Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinin tələbləri pozulmuşdursa, o zaman YPX əməkdaşı özü qərar qəbul edərək pozuntu törədən şəxsi inzibati məsuliyyətə cəlb etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi hazırkı işdə Şəxs tərəfindən qeyd edilən inzibati xətaların törədilməsi istisna edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 343.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, və 343.1ci maddələri təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-36/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-36/2023
12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver